Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada neçə Qarabağ var?


Türkiyənin Afyonkarahisar vilayəti, Bolvadin rayonunda Azərbaycanın Qarabağ bölgəsinin insanları ilə eyni köklərdən olan xeyli sayda insan yaşayır


Qarabağlılar xüsusilə Bolvadin rayonun Böyükqarabağ qəsəbəsi və Ortaqarabağ kəndində kompakt məskunlaşıblar.
 
Türkiyə səfirliyindən Publika.az saytına verilən xəbərə görə, Bolvadin rayon mərkəzi və Qarabağ adlı qəsəbə və kəndlərdə hal hazırda gündəlik həyatda istifadə olunan bir çox söz Azərbaycan dili ilə eynidir. Aparılan tədqiqatlar Türkiyədə məskunlaşan qarabağlılarla  Qarabağ insanı, ümumilikdə Azərbaycan  türkləri arasında mədəniyyət, adət-ənənə, məişət, folklor və dil xüsusiyyətləri baxımından bir çox ortaq nöqtələri üzə çıxarıb.
Türkiyə Nazirlər Kabineti nəzdində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğu tərəfindən başladılan layihə çərçivəsində Türkiyənin Afyonkarahisar vilayətində yaşayan və əslən Qarabağdan olan insanlar arasindakı müştərək dəyərlər, Türkiyə və Azərbaycanın ortaq mədəniyyəti konteksində daha da dərindən araşdırılacaq. Araşdırmalar nəticəsində ortaya çıxan faktlar, xalqlarımız arasında ortaq tarix və mədəniyyət  şüurunun formalaşdırılması istiqamətində ictimaiyyətə çatdirilacaq.
 
Layihənin həyata keçirilməsində əsas məqsəd, doğma yurd-yuvalarının işğal edilməsi nəticəsində köçkünlük həyatı yaşayan və vətən həsrəti çəkən qarabağlıları Türkiyədəki qardaşları ilə bir araya gətirmək və bu çətin günlərində tək olmadıqlarını hiss etdirməkdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar