Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Bankı Azərbaycanda 50-dən artıq layihəyə 3,6 milyard dollar ayırıb

"Hazırda Dünya Bankı tərəfindən dəyəri 1,140 milyard dollar olan 10 aktiv layihə həyata keçirilir"


"Dünya Bankı ilə Azərbaycanın uzunmüddətli və davamlı əməkdaşlığının əsasını ümummilli lider Heydər Əliyev qoyub. 25 il əvvəl Heydər Əliyevin rəhbərliyi ilə liberal bazar iqtisadiyyatının seçilməsi Dünya Bankı tərəfindən dəstəklənib".
 
"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın 25 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov deyib.
 
Onun sözlərinə görə, 2003-cü ildə prezident İlham Əliyev tərəfindən iqtisadi islahatlar, sıçrayışlı iqtisadi inkişaf strategiyası irəli sürüb: "Məhz bu dövrdən sonra ölkədə radikal dönüş baş verib, milli iqtisadiyyat 3 dəfədən çox böyüyüb, Azərbaycan orta gəlirli dövlətlər sırasına daxil olub. Yoxsulluq 10 dəfə azalıb, 3 milyondan çox insan yoxsulluqdan xilas olub, 1 milyondan çox yeni iş yaradılıb. 25 illik əməkdaşlıq dövründə yenidənqurma və inkişaf baxımında Dünya Bankından texniki, maddi, hərtərəfli dəstək alıb. Bu günə qədər 50-dən artıq layihəyə Dünya Bankı tərəfindən 3,6 milyard dollar vəsait ayrılıb. Hazırda isə Dünya Bankı tərəfindən dəyəri 1,140 milyard dollar olan 10 aktiv layihə həyata keçirilir".

E.Rüstəmov əlavə edib ki, ümumilikdə Dünya Bankı Azərbaycanda təhsil və səhiyyə sisteminin yaxşılaşdırılması, nəqliyyat və su kanalizasiya sisteminin təkmilləşdirilməsi, kənd təsərrüfatının, enerji sektorunun inkişafı, mədəni irsin dəstəklənməsi kimi bir sıra sahələrdə həyata keçirilən layihələrə dəstək verir, neft sektoru üzrə iri layihələr hökumətlə birgə həyata keçilir.
 
"Dünya Bankı Azərbaycan üçün strateji layihələrə, o cümlədən Cənub Qaz Dəhlizi layihəsinə dəstəyini xüsusi qeyd etmək istəyirəm", - deyə baş bankir vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar