Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlətin kənd təssərrüfatı sahəsinə qoyduğu yatırımlar bəhrə verirmi?


Ekspert: “Pambıqçılıqdan kəndlilər, fermerlər yox, yüksək vəzifəli məmurlar gəlir əldə etdilər”


“Bu gün demək olmaz ki, pambıqçılıq Azərbaycan kəndliləri üçün gəlirlidir, onlarda maraq yaranıb və onlar bu sahənin genişləndirilməsi ilə məşğul olacaqlar. Azərbaycan kəndlisində pambığa maraq qalmayıb. Bu ona görə belə oldu ki, müdaxilə oldu”.

Bu fikirləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov son illər dövlətin kənd təssərrüfatı sahəsinə yatırdığı ciddi yatırımları PİA.AZ-a şərh edərkən deyib. 

Son illər neftin qiyməti dünya bazarlarında kəskin şəkildə aşağı düşdüyü zamanda  ölkədə qeyri-neft sektorunun inkişafı prioritet sahəyə çevrildi. Xüsusən də dövlət son bir neçə ildə kənd təssərrüfatı sahəsinə ciddi yatırım etdi. Misal üçün pambıqçılığa, baramaçılığa və bir sıra başqa sahələrə... Keçən ilin pambıq yığımından, həmçinin baramaçılıqdan və digər sahələrdən əldə olunan nəticələrə görə demək olarmı ki, bu yatıırımlar özünü doğruldub və sadalanan sahələrdə inkişaf qənatbəxşdir?  

Bu mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmova müraciət edib.

Картинки по запросу vahid məhərrəmov

Vahid Məhərrəmov: “Bu gün demək olmaz ki, pambıqçılıq Azərbaycan kəndliləri üçün gəlirlidir, onlarda maraq yaranıb və onlar bu sahənin genişləndirilməsi ilə məşğul olacaqlar”.


Mövzu ilə bağlı PİA.AZ-a danışan ekspert bildirib ki, kənd təssərrüfatı ilə məşğul olan insanları məcbur etdilər ki, ot, tərəvəz istehsal etməsinlər və pambıq əkini ilə məşğul olsunlar. Məmurlar deyirdilər ki, guya yeni, daha məhsuldar pambıq sortu ölkəyə gətiriblər və kəndliləri istehsal vasitələri ilə təmin ediləcəklər. Bununla da kəndlilər daha çox gəlir əldə edəcəklər. Amma fermerlərin əksəriyyəti bu il ziyana işlədi. Çünki məhsuldarlıq aşağı oldu:

“Bir müddət əvvəl ölkənin ərzaq buğdasına olan təminatını ödəmək üçün bu sahəyə subsidiya formasında maliyyə resursu ayrıldı. Son zamanlarda da neftin qiymətinin azalması höküməti məcbur etdi ki, qeyri-neft sektoruna diqqət yetirsin. Buna görə də kənd təssərrüfatına müəyyən qədər maliyyə resursları ayrıldı. Yəqin xatırlayırsınız ki, keçən il Sabirabadda çıxış edən prezident İlham Əliyev dedi ki, biz pambıqçılığın inkişafına hər il 100 milyonlarla dollar vəsait ayırmışıq və gələcəkdə də ayıracağıq. 

Ümumiyyətlə bazar iqtisadiyyatının qanunlarına görə ayrılan hər bir vəsaitin səmərəli xərclənməsi, gəlir gətirməsi ən vacib amildir. Pul xərcləmək xatirinə maliyyə resursları ayırmaq lazım deyil. O sahədən gəlir əldə etmək üçün, o sahədə çalışanların marağını artırmaq üçün pul xərclənməlidir. Gəlin indi son iki ilə baxaq. 2016-2017-ci illərdə prezidentin də dediyi kimi 100 milyon dollarla vəsait pambıqçılığın inkişafına xərcələndi. Onu da qeyd edim ki, hər birinin dəyəri 1 milyon manatdan baha olan, yəni 860 min dollar olan bahalı kombaynlar alıb ölkəyə gətiriblər. Çox təəssüflər olsun ki, alınan kombaynlardan istifadə olunmur. Pambıq toxumunun, gübrələrin və digər istehsal vasitələrinin alınıb ölkəyə gətirilməsini müşahidə edirik. Ancaq bununla yanaşı gəlin görək bu sahədən kəndlilər, fermerlər və yaxud  da dövlət müəyyən qədər gəlir əldə edə bilibmi? 

Vahid Məhərrəmov: “Hər birinin dəyəri 860 min dollar olan bahalı kombaynlar alıb ölkəyə gətiriblər. Çox təəssüflər olsun ki, alınan kombaynlardan istifadə olunmur”.


2016-cı ildə hər hektardan 17,2 sentner məhsul əldə edilib. Bu nəticə də əvvəlki iki ildən 2 sentner aşağı idi. Hətta 2005-ci ildə ölkədə pambıqçılığa bir qəpik belə ayrılmayanda məhsuldarlıq indikindən 4 sentner çox idi. Yəni keçən il 17,2 sentner, 2017-ci ildə isə 15,1 sentner məhsul əldə olunub. Amma kütləvi informasiya vasitələri ilə belə informasiya ötürürlər ki, guya 2017-ci ildə əvvəlki ilə nisbətən 2,5 dəfə artıq məhsul istehsal olunub. Bu artım isə əkin sahələrinin artırılmasıyla əldə olunub. Söhbət artıq məhsul istehsal etməkdən getməməlidir, söhbət məhsuldarlığın artırılmasından, o sahəni gəlirli etməkdən, rəqabət qabliyyətli məhsul istehsal etməkdən getməlidir. Axı biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Əgər ölkəyə pambıq lazım olardısa, bu gün dünya bazarında daha keyfiyyətli , daha ucuz pambıq istehsal olunur. 

Bir daha qeyd edim ki, bazar iqtisadiyyatı şəraitində daha çox məhsul istehsal etmək əsas deyil. Bazar iqtisadiyyatı şəraitində daha ucuz, daha keyfiyyətli, daha rəqabət qabliyyətli məhsul istehsal etmək vacibdir. Bizim pambıqçıların bir hissəsi  2016-ci ili zərərlə başa vurdu, 2017-ci ildə də bizim apardığımız hesablamalar göstərdi ki, ümumillikdə ölkə üzrə pambıqçılar 10 milyon manatdan çox  zərərə məruz qalıb. Yəni hər hektara çəkilən xərc  870 manat olduğu halda, onların əldə etdikləri vəsait 790 manat olub. İndi təsəvvür edin, kim öz ziyanına fəaliyyət göstərər, iş qurar, əziyyət çəkər? Axı pambıq yetişdirmək digər kənd təssərrüfatı məhsulunu yetişdirməkdən qat-qat çətin və əziyyətlidir. İş burasındadır ki, kənd təssərrüfatı ilə məşğul olan insanları məcbur etdilər ki, ot, tərəvəz istehsal etməsinlər və pambıq əkini ilə məşğul olsunlar. Çünki onlar deyirdilər ki, guya yeni daha məhsuldar sort ölkəyə gətiriblər və kəndlilər istehsal vasitələri ilə təmin ediləcəklər. Bununla da kəndlilər daha çox gəlir əldə edəcəklər. Amma fermerlərin əksəriyyəti ziyana işlədi. Çünki məhsuldarlıq aşağı oldu. 

Vahid Məhərrəmov: “Kənd Təsərrüfatı Nazirliyinin alıb ölkəmizə gətirdiyi sort da gec yetişən pambıq sortu idi və Azərbaycan iqliminə uyğun deyildi”.


Hətta yanvar ayının ilk günlərinə kimi pambıq yığıldı. Çünki Kənd Təsərrüfatı Nazirliyinin alıb ölkəmizə gətirdiyi sort da gec yetişən pambıq sortu idi və Azərbaycan iqliminə uyğun deyildi. Bir yandan da alınan texnikadan istifadə olunmadı. Çünki istifadə edə bilmirlər. Pambıq yığmağa da müəllimləri, həmikləri, məktəbdə işləyən texniki işçiləri, bələdiyyə fəallarını, yerli icra nümayəndələrini cəlb etdilər. Yəni dövlət büdcəsi hesabına əmək haqqı alan işçilər bu işə cəlb edildi. Bu gün demək olmaz ki, pambıqçılıq Azərbaycan kəndliləri üçün gəlirlidir, onlarda maraq yaranıb və onlar bu sahənin genişləndirilməsi ilə məşğul olacaqlar. Azərbaycan kəndlisində pambığa maraq qalmayıb. Bu ona görə belə oldu ki, müdaxilə oldu. Yəni istədilər ki, inzibatı qayda ilə, Sovet dövründə olduğu kimi bu sahə ilə məşğul olsunlar. Amma bu belə olmadı.

Ümumiyyətlə pambıqçılıqda məhsuldarlıq əksər ölkələrdə aşağı səviyyədədir. Hətta Türkiyədə, ABŞ-da, Çində, Hindistanda pambıqçılıq elə də yüksək səviyyədə deyil. Ancaq həmin ölkələr pambığı özləri emal edib, ondan yüngül sənayedə istifadə edib məhsul əldə edirlər. Məsələn, təsəvvür edin bu gün Çin, Türkiyə, ABŞ istehsalı olan cins paltarlar bazara çıxarılır. Onların dəyəri fərqlidir. Çünki keyfiyyət vacib amildir. Bəs Azərbaycan nə istehsal edir? Hökumət öhdəlik götürmüşdü ki, corab istehsalı ilə məşğul olacaqlar. Bu da gülməlidir. İstehsal olunan corab bu gün bazarda varmı? Pambıq istehsalı mürəkkəb sahədir. Hökumət istehsal etdiyi pambığı xammal kimi Rusiyaya ixrac edir və aşağı qiymətə Rusiya bazarına çıxarırlar. 

Əslində bu sahədən gəlir əldə edən kəndlilər, fermerlər yox, pambığın emalı və ixarcı ilə məşğul olan yüksək vəzifəli dövlət məmurlarıdır. O məmurlar ki, onlar həm də sahibkarlıqla məşğuldurlar. Yəni dövlət büdcəsi hesabına ayrılan küllü miqdarda, yüz milyon dollarla vəsait yalnız və yalnız oliqarx məmurların biznesinin genişləndirilməsinə xidmət etdi. Demək olar ki, dövlət də pambıqçılıqdan hər-hansı gəlir əldə etmədi. 

Vahid Məhərrəmov: “Dövlət büdcəsi hesabına ayrılan küllü miqdarda, yüz milyon dollarla vəsait yalnız və yalnız oliqarx məmurların biznesinin genişləndirilməsinə xidmət etdi”.


Bu sözləri baramaçılıq haqda da demək olar. Çünki baramanın toxumu da, baramaçılıqda istifadə olunan çəkil də  xaricdən gəlir. Belə olan halda da istehsal baha-başa gəlir. Hər kiloqram barama üçün 5 manat subsidiya verilir. Halbuki, Qazaxıstan Azərbaycan manatı ilə 1 kiloqram baramanı 5 manata ixrac edir. Deməli bu sahə də dövlət büdcəsindən asılı vəziyyətdədir. Axı indiki şəraitdə belə bizneslə məşğul olmaq olmaz. Kəndlilərə, fermerlərə imkan vermək lazımdır ki, onlar özləri seçim etsin. Hansı sahə onlara fayda verər, hansı sahə onlar üçün gəlirli olar, həmçinin keyfiyyətli məhsul istehsal edib özləri bazara çıxara bilən sahələrdə imkan yaradılmalıdır. Yəni elə sahə inkişaf etdirilməlidir ki, o sahədən kəndli, fermer, ölkə də gəlir əldə edə bilə. Bunun üçün münbit biznes şəraiti yaratmaq lazımdır. 

İnkişaf etmiş ölkələr kənd təssərrüfatını hansı formada inkişaf etdirmək lazım olduğunu nümunə kimi göstəriblər. Bu nümunə də ondan ibarətdir ki, kəndlilərə imkan yaradılmalıdır ki, onlar özləri seçim etsin, onlar müstəqil olaraq istehsal, idxalla, ixracla məşğul olsunlar. Özləri məsuliyyət daşısınlar. Dövlət işə qatışanda, işin nəticəsi Sovet hökumətinin apardığı siyasətin nəticəsi kimi olur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar