Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada baş verənlər III dünya müharibəsidir, yoxsa...


Qabil Hüseynli: “...Meydanda yalnız şərtlər var”


Son illərdə dünya, belə demək mümkünsə, qana çalxalanır. Siyasi proseslərin fonunda dövlətlərarası qarşıdurmaların baş verməsi, bir çox ölkələr arasında müharibələrin yaşanması, terrorların tüğyan etməsi ilə bağlı mövqelərdə ikitirəlik yaranıb. 

Bir qisim hesab edir ki, artıq üçüncü dünya müharibəsi başlayıb. Digərləri isə dünya müharibəsinin tamam başqa anlayış olduğunu düşünür və hazırda gedən proseslərin belə qələmə verilməsinə qarşı çıxırlar. 

Hər iki mövqe tərəfdarlarının da arqumentləri kifayət qədər reallığa söykənir. Birincilər Amerika və Rusiya kimi iki dünya gücünün əksər regionlarda nüfuz qazanmaq üçün qarşı-qarşıya durduqlarını, bəzi ölkələrdəki müharibələrin bu iki qütb tərəfindən təşkil olunduğunu iddia edərək, üçüncü dünya müharibəsinin başlandığını deyirlər. İkincilər dünya müharibəsi olduğunu inkar etsələr də, “soyuq müharibə”ni inkar etmirlər. 

Həmçinin üçüncü mövqedə olanlar da var. Onlar əvvəlki iki mövqeyi tamam inkar edir, amma proseslərin bu şəkildə davamının sonunda III dünya müharibəsi ilə nəticələnəcəyini istisna etmirlər.

Politoloq Qabil Hüseynli hesab edir ki, dünya müharibəsi tamam fərqli prosesləri özündə ehtiva edir: “Allah eləməsin ki, III dünya müharibəsinin başlamasının şahidi olaq. Çünki bu müharibə nə birinci, nə də ikinci dünya müharibələrinə bənzəyən proseslərlə müşahidə olunacaq. Əgər bütün gücü ilə bu proseslər işə düşəcəksə, o zaman yer kürəsinin məhvi ilə nəticələnəcək. İndi gedən prosesləri ”soyuq müharibə"yə də uyğunlaşdırmaq olmur. Çünki ikinci dünya müharibəsindən sonra sosializm dünyası ilə klassik kapitalist, yəni Qərb dünyası arasında ciddi qarşıdurma yaranmışdı. Bu qarşıdurmalar özündə həm nüfuz dairələri uğrunda mübarizəni, həm də sürətlə silahlanmanı ehtiva edirdi. İki dünya arasında dəmir bir pərdə var idi. Bu dəmir pərdə ilə qarışıqlı əlaqələr, hətta ticarət əlaqələri belə minimuma endirilmişdi. Bu fonda kəskin ideoloji mübarizə gedirdi. Bu mübarizədə kommunist ideologiyası ilə postkapitalist ideologiyası bir-biriləri ilə çarpışırdı. Kommunistlər öz ideologiyalarını üçüncü ölkələrə də, yəni Latın Amerikası kimi ölkələrə yaymağa çalışırdı.

Postkapitalistlər isə sənaye məhsulları və kütləvi mədəniyyət vasitəsilə öz ideyalarını dünyaya yaymağa çalışırdılar. Sənayenin inkişafına görə Qərb dünyası sosialist ölkələrini xeyli qabaqlayırdı. Sürətlə silahlanmada da Qərb özündən xeyli zəif olan sosialist ölkələrini ötdü.  Eyni zamanda bu tipli ölkələr ciddi iqtisadi və siyasi böhranla üzləşdilər. Nəticədə SSRİ kimi bir imperiya çökdü və onun xarabalıqları üzərində 15 müstəqil dövlət yarandı. “Soyuq müharibə” dediyim tərzdə cərəyan etdi və Qərb dünyasının qələbəsi ilə başa çatdı. İndi baş verən proseslər isə “soyuq müharibə” dönəminin ilk illərini xatırladır. Bu müharibə bütün atributları ilə hələ oturuşmayıb. Amma onun ilk elementləri, məsələn, sürətlə silahlanma elementləri artıq işə düşüb. Başqa ölkələrin ərazilərinə təcavüz xarakterli lokal cəhdlər olur. Bu cəhdlər də hələ ki birtərəfli xarakter daşıyır və bu daha çox Rusiyadan doğur. İndi baş verən proseslər ilhaq edilmiş ərazilərə, bəzi ölkələrə təcavüzə gətirib çıxarsa da, amma “soyuq müharibə”nin bütün atributları hələ bərqərar olmayıb. Ölkələr arasında ciddi siyasi, hərbi qarşıdurmalar yoxdur. Bu səbəbdən “dünya soyuq müharibə dövrünə qədəm qoyur” kimi kəlməni ehtiyatla işlətmək lazımdır".

Politoloq III dünya müharibəsinin başlanması fikirləri ilə qətiyyən razı deyil: “Bu müharibənin başlaması üçün meydanda yalnız şərtlər var. Sürətlə silahlanma, Rusiyanın Qərb, NATO ölkələrinə qarşı əzələ nümayişi ortadadır; Ukraynaya hücum və bu dövlətin ərazilərinin bir hissəsinin ilhaq edilməsi var, Baltikyanı ölkələrə yumruq silkələnməsi yenə də davam edir. Putinin Rusiyada bərqərar etdiyi sistem iqtisadi cəhətdən möhkəm olmasa da, hərbi cəhətdən təhdidetmə qüdrətinə malikdir və dünyanı çalxalaya bilir. Amma güman edirəm ki, nə Putin iqtisadiyyatı, nə də onun hərbi sənaye  kompleksi, hərbi gücü Qərblə, xüsusilə NATO ilə irimiqyaslı müharibə aparacaq iqtidarda deyil. Əgər belə bir müharibəni Rusiya qızışdırsa, onun üçün proses çox ağrılı nəticələrlə müşahidə oluna bilər. 

Qərbin Rusiyanı məğlub etmək, iqtisadiyyatını çökdürmək prosesi o qədər də vaxt aparmaz, şimal qonşumuzu bu yarışmada meydandan silib atar. Ona görə üçüncü dünya müharibəsinin olacağına elə də qətiyyətlə yanaşmıram. Kremlin nüvə silahına malik olması belə Qərb ölkələri üçün yüz faizli təhdid yarada bilməz. Hazırda ciddi informasiya müharibəsi gedir. Bu müharibədə bizim media daha çox rus mediasının təsiri altında olduğundan belə fikir yaratmağa çalışırlar ki, Rusiya sürətlə dünyanı təhdid edir, Qərb öz qınına çəkilib, Amerikada yeni prezidentin gəlişi geriləmələrə səbəb olacaq və s. 

Bu məsələlər gerçəklik deyil. Bir müddətdən sonra Rusiyaya qarşı sanksiyaların və digər proseslərin yeni dalğasının şahidi olacağıq. Rusiyanın təsir dairəsinə alınması və bu ölkədə rejim böhranın başladılması prosesinə start verilə bilər. Bu da Putin hakimiyyətini siyasi səhnədən tamam silə bilər. Doğrudur, rusların 70-80%-nin Putinə rəğbətləri var. Bu məhəbbətin sonunda Putin iqtidarının çöküşü və Rusiyanın bir neçə dövlətə parçalanması prosesi də baş verə bilər. I və II dünya müharibələrinə diqqət yetirsək, iki blokun yarandığının və bu blokların bir-biri ilə müharibə apardıqlarının şahidi oluruq. İndi isə dünyada belə bir bloklar yoxdur. Rusiyanın məntiqə sığmayan hərəkətləri hələ ki dünya tərəfindən zəif təpki ilə qarşılanır. Bu təpkiyə ciddi cavab olmadığından Kreml öz hərəkətlərini daha da artırır. Dünyada qüvvələr nisbəti o qədər fərqlidir ki, bu, yeni dünya müharibəsinin başlanmasına imkan verməyəcək”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar