Cümə, 22 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Dünya mediası bu FOTOdan danışır - “G-7” toplantısında çəkildi


Kanadada keçirilən G-7 Liderlər Sammitinin ikinci günündə ABŞ prezidenti Donald Tramp ilə digər liderlər arasında baş verən gərginliyin fotoları dünya miqyasında müzakirələrə səbəb olub


PİA.AZ publika.az-a istinadən xəbər verir ki, Amerikanın "gömrük vergisi" qərarından sonra ölkənin prezidenti Yaponiya, Almaniya, Fransa, İngiltərə, Kanada və İtaliya liderləri ilə bir araya gəlib.

Toplantıya liderlər arasındakı gərginlik damğasını vurub. Görüşdə çəkilən bir foto dünya mediasında və sosial şəbəkələrdə geniş əks-səda doğurub.

ABŞ prezidenti ölkəsinin polad və aliminum idxalına gətirdiyi gömrük vergisinə qarşı addım atmağı planlaşdıran ölkələrə "qarşılıq verərlərsə, səhv edərlər" xəbərdarlığını edib.

Qeyd edək ki, Tramp sammiti vaxtından əvvəl tərk edərək, Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün Sinqapura uçub.



pia.az
Etiket:
loading...