Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Döyüş səmasının ölüm mələkləri, yoxsa Sovetlərin fəlakət gətirən bəxşişi – “PİONER”

“Pioner”lər - istənilən halda onlar PLARB-ların (Strateji təyinatlı sualtı raket kreyseri) əhəmiyyətli hissəsindən – ikiyə yaxın aviasiya daşıyıcısı qrupunda məhrum olurdular, Sakit okean donanması üçün ehtiyatların əsas hissəsini itirirdilər: minə yaxın hərbi mütəxəssis, aviadaşıyıcların təmiri üçün çəkilən əzablar və Qərb yarımkürəsində strateji sualtı gəmilərin yeganə baza məntəqəsi...

Müdafiə olunmayan diaqonal üzrə fillə mat: qırmızılar başlayır və qalib gəlirlər. “Pioner” Sovet dəniz silahlanmasının arsenalındakı ən güclü raketdir.

Bitdi sonuncu döyüş.
Varmı kimsə sağ qalan?
Tək cavab – külək səsi.

Çukotkada yerləşən nüvə qalası

Bu unudulan diyarlarda – ABŞ-dan cəmi 200 kilometr məsafədə yerli slenqdə “Portal” adlanan “Qudım” (Maqadan-11) raket bazası yerləşirdi. Bütövlükdə atom müdafiə ərazisi olan bu tikili torpağın içərisində uzanan ikikilometrlik ilanı xatırladırdı. Tunelin hər iki çıxışının qapısı 40 ton çəkiyə malik olmaqla döyüş başlığının bilavasitə zərbəsi nəticəsində zərbə dalğasındam müdafiəni təmin etməyə qadir idi.


Baza müxtəlif mühafizə və gizlilik səviyyəsinə malik hissələrə bölünürdü. Yüklərin daşınması tunelin daxilində yerəşən ensiz dəmir relslər üzərinə qurlaşdırılmış vaqonlar vasitəsilə həyata keçirilirdi. İki əsas qapı ilə yanaşı olaraq həmçinin yuxarıya açılan hərəkət edən qapağı xatırladan başqa qapı da var idi.

Əsas bazanın hüdudlarından kənarda – yuxarıda daha bir neçə mobil raket kompleksləri üçün uçuş nöqtəsi xarakteri daşıyan, betondan tikilən və yer altından uzanan yollar var idi.

Burada raket diviziyası daimi döyüş hazırlığında idi – üç ədəd bərk yanacaqla işləyən, orta mənzilli 15J45, Qərb standartlarına əsasən SS-20 “Saber” (“Sablya”) adlandırılan RSD-10 “Pioner” kompleksi yerləşirdi.

“Pioner” raket kompleksi döyüş başlığını ayıran üç ədəd individual tuşlama blokuna (150 kiloton gücündə) və 4500 kilometr uçuş məsafəsinə malik idi. Hədəfə alma sistemi hədəfin 500 metr hüdudunda ehtimal olunan dairəvi yayınmasının qarşının alınmasını təmin edirdi.

Raketlə birgə atəş-nəqliyyat konteyneri altıtəkərli MAZ-547V şassisinin üzərində yerləşirdi. Kompleksin əhəmiyyətli dərəcədə ağır çəkisinə baxmayaraq (raketin atəş anındakı çəkisi 37 ton təşkil edirdi) 650 at gücünə malik dizelli şassi ümumi istifadə yollarında 40 kilometr/saatadək sürəti təmin edirdi.

İstifadə olunduğu 15 il ərzində bu raketlərin bir qəza halı belə qeydə alınmayıb. Sınaq, istifadə və məhv edilmə zamanı 190 ədəd “Pioner”lərdən 190 atış həyata keçirilib. Bütün atışlar uğurlu olub. Hədəfə düşmə mümkünlüyü 98 faizə bərabər idi.



SS-20 “Saber” – “Avropanın qənimi” 1976-cı ildə Qərb istiqamətində yerləşdirilib. Təhlükə diqqətdən kənarda qalmadı – cavab qismində okeanın digər tərəfindən “Pershing-2” raket kompleksləri gətirildi. “Martin Marietta” şirkətinin ölümdaşıyıcı kiçik şedevri atış anında 7 ton çəkiyə malik idi. “Pershing-2” radarla təchiz edilən döyüş başlıqlarına malik idi.

Öz fenomenal dəqiqliyinə (hədəf ətrafında radius 30 metrə bərabər idi) baxmayaraq “Pershing”lər Moksvaya çatmırdı, onlar bir dəqiqə ərzində Rusiyanın qərb ərazilərində strateji təyinatlı raket qoşunları və komanda məntəqələrini sıradan çıxarmağa qadir deyildi. 

“Pershing”in texnoloji imkanları Sovet ölkələri hərbi sənaye kompleksinin imkanları hüdudlarından dəfələrlə kənara çıxırdı. Sovet İttifaqının güc imkanları müvafiq cavab verməyə imkan vermirdi və SSRİ orta mənzilli raketlərin məhv edilməsi və dağıdılması planını təklif etdi. Nəticədə 1987-ci ildə orta və yaxın mənzilli raketlərin məhv edilməsi üzrə müqavilə imzalandı.

“Pershing”lər raketin hər iki pilləsinin yandırılması metoduyla məhv edilirdi.

Sovet “Pioner”ləri Çitinsk vilayətində atışların həyata keçirilməsi çərçivəsində atəşə tutulur və məhv edilirdi. Daha sonra fərqli üsul seçildi – raketlər daşıyıcı atəş konteynerlərindən ayrılmadan yerüstü atəşlərlə partladıldı.

1991-ci ilin yazına qədər hər şey bitmişdi. Artıq əzəli düşmənlər – “Pioner” və “Pershing” Vaşinqtondakı aviasiya və kosmonavtika muzeyində sanki əbədi baxışlarla bir-birini süzür.


Dünyanın az qala sonunda qərar tutan “Pioner” kompleksinin qalmaqallı Avropa səfəri RSD-10-un tarixində digər o qədər də məşhur olmayan səhifəni gizləyir.

Üç kompleks Çukotkaya nə üçün göndərilmişdi? “X” saatında Kitsap (Banqor adı ilə də tanınır) dəniz bazasını məhv etmək üçün.

Bangor Trident Base 

Obyekt 1977-ci ildən mövcuddur. İndi orada 8 ədəd (silahlanmada olan 14 ədəddən) “Ohayo” tipli Amerika strateji təyinatlı sualtı raket kreyseri yerləşir və onlardan hər biri 24 ədəd “Trident-2” sualtı gəmilər üçün ballistik raket daşıyır. Burada həmçinin raket anbarı yerləşir. Anbarda yükləyici avadanlıqlar və tuşlama sistemləri, “Trident”lərin uçuş tapşırıqlarını yetinə yetirmələri üçün SWFPAC kompleksləri yerləşir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin strateji təyinatlı gəmiərinin yeganə bazası Sakit okeanda yerləşir.

Strateji təyinatlılardan əlavə Banqorda rəsmi olaraq 156 ədəd qanadlı raketə malik iki atom gəmisi (“USS Michigan” və “USS Ohio”) və üç ədəd daha təkmil çoxməqsədli sualtı gəmi var. Bu siyahıya “Sivulf”, “Connecticut” və xüsusi əməliyyatlar üçün nəzərdə tutulan “Carter” gəmiləri aiddir.

Qonşu körfəzlərdə (Brementon, Everett) “Nimits” və “John Stennis” təyyarə daşıyıcı gəmiləri yerləşir. Arsenaldan əlavə, hərbi-dəniz kompleksinin ərazisində donanmanın iri yanacaq anbarı saxlanılır.



Məhz burada iri gəmiqayırma şirkəti – özünü nüvə reaktorları kolleksiyası və ehtiyat donanma gəmiləri dayanacağı ilə “Padget Sound” texniki xidmət stansiyası yerləşir. Burada 125 ədəd istifadədən çıxarılan kreyser və sualtı gəminin nüvə reaktorları yerləşir. “Padget Sound” qərb yarımkürəsində atom təyyarə daşıyıcılarının istehsal olunduğu yeganə yerdir.

Bu şirkətin divarları yaxınlığında daima xeyli sayda esmines, sualtı gəmi və digər tipli döyüş gəmiləri görmək olar. Daha əvvəllər həmin gəmilərin sayı daha çox idi.

Bu sahillərdə hərbi gəmilər XIX əsrin sonlarından görünür. Lakin dənizçilər bu yerləri o qədər də sevmirlər – çox soyuqdur. Bu səbəbdən bir çox sualtı gəmilər daha cəlbedici iqlimə malik sahillərdə (San-Dieqo, tropik Pörl-Harbor, Norfolk – bu ərazilərdə qar nadir hadisədir) lövbər salırlar. 

Rentgenlərlə əbədi Kaliforniya yayını korlamamaq üçün atom sualtı gəmiləri bir qədər şimala yönəlirlər. Məhz burada onlar təsadüfən “Pioner” orta mənzilli raket kompleksinin təsir dairəsinə düşdülər.

Son söz əvəzi

Nüvə silahı Çukotkadan 1986-cı ildə çıxarıldı. Bir müddət “Maqadan-11” bazasının ərazisi hərbi avadanlıqların saxlanılması üçün istifadə edildi. Hərbçilər obyekti 2002-ci ildə birdəfəlik tərk etdilər.

Ağalar Qəribov (Ordu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar