Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Bankı Ziya Məmmədovun bağladığı iri müqaviləni yoxlamağa başladı


Dünya Bankı “Azərbaycan Dəmir Yolları” ASC ilə Kanadanın qlobal “Bombardier” şirkəti arasında 2013-cü ildə bağlanmış və Bakı-Böyük Kəsik dəmir yolunun siqnalizasiya sisteminin qurulmasına dair müqaviləni yoxlamağa başlayıb


PİA.AZ Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Kanadanın “The Glob and Mail” qəzeti bildirir.

Dünya Bankının layihə ilə bağlı başlatdığı auditin məqsədi Kanada şirkəti ilə Azərbaycandan müqaviləni imzalayanlar arasında rüşvət sövdələşməsinə dair şübhələri aydınlaşdırmaqdır. Xatırladaq ki, 340 milyon dollarlıq həmin müqavilənin 85 faizini Dünya Bankı maliyyələşdirib. İsveç hüquq-mühafizə orqanları artıq bu müqavilədən on milyonlarla dollarlıq “otkat”  alındığını müəyyən edərək “Bombardier” şirkətinin yerli törəmə şirkətinin rəhbər şəxslərini həbs edib. 

Həmin müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” ASC Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin tərkibində idi, ASC-nin sədri vəzifəsini isə Arif Əsgərov yerinə yetirirdi.

Xəbərdə bildirilirdi ki, əgər Dünya Bankı “Bombardier”lə Azərbaycan məmurları arasında hansısa korrupsiya sövdələşməsini aşkar eləsə Kanada şirkəti Azərbaycan layihəsindən çıxarılacaq və bundan sonra Dünya Bankının maliyyələşdirdiyi hansısa layihədə iştirak edə bilməyəcək.

Dünya Bankı Azərbaycanda dəmir yollarının yenidən qurulması layihəsinin əsas kreditorudur.

Xatırladaq ki, Kanadanın qlobal miqyasda fəaliyyət göstərən “Bombardier” şirkətinin icraçı direktoru Pyer Boduen şirkətin son vaxtlar üzləşdiyi korrupsiya qalmaqallarına görə ötən ay vəzifəsindən istefa verib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar