Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Səhiyyə Təşkilatının yenibaş direktoru seçilib



Dünya Səhiyyə Təşkilatının (DST) üzvləri olan dövlətlər doktor Tedros Adxanom Qebreyesusu DST-nin yeni baş direktoru vəzifəsinə seçiblər


Azərtac DST-nin saytına istinadla xəbər verir ki, Tedros Adxanom Qebreyesusun namizədliyi Efiopiya hökuməti tərəfindən irəli sürülüb. 

Yeni baş katibin beş illik səlahiyyət müddəti 2017-ci il iyulun 1-dən başlanacaq.

DST-nin baş direktoru seçilənə qədər Tedros Adxanom Qebreyesus Efiopiyanın xarici işlər naziri (2012-2016-cı illər), Efiopiyanın səhiyyə naziri (2005-2012-ci illər) vəzifələrində çalışıb. Bu həmçinin, QİÇS, vərəm və malyariyaya qarşı mübarizə üzrə Qlobal Fondun və “Malyariyanı məhv edək!” (MME) Tərəfdaşlığının rəhbər orqanlarına başçılıq edib, Anaların, körpələrin və uşaqların mühafizəsi üzrə Tərəfdaşlığın idarə heyətinin sədri vəzifələrini tutub.

Tedros Adxanom Qebreyesus Efiopiyanın səhiyyə naziri vəzifəsində işləyərkən ölkənin səhiyyə sistemində kompleks islahat aparılıb. Bu islahat çərçivəsində Efiopiyanın tibbi-sanitariya infrastrukturu əhəmiyyətli dərəcədə genişləndirilib, 3500 tibbi mərkəz istifadəyə verilib, 16.000 iş yeri yaradılıb. 38.000 yardımçı tibbi-sanitariya işçisi hesabına səhiyyə sahəsində əmək ehtiyatları güclənib, tibbi sığortanın əhatə dairəsini genişləndirməyə imkan verən maliyyə mexanizmləri işə salınıb.

Xarici işlər naziri kimi Əddis-Əbəbə fəaliyyət proqramının razılaşdırılması səylərinə rəhbərik edib. Bu proqram çərçivəsində Davamlı inkişaf sahəsində hədəflərə nail olmaq üçün 193 ölkə zəruri maliyyə öhdəlikləri götürüb.

Qlobal Fondun və MME Tərəfdaşlığının sədri olduğu müddətdə bu iki təşkilat üçün rekord məbləğdə maliyyə ayrılmasını təmin edib, malyariyaya qarşı mübarizə üzrə Qlobal Fəaliyyət Planı hazırlayıb. Bu plan çərçivəsində fəaliyyət Afrika hüdudlarını aşaraq Asiya və latın Amerikası ölkələrini əhatə edib.

Tedros Adxanom Qebreyesus DST-nin baş direktoru vəzifəsində 2007-ci il yanvarın 1-dən bu vəzifədə çalışan Marqaret Çeni əvəz edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar