Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən gənc milyarderi - Sıfırdan zənginliyə...

Dünyanın malik olduğu sərvəti sıfırdan özü qazanan ən gənc milyarderi 27 yaşlı irlandiyalı Con Kollison (John Collison) olub


C. Kollison 2011-ci ildə “Stripe” ödəniş sistemini yaradıb və hazırda 100 mindən çox müştərisi olan bu şirkətin bazar dəyəri 9 milyard dollardan artıqdır. “Forbes”un hesablamasına əsasən C. Kollison və 29 yaşlı qardaşı, “Snapchat”in sahiblərindən biri olan Patrik Kollisonun şəxsi sərvətləri 1 milyard 300 milyon dollardır.
 
C. Kollison nə qədər pulu olduğu barədə suala belə cavab verib: “Bunu məndən çox insan soruşur və qeyri-adi cavab gözləyirlər. Amma belə cavabım yoxdur. Məndən zəngin olduqdan sonra həyatımın necə dəyişdiyini də soruşurlar. Mən isə boş vaxtımda sadəcə, qaçmaqla məşğul oluram. Bu, çox praktik və sadə bir hobbidir”.  
 
Qeyd edək ki, C. Kollison Harvard Universitetində, P. Kollison isə Massaçusets Texnoloji İnstitutunda (MİT) oxuyub. C. Kollison Harvarda getməzdən əvvəl artıq zəngin idi. İki qardaş kiçik şirkətlərin “eBay”də daha asan ticarət etmələrinə kömək edən proqramlarını 2008-ci ildə 5 milyon dollara satıb. Sonra onlar təhsillərinə fasilə verərək “Stripe” ödəniş sistemini qurublar. “Stripe” bir çox rəqibi olmasına baxmayaraq, sürətlə böyüyüb və hazırda dünya üzrə 750 əməkdaşı var.(lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar