Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlətin problemli kreditləri ödəməsi mümkündür?


Ekspert: “Azərbaycan qanunvericiliyində də bildirilir ki, dövlət qurumlarının qəbul etdiyi qərarlardan dolayı ümumi borc yükü artarsa, bu zaman dəymiş zərər dövlət qurumları tərəfindən kompensasiya olunmalıdır”


“Problemli kreditlərin dövlət hesabına tam ödənişindən söhbət gedə bilməz. Böyük ehtimalla bu addım baş tutmayacaq. Sadəcə olaraq müəyyən kateqoriyaya daxil olan kreditlərə kompensasiyaların tətbiqi mümkün ola bilər”.

Bu sözləri prezident seçkiləri ilə əlaqədar bu il problemli kreditlərin müəyyən bir qisminin silinəcəyi ilə bağlı söyləntiləri dəyərləndirərkən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Məlumdur ki, iki devalvasiyadan sonra Azərbaycanda problemli kreditlərin faizi sürətlə yüksəlməyə başlayıb və hazırda problemli kreditlər Azərbaycan bank sektorunun əsas problemlərindən biri hesab olunur.  Azərbaycan Mərkəzi Bankının verdiyi xəbərə görə, ötən ilin oktyabr ayı ilə müqayisədə noyabrda problemli kreditlərin həcmi 700 min manat və ya 0,04% artıb. Problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 15,46% təşkil edir. Bu isə təbii olaraq həm bankların fəaliyyətinə, həm də ölkə iqtisadiyyatının kreditləşməsinə ciddi problemlər yaradır. Bəzi ekspertlərə görə, problemli kreditlərin ödənilməsi üçün bankların indiki güzəştləri yetərli hesab olunmur. Belə olan halda isə müştərilər öz kreditlərini ödəməkdə çətinlik yaşayırlar. Bu həm də banklarla müştəriləri arasında məhkəmə çəkişmələrinə və ciddi problemlərə yol açır.

Son günlər isə ictimaiyyət arasında belə bir söz-söhbətlər dolaşır ki, 2018-ci il prezident seçkiləri ili olduğuna görə bu il problemli kreditlərin müəyyən bir qismi silinəcək. Ümumiyyətlə, problemli kreditlərin silinməsi dünya praktikasında mövcuddurmu?  Və nəzərə alsaq ki, problemli kreditlər bank sektorunun inkişaf etməməsinə və sıradan çıxmasına şərait yaradan səbəblərdən biridir, o zaman bu problemli kreditlərin dövlət hesabına ödənilməsi bank sektorunda normallaşdırmanın yaranmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.

Image result for rəşad həsənov

Rəşad Həsənov: “Problemli kreditlərin həll edilməsi ilə bağlı hansısa addımın atılması bank sektorunun sağlamlaşdırılması istiqamətində mühüm irəliləyişə səbəb ola bilər”.


Problemli kreditlərin dövlət hesabına bütünlüklə ödənməsinin mümkün olmayacağını bildirən iqtisadçı Rəşad Həsənova görə, bu problem həll olunmadıqca bank sektorunda inkişaf gözlənilən deyil:

“Bir sıra ölkələrdə problemli kreditlərin həlli ilə bağlı oxşar yollar tapılır. Azərbaycan qanunvericiliyində də bildirilir ki, dövlət qurumlarının qəbul etdiyi qərarlardan dolayı ümumi borc yükü artarsa, bu zaman dəymiş zərər dövlət qurumları tərəfindən kompensasiya olunmalıdır. Devalvasiyalar və digər hadisələrin nəticəsi olaraq dəymiş zərərin kompensasiya olunması bir sıra Avropa ölkələri və Orta Asiya ölkələrində müxtəlif təyinatlı kreditlərə tətbiq olundu. Düşünürəm ki, Azərbaycan praktikasında da belə bir addımın atılmasına ehtiyac var. 

“Strateji yol xəritələri”ndə 2018-c ildə bank sektorunun sağlamlaşdırılması prosesinin yekunlaşdırılması hədəf kimi müəyyən edilib. Bu hədəfə nail olmaq  üçün atılacaq mühüm addımlardan biri məhz problemli kreditlərlə bağlı məsələnin aradan qaldırılması, toksik aktivlərin ləğv  olunmasıdır. Bununla bağlı hansısa qərar qəbul edilməyəcəksə, yaxın gələcəkdə bu problemin dərinləşməsinə və bank sektorunda vəziyyətin stabilləşməməsinə səbəb olacaq. 

Problemli kreditlərin dövlət hesabına tam ödənişindən isə söhbət gedə bilməz. Böyük ehtimalla bu addım baş tutmayacaq. Sadəcə olaraq müəyyən kateqoriyaya daxil olan kreditlərə kompensasiyaların tətbiqi  mümkün ola bilər. 

Rəşad Həsənov: “Problemli kreditlərlə bağlı hansısa qərar qəbul edilməyəcəksə, yaxın gələcəkdə bu problemin dərinləşməsinə səbəb olacaq”. 


Hesab edirəm ki, hazırki vəziyyətdə bu məsələ ilə bağlı ictimai müzakirələrin aparılması bir sıra hallarda vətəndaşlarda ümidlərin yaranmasına səbəb olur, lakin sonda qəbul edilən qərar insanlarda müəyyən narahatlıqların yaranmasına səbəb olur. Ümid edirəm ki, aidiyyatı dövlət qurumları bu məsələ ilə bağlı qapılar arxasında müzakirələr aparırlar. 

Problemli kreditlər məsələsi həll olunarsa, bankların kapital adekvatlığı təmin olanacaq və real sektora kredit yönləndirmə imkanları genişlənəcək. Eyni zamanda banklar borclarının müəyyən bir hissəsini geri qaytara biləcək və faiz yüklərindən azad olacaqlar. Bu isə bank sektorunda illik xərcin azalmasına və mənfəət normasının nisbətən yüksəlməsinə səbəb ola bilər. 

Əlavə olaraq, toksik aktivlərə görə Mərkəzi Bankda yerləşdirilmiş sığorta vəsaitləri, yəni ehtiyat fondu bankın sərəncamına keçə bilər. Bu isə bankın əlində əlavə vəsaitin formalaşması ilə daha çox gəlir əldə etmək imkanı yaradır. Bütövlükdə, problemli kreditlərin həll edilməsi ilə bağlı hansısa addımın atılması bank sektorunun sağlamlaşdırılması istiqamətində mühüm irəliləyişə səbəb ola bilər”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar