Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya liderləri prezident İlham Əliyevi təbrik etdilər

Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev prezident İlham Əliyevə təbrik məktubu göndərib


Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi Azərbaycan Respublikasının böyük bayramı - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qazaxıstan qardaş Azərbaycan ilə qarşılıqlı münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. İki dövlət arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişlənməsi buna sübutdur.

Qəti əminəm ki, ölkələrimiz arasında dostluğa və etimada əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

XXX

Çili Respublikasının prezidenti Mişel Baçelet prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Çili xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, xalqınıza və ölkənizə rifah və tərəqqi arzularımı qəbul etməyinizi xahiş edirəm.

Çili Respublikası və Azərbaycan Respublikası arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərin davamlı olaraq möhkəmləndirilməsini arzulayır, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər diləyir və bir daha Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm".

XXX

İraq Respublikası Nazirlər Kabinetinin sədri Heydər Əl-İbadi prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli prezident,

Dost Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Uca və qadir Allahdan bu bayram münasibətilə xalqlarımıza və ölkələrimizə əmin-amanlıq, sabitlik, rifah diləyir, Sizə işlərinizdə uğurlar arzulayıram. Allah eşidən və dualara cavab verəndir!

Zati-aliləri, dərin hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirəm".(azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar