Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada ciddi dəyişikliklər gözlənilirmi?


"Böyük Britaniyadan sonra Almaniya və Fransanın Avropa Birliyinin bütün yükünü öz çiyinlərinə götürəcəyi inandırıcı görünmür"


Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov deyib. İqtisadçı Böyük Britaniyanın hələ bir il öncə AB-dən çıxacağını proqnozlaşdırdığını bildirib:
 
“Bu hadisə AB-nin sonunun başlanğıcı kimi dəyərləndirilməlidir. Böyük Britaniya birliyin üç sıravi üzvü olmayan ölkəsindən biridir. Deməli, AB-nin çöküşü qaçılmazdır və bu, çox uzaqda deyil. Son 2-3 ildə birliyin gələcəyinə inamsızlıq artıb. Bir çoxları Birləşmiş Krallığın AB-dən çıxmasını az qala bütün dünyanı bürüyəcək iqtisadi və maliyyə fəlakəti kimi təqdim etmək istəyirlər. Hökumət baş verəcəkləri öncədən hesablamamış olmaz, çünki ingilislər qərar verməzdən öncə onu yüz dəfə ölçüb-biçirlər”.
 
F.Yusifovun qənaətinə görə, dünya maliyyə bazarlarında yaranmış psixoloji durum istisna olunmaqla, ciddi dəyişikliklər real görünmür:
 
ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının 1/4 -nə bərabərdirsə, İngiltərəninki 3,9%-ni təşkil edir. Dünya dövlətlərinin xarici valyutada olan yığımlarında ABŞ dollarının payı 63%-i ötürsə, İngiltərə funtunun bu ehtiyatlarda payı 3,8%-dir. Göründüyü kimi, rəqəmlər müqayisə ediləcək səviyyədə deyil”.
 
İqtisadçı Azərbaycan manatının da yaranmış bu panik vəziyyətə bir neçə gün “qıcıq” göstərib, sonradan tam sakitləşəcəyini qeyd edib.
 
Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalılar səs çoxluğu ilə krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar