Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dubayda V Dünya Hökumətlər Sammiti - Azərbaycan da təmsil olunur


Dubayda V Dünya Hökumətlər Sammiti (World Government Summit) işə başlayıb


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun himayəsi ilə keçirilən Sammitdə dünyanın 139 ölkəsindən dörd minədək nümayəndə, o cümlədən tanımış ictimai-siyasi xadimlər, alimlər və ekspertlər iştirak edir.

Azərbaycanı Sammitdə ölkəmizin BƏƏ-dəki səfiri Daşqın Şikarov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev və bu qurumun aparat rəhbəri Azad Cəfərli təmsil edirlər.

Təşkilatçıların fikrincə, bu tədbir xalqların rifahı naminə beynəlxalq hərəkata, regionda ən parlaq və mühüm hadisəyə, gələcəyin proqnozlaşdırılması üçün dünyada ilk meydançaya çevrilib. Sammit bütün bəşəriyyət naminə ən yaxşı gələcəyin layihələndirilməsi üçün tarixi imkan, xalqlar üçün ümid mənbəyidir.

Sammit iştirakçıları üç gün ərzində hökumətlərin və dövlət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparacaq, hökumətin gələcəyini necə görmələrindən danışacaqlar. Bu mühüm tədbirdə iqtisadiyyat, maliyyə, təhsil, səhiyyə, gənclər, texnologiyaların inkişafı, innovasiyalar, gələcək elmlər, dayanıqlı inkişaf, dövlət xidmətlərinin təkmilləşdirilməsi, habelə insanların yaşayışı ilə bilavasitə bağlı olan, dünyanın bütün ölkələrində cəmiyyətin müxtəlif təbəqələrinin mənafeyinə dair bir sıra mövzular müzakirə ediləcək.

BMT, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Davos Ümumdünya İqtisadi Forumu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası, Ərəb Dövlətləri Liqası və digər qurumlar Sammitin tərəfdaşlarıdır(azərtac).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar