Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən güclü şahmatçısı Berlində məlum olacaq


2018-ci il martın 10-dan 28-dək Berlində şahmat üzrə dünya çempionu adı uğrunda iddiaçıların turniri keçiriləcək


14 dövrədən ibarət turnirdə dünyanın 8 aparıcı qrossmeysteri iştirak edəcək. Turnirin qalibi hazırkı şahmat tacının sahibi norveçli Maqnus Karlsenlə dünya çempionu adı uğrunda mübarizə aparmaq hüququ qazanacaq.

Bundan əvvəlki turnir 2016-cı ilin martında Moskvada keçirilib. Turnirdə qələbə qazanan rusiyalı Sergey Karyakin elə həmin ilin payızında Karlsenlə yarışmada şahmat tacını ona güzəştə gedib.

İddiaçıların Berlin turnirində vitse-çempion dərəcəsində iştirak edən Karyakinlə yanaşı, FIDE-nin ən yüksək reytinqinə malik iki şahmatçı, Qran-Pri seriyasının iki qalibi, həmçinin hazırda Gürcüstanda keçirilən Dünya kubokunun qızıl və gümüş mükafatçıları mübarizə aparacaqlar. Sonuncu iştirakçı isə yarışmanın təşkilatçısı olan "World Chess" şirkəti tərəfindən müəyyən ediləcək.

Turnirin minimal mükafat fondu 420 min avrodur. 2018-ci ildə mükafat fondu turnirə onlayn-bilet satışından daxil olan gəlir hesabına 10 faiz artırılacaq. Biletlər oktyabrın 4-dən satışa çıxarılacaq.

Almaniyanın ənənəvi şahmat ölkəsi olduğunu bildirən Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Kirsan İlyumjinov deyib: "İkinci dünya çempionu Emanuil Lasker məhz oradandır. Bizim hesabatlara görə, Almaniya əhalisinin 20 faizi şahmatla məşğuldur və ya nə vaxtsa məşğul olub. İdmanın bu növü ölkədə çox populyardır".(azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar