Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Döyülən jurnalist “Yeni Müsavat”dan gedib


“Hələ istintaq materialları ilə tanış olmamışam. Amma iş yekunlaşıb, nə vaxt məhkəməyə göndəriləcəyini bilmirəm”


PİA.AZ xəbər verir ki, bu sözləri “Azadlıq”a aprelin 25-də döyülən jurnalist Fərahim İlqaroğlu bildirib. O, əlavə edib ki, işdə başqa yenilik yoxdur: “Elə bir nəfər tutublar. Iş gedir hələ”.

Qeyd edək ki, bu hadisə baş verəndə Fərahim Ilqaroğlu “Yeni Müsavat” qəzetində çalışırdı. Amma artıq o, “Yeni Müsavat”dan çıxıb. Bəzi iddialara görə, Fərahim Ilqaroğlunun işdən çıxmasının səbəbi qəzetin bu məsələdə artıq onu müdafiə etmək niyyətində olmaması ilə bağlıdır. Lakin jurnalist özü deyir ki, “Yeni Müsavat”dan getməsi iş rejimi ilə bağlıdır: “Mən paralel olaraq ”APA Holdinq"də çalışırdım. Özü də gecə növbəsində. Bu isə məni çox yorurdu. Ona görə də qəzetdən çıxdım. Yəni, “Yeni Müsavat”dan getməyimin döyülməyimlə bağlı məsələyə aidiyyəti yoxdur".

Xatırladaq ki, Fərahim İlqaroğlu aprelin 25-də yaşadığı binanın girəcəyində döyülüb.
Mayın 7-də Bakı şəhər Baş Polis Idarəsi Fərahim Ilqaroğlunun döyülməsi faktı ilə bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, hadisə ilə bağlı xuliqanlıq maddəsilə cinayət işi başlanıb. Araşdırmalar zamanı müəyyən olunub ki, jurnalisti döyən Siyəzən rayon sakini, Bakıda kirayə yaşayan 24 yaşlı Feyruz Termişidir. O, mayın 6-sı axşam saatlarında metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında tutulub.
Məlumatlara görə, Feyruz Termişi Fərahim Ilqaroğlunu döymək sifarişini Tural Bayramov adlı şəxsdən alıblar. Peşəkar idmançı olan bu şəxsin isə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovla dost olduğu bildirilir. Bu baxımdan Fərahim Ilqaroğlunun döyülməsində Məmmədovların da rolunun olduğu iddia edilir.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Səyyad Ağbabalı: “Soydaşlarımız İslam fundamentalizminə qarşı mübarizə adı altında təqib olunurdular” - Video

Ən çox oxunanalar