Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya böyük maliyyə fəlakəti astanasında: Azərbaycan nə etməlidir?

“Dünyanı böyük maliyyə fəlakəti gözləyir. Bu böhran baş verdiyi zaman çox pis “ayı bazarı” yaşanacaq”


Bu sözləri “Rogers” Holdinq İdarə Heyətinin sədri Cim Rocers bildirib.

Vaxtilə məşhur milyarder Corc Sorosun ortaqlarından olan Cim Rocersin fikrincə, yaxınlaşmaqda olan bu böhran onun 75 illik həyatında gördüyü bütün iqtisadi tənəzzüllərdən daha ağır keçəcək. Gözlənilən tənəzzülün bu ilin sonunda başlayacağını vurğulayan oliqarx əsasən qızıl, gümüş və kriptopulların dəyərini itirəcəyini proqnozlaşdırır:

"Yəqin ki, birjalar bir müddət yuxarı istiqamətdə seyr edəcəklər. Amma böhranın bu ilin içərisində başlaması mümkündür."

Milyarderin fikrincə, gözlənilən böhran zamanı xüsusilə uzunmüddətli faiz dərəcələri yüksələcək. Necə ki, 1981-ci ildə “faiz dərəcələrində 35 ilin ən böyük “öküz bazarı” yaşandı. Eyni şeylər yenə də olacaq. Faiz nisbətlərində və istiqrazlarda uzunmüddətli “öküz bazarı” ilə tanış olacağıq. Hətta budəfəki faiz dərəcələri daha yuxarı qalxacaq".

Bəs, iqtisadi termin olan “ayı” və “öküz” bazarı nədir?

Suallarımızı cavablandıran iş adamı Mürvət Həsənliyə görə, maliyyə bazarlarında tez-tez istifadə olunan “ayı və öküz bazarı” anlayışları finansal trendi ifadə edir:

““Öküz bazarı” artım, “ayı bazarı” isə bunun tam tərsi – azalma meyli deməkdir. Bu terminin mənşəyinə gəlincə, öküzlərin hər şeyi buynuzları ilə aşağıdan yuxarıya qaldırdıqlarına, ayıların isə hər şeyi dağıtdıqlarına inanılır – dilimizdəki “ayı xidməti” anlayışında olduğu kimi. Həmin terminləri daha çox qiymətli kağızlar və qızıl bazarlarında eşidə bilərik”.

Təcrübəli milyarderin bu proqnozlarının, yəqin ki, Azərbaycan hökuməti tərəfindən də nəzərə alındığına inanan iş adamının fikrincə, xüsusilə Neft Fondunun vəsaitlərinin önəmli hissəsinin qızıla və daşınmaz əmlaka yatırılması gözlənilən qlobal maliyyə böhranında ölkəmizə ciddi zərərlər vura bilər: “Odur ki, bildiyimə görə, ölkə rəhbərliyinin Fonda pul itirməkdənsə, həmin vəsaitləri tədricən çəkib, kredit şəklində yerli iş adamlarımıza verməyi planlaşdırır. Bu, həyata keçirilərsə, həm ölkədə iqtisadi artımı təşviq edilər, həm də gələcəyimzin qarantiyası olan maliyyə gücümüz qorunub saxlanılar”.(ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar