Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Azərbaycanlıları Assambleyasından bəyanat


Dünya Azərbaycanlıları Assambleyası Rusiya Dumasının Ermənistanla hərbi qruplaşma yaratması ilə əlaqədar qərarı ratifikasiya etməsi ilə bağlı bəyanat yayıb


Lent.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, Dumanın bu addımı Rusiya ilə Azərbaycanın tarixi və bugünkü əməkdaşlıq ruhu ilə uyğun gəlmir. 

Azərbaycanla Rusiya illərdir strateji partnyordur. Rusiyanın özünün də rəsmi olaraq qəbul etdiyi kimi Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilmiş, milyonlarla insan öz doğma torpağından didərgin düşmüşdür. Belə olduğu halda Rusiyanın işğalçı ölkəyə hərbi dəstəyini nə ilə əlaqələndirə bilərik? Bununla Rusiya dövləti hansı mesajı vermək istəyir? Məlum olduğu kimi, illərdir Rusiya beynəlxalq miqyasda müxtəlif qurumlar tərəfindən diplomatik və siyasi təzyiqlər altındadır, belə olduğu halda özünün strateji və etibarlı partnyoru Azərbaycanın dost Rusiyaya hansı münasibət göstərdiyinin isbata ehtiyacı yoxdur.
Hesab edirik ki, bu cür qərarlar verilirkən Rusiya yaxın qonşusunun, regiondakı strateji və etibarlı partnyorunun maraqlarını nəzərə almalıdır”.
 
Bəyanatda daha sonra bildirilir ki, dünyanın 30-a yaxın ölkəsində azərbaycanlıları təmsil edən beynəlxalq təşkilat olaraq ratifikasiya  qərarından dərin təəssüf hissi keçirir. “Regiondakı əsas partnyorlarımızdan və dostlarımızdan biri Rusiya dövlətini bu cür həssas məsələlərdə ehtiyatlı davranmağa səsləyir , ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə xələl gəlməsinə imkan verilməməsinə çağırırıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar