Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dubayda “Quran” adlı park açılır

64 hektar ərazidə hazırda intensiv inşaat işləri aparılır


Tezliklə Dubayda “Quran” adlı yeni tematik park açılacaq.

Mədəni-maarif xarakterli müasir park Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həm turistlər, həm də yerli sakinlər üçün ən maraqlı məkanlardan birinə çevriləcəyini vəd edir. Parkın yerləşdiyi 64 hektar ərazidə hazırda intensiv inşaat işləri aparılır.

Park şəhərin yaşıllaşdırılmasına və ailəvi istirahət üçün yeni məkanın yaradılmasına dair ümumi strategiyaya xidmət etməklə bərabər, bura gələnləri İslam mədəniyyəti və onun nailiyyətləri ilə tanış edəcək. Yaşıl zonada adları Müqəddəs Qurani-Kərimdə xatırlanan bitkilər yetişdiriləcək, onların elmi və tibbi əhəmiyyətləri barədə məlumatlar təqdim ediləcək. Burada müqəddəs kitabda təsvir edilmiş bir çox əhvalatların mənasını izah edən eksponatlar nümayiş etdiriləcək.

Kompleksin müdiriyyəti parkda yetişdirilən məhsulların satışını təşkil edəcək. Müsafirlər parkda açılacaq Möcüzələr mağarasında adları müsəlmanların müqəddəs kitabında xatırlanan Dünyanın yeddi möcüzəsini müasir texnologiyaların köməyi ilə görəcəklər. Parkda ictimai Wi-Fi fəaliyyət göstərəcək, mobil qurğular üçün enerjidoldurma stansiyaları və palma ağaclarının kölgəsində uşaqlar üçün oyun meydançaları yaradılacaq. (Azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Ən çox oxunanalar