Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada silah satışına görə birinci yerdə hansı ölkədir? – Siyahı

Son beş ildə Amerika Birləşmiş Ştatları silah satışına görə dünyada birinciliyi qoruyub saxlayıb


Amerika qlobal miqyasda silahların üçdə birini satır.

Bunu bu gün –martın 12-də yaydığı hesabatda Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) bildirir. Hesabata görə, 2008-2012-ci illərlə müqayisədə 2013-2017-ci illərdə qlobal silah transferinin həcmi 10 faiz yüksəlib.

ABŞ 98 ÖLKƏYƏ SİLAH SATIR

Həmin müddətdə silah satışının 34 faizini Birləşmiş Ştatlar gerçəkləşdirib. 2008-2012-ci illərdə bu göstərici 30 faiz idi.

ABŞ dünyanın 98 ölkəsinə silah satır ki, bu, istənilən silah təchizatçısının verdiyindən çoxdur. SIPRI-nın hesabatına görə, ABŞ-ın ixracının böyük hissəsi döyüş silahları və nəqliyyat təyyarələridir. Birləşmiş Ştatlar silahların təxminən yarısını Yaxın Şərqə satıb, Asiyaya isə üçdə biri gedib. Səudiyyə Ərəbistanı ABŞ üçün ən vacib bazardır, satışın 18 faizi bu ölkəyə gedir. SIPRI bildirir ki, digər böyük ixracatçılar kimi, ABŞ silah razılaşmalarından xarici siyasət aləti kimi istifadə edir. Bu ölkədən satışı yüksəldən bəzi razılaşmalar Obama administrasiyası dövründə imzalanıb.

“Bu razılaşmalar və ötən il bağlanan böyük kontraktlar hələ bir neçə il ABŞ-ın ən böyük silah ixracatçısı kimi qalmasını təmin edəcək”, – qurumun silah və hərbi xərclər proqramının rəhbəri Aude Fleurant dpa agentliyinə deyib.

Rusiya isə dünyada silahların beşdə birini satmaqla ikinci böyük ixracatçıdır, 47 ölkəyə silah satır. Buraya Ukraynadakı separatçılar da daxildir. Rusiyadan silah ixracının yarıdan çoxu Hindistan, Çin və Vyetnama gedir. Fransa qlobal satışın 6,7 faizinin sahibidir və üçüncü böyük ixracatçıdır. Ondan sonra Almaniya və Çin gəlir.

Beş ölkə – Hindistan, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çin qlobal silah idxalının üçdə birini qəbul edir.

İDXALÇILAR

Hindistan araşdırma müddətində dünyanın ən böyük silah idxalçısı mövqeyini saxlayıb. SIPRI-nın dəyərləndirməsinə görə, Hindistan dünyada silahların 12 faizini idxal edir. Əsas səbəb də qonşusu Pakistanla münaqişə durumunda olmasıdır.

Hindistana silahlar əsasən Rusiyadan idxal olunur. Ancaq Dehli digər ölkələrdən də silah alır, ABŞ-dan idxalı artırır. Bu iki ölkə daha sıx əməkdaşlığa başlayıb. İsrail də Hindistana əsas təchizatçılardandır.

Amma Çindən fərqli olaraq, Hindistan öz silahlarını hazırlamaq bacarığını inkişaf etdirməlidir. Bunu SIPRI-nın silahlar və hərbi xərcləmələr proqramının aparıcı tədqiqatçısı Siemon Wezeman deyib.

Onun sözlərinə görə, Çin ixrac vasitəsiylə Pakistan, Banqladeş və Myanma ilə əlaqələri gücləndirib.

Hesabatda bildirilir ki, Çin ötən il Myanmanın idxal etdiyi silahların üçdə ikisini verib. ABŞAvropa Birliyi ölkələri isə silah embarqolarını qüvvədə saxlayıb. Səudiyyə Ərəbistanı qlobal idxalın onda birin alır və silah idxalına görə ikinci yerdədir. Onun əsas təchizatçısı ABŞBritaniyadır. Bu arada Fransa Misirə silah satan əsas ölkəyə çevrilib, ABŞ-ı bu mövqedən sıxışdırıb. (Azadlıq Radiosu)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar