Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada rus dilində danışanların sayı azalır – Kremldə həyəcan


Tacikistanda uşaqlara slavyan adlarının verilməsi qadağan olunub


Qazaxıstanda isə kiril əlifbasını latın qrafikalı əlifbaya keçirməklə bağlı islahat planlaşdırılır. Bu tendensiya davam edərsə, 10 ildən sonra rus dili dünyanın ən geniş yayılmış 10 dil sırasını tərk edəcək.
 
Ümumiyyətlə, son 25 ildə rus dili dünyada mövqelərini ən çox itirən dil sayıla bilər. İngilis dilinin dünyada, həmçinin postsovet məkanında uğurla yayıldığı bir dövrdə rus dilindən istifadə edənlərin sayı sürətlə azalır. Belə ki, 25 il əvvəl bu dildə 300 milyon insan danışsa da, bu gün həmin rəqəm xeyli azalıb. Putin başda olmaqla, Kreml rəhbərliyinin rus dilini populyarlaşdırmaqla bağlı addımları da bu işə yardım edə bilmir.
 
Məsələn, bu gün Qazaxıstanda 20% əhali rusca danışırdısa, 15 il əvvəl rus dilini doğma sayanlar 35% təşkil edirdi.
 
Krım və Donbası çıxmaq şərtilə, Ukrayna ərazisində də rus dilindən istifadə edənlərin sayı azalır. 1994-cü ildə rusdillilərin sayı 33% idisə, bu gün həmin rəqəm 24%-ə geriləyib.
 
Rus dilinin çiçəkləndiyi yeganə ölkə isə Belarusdur.  1994-cü ildən Belarus hökuməti rus dilinin populyarlaşması ilə bağlı xüsusi proqram həyata keçirir Ona görə rusdillilərin sayı 20 il əvvəli ilə müqayisədə 5 dəfə artıb.
 
Bununla belə, rus dili hələ də millətlərarası ünsiyyət zamanı vacibliyini qoruyur. Estonla azərbaycanlı, gürcü ilə qazax ingilis dilindən çox rus dilində anlaşır. Amma bu tendensiya azalmağa doğru gedir. Məsələn, Gürcüstanda gənclər rus dilindən çox ingilis dilinə həvəs göstərir. Amma Rusiyadan siyasi və iqtisadi asılılığı olan Ermənistanda, əksinə, rus dilinin mövqeyi daha da güclənir.
 
Geosiyasi xəritəyə nəzər saldıqda, Ukrayna, Gürcüstan və Baltikyanı ölkələrdə rus dilindən imtina olunduğunu görə bilərik. Rusiyanın istila etdiyi Ukrayna Krımında yaxud Gürcüstanın Cənubi Osetiya bölgəsində rus dili təhsil, kommersiya, elm və mədəniyyət sahələrində hakim yer tutur. Ehtimal olunur ki, 2025-ci il üçün rus dili bu dildə danışanların sayına görə, portuqal və benqal dillərindən geridə qalacaq.(modern.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında iştirak edib - Yenilənib

Ən çox oxunanalar