Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya iqtisadiyyatı qlobal böhrana girir?


Ekspert: “Dünyada qlobal böhran baş versə, bunun ən çox təsir edəcəyi ölkələrdən biri Azərbaycan olacaq”.


“Resurslardan asılı olan ölkələr öz iqtisadiyyatını çoxşaxəli modelə keçirdə bilmədiklərinə görə, iqtisadi böhrandan da ən çox onlar əziyyət çəkəcəklər”.

Bu sözləri  iqtisadçı ekspert Natiq Cəfərli qlobal bazarların ən məşhur investorlarından olan Cim Rocersinin dünya iqtisadi sisteminin üzləşdiyi qlobal böhran ilə bağlı proqnozunu şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi Qlobal bazarların ən məşhur investorlarından Cim Rocers (Jim Rogers) deyib ki, bu il sonunda və ya gələn il dövlətlər iflas edəcək, Qərb mədəniyyəti çökəcək və dünyada olan böhran həyatınız boyu yaşayacağınız ən böyük iflas olacaq. Həmçinin məşhur investor qeyd edib ki, “Amerikadakı bəzi səhmlər bir “şara” çevrilir. “Şarlar” yaranır. Və sistem çökür”. ABŞ-dakı “şar”ların partlamasının vaxtı məsələsində isə Cim Rocers olduqca narahatdır. 2008 böhranındakı kimi partlayışın heç gözlənməyən bir ölkədən başlayacağını deyən Rocers, “2007-də İslandiya iflas etdi. Hər kəs təəccübləndi. Onların bir bazarı var?- deyə soruşanlar oldu. Daha sonra İrlandiya və “Bear Stearns” dağıldı. Daha sonra da “Lehman Brothers”. Dövran hər zaman belədir. Hər zaman baxmadığımız yerdən baş verir” şəklində danışıb.

Həqiqətənmi dünyada olan böhran ən böyük böhran olacaq və qlobal böhranın Azərbaycana ola biləcək təsirləri barədə nə proqnoz vermək olar?

Bu mövzu ilə bağlı Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.



Natiq Cəfərli: “Azərbaycanda normal iqtisadi model yoxdur”.


Artıq iki ildən çoxdur ki, dünyada qlobal böhra nəzəriyyəsinin olduğunu qeyd edən iqtisadçı ekspert Natiq Cəfərliyə görə, dünyada qlobal böhran baş versə, bunun ən çox təsir edəcəyi ölkələrdən biri Azərbaycan olacaq. Çünki Azərbaycan iqtisadiyyatı resurslardan çox asılıdır:

“Əslində hələ ki, dünyada böhran hiss olunmur. Dünyada böhran bir qrup ölkələrdə hiss olunur. O ölkələr də resurslardan daha çox asılı olan ölkələrdir. Bildiyimiz kimi dünyanın əsas iqtisadiyyat mərkəzlərini ABŞ, Avropa Birliyi ölkələri, Çin, Hindistan, Avstraliya təşkil edir. Yəni bu ölkələr dünya iqtisadiyyatının 70%-dən də bir az yuxarısını təşkil edir. Bu ölkələrin iqtisadiyyatında da artım var. Məsələn ABŞ-da 3%-ə yaxın, Avropada 1%-ə yaxın, Çində 5.8%, Hindistanda 6%-dan bir az yuxarı, Avstraliyada 3%-ə yaxın, Yaponiyada 1%-dən bir az yuxarı iqtisadi artım var. Yəni demək olar ki, dünya ölkələrdinə iqtisadi tənəzzül yoxdur. Amma Ərəb ölkələrində, neftdən asılı olan ölkələrdə, Rusiyada, Azərbaycanda, yəni resurslardan asılı olan ölkələrdə müəyyən iqtisadi tənəzzül var. 

Onu da qeyd edim ki, dünyada ölkələrin borc stopları xeyli artıb, yəni borcları gəlirlərindən kifayət qədər çox olan ölkələrin sayı artıb. Bu da qlobal böhrana, ölkələrin bankrot olmasına gətirib çıxarda bilər. Artıq iki ildən çoxdur ki, dünyada belə bir nəzəriyyə var. Bu nəzəriyyə də kifayət qədər əsaslandırılmış bir nəzəriyyədir. Çünki elə ölkələr var ki, ümumdaxili məhsuldan daha çox borcu var. Məsələn Yunanıstan kimi ölkə var ki, ümumdaxili məhsuldan iki dəfə çox borcu var. Amma onu da qeyd etməliyəm ki, Avropa Birliyinin dəstəyi olmasaydı, Yunanıstanın ayaqda qalma şansı da ola bilməzdi. Elə ölkələr də var ki, onlar heç bir Birliyə daxil deyil, amma borcları həddindən artıq çoxdur. Bu borc stopunun artması da, həmin dövlətləri dünya qlobal iqtisadiyyatına təhdid yaradan amillərdən birinə çevirir. 

Natiq Cəfərli: “Azərbaycan da bankrot ola biləcək ölkələrdən birinə çevriləcək”.


Belə bir ehtimal var və əgər doğrudan da borc yükü artan ölkələr getdikcə daha çox borclanaraq öz problemlərini həll edə bilməyəcəksə, bir domino effekti yarana bilər. Yəni böyük ölkələrdən biri borcla bağlı bankrot elan olunsa, bu domino effekti ilə bir çox ölkələrə də təsir göstərə bilər. Amma bir daha təkrar edirəm ki, bu daha çox ehtimal kimi nəzərdən keçirilir. Əsas təhlükə resurslardan asılı olan ölkələrdədir. Resurslardan asılı olan ölkələr öz iqtisadiyyatını çoxşaxəli modelə keçirdə bilmədiklərinə görə, iqtisadi böhrandan da ən çox onlar əziyyət çəkəcəklər və bu gün də o əziyyəti çəkirlər.

Azərbaycanda normal iqtisadi model yoxdur. Azərbaycan iqtisadiyyatı da resurslardan asılı olan modeldir. Yəni neftdən asılı olan bir ölkəyik. Buna görə də bütün proseslər Azərbaycana daha çox pis təsir göstərir. Əgər doğrudanda belə proses baş verəcəksə, yəni dünyada iqtisadi tənəzzül, böhran olacaqsa, bu ən çox enerji daşıyıcılarının qiymətinə təsir edəcək. Bir söznən neftin qiyməti lap aşağı düşə bilər. Hətta neftin qiyməti 20-25 dollara qədər aşağı düşə bilər. Həmçinin iki gün bundan öncə Rusiya Mərkəzi Bankı rəsmi olaraq neftin qiymətinin 25 dollara düşməsi ehtimalını açıqlamışdır. Neftin qiyməti 20-25 dollara düşsə, təbii ki, Azərbaycan da bankrot ola biləcək ölkələrdən birinə çevriləcək. Çünki Azərbaycanın da borcu kifayət qədər surətlə artır, həmçinin gəlirlərimiz də azalır. 

İndi təxminən Azərbaycan nefti 47 dollara satılır və gəlirlərimiz çox az görünür. Təsəvvür edin ki, neftin qiyməti bundan iki dəfə aşağı, yəni 25 dollara düşsə, indikindən də qat-qat aşağı gəlirlilik olacaq. Bu zaman da Azərbaycan öz borclarını qaytara bilməyəcək. Həmçinin büdcəmizi də doldura bilməyəcəyik və büdcədən olan öhdəlikləri də yerinə yetirə bilməyəcəyik. Yəni dünyada qlobal böhran baş versə, bunun ən çox təsir edəcəyi ölkələrdən biri Azərbaycan olacaq. Çünki Azərbaycan iqtisadiyyatı resurslardan çox asılıdır”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar