Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət xidmətləri xərcləri niyə artıb? - Ekspert rəyi


Azər Mehtiyev: “Qurumlarının bədxərcliyi ilə bağlı problemlər qalmaqdadır”


İqtisadçı ekspert: “Devalvasiyadan sonra bu ilin büdcəsinin yenidən qiymətləndirilməsi zamanı Azərbaycanın dövlət büdcəsi xidmətləri xərclərinin kəskin artması hadisəsinin baş verəcəyi məlum idi”.

Bu fikirləri Dövlət Statistika Komitəsinin 2016-cı ilin yanvar-avqust aylarında ümumi dövlət xidmətləri xərcləri üzrə açıqlamasını münasibət bildirərkən PİA.AZ-a şərhində qeyd edib. 

Dövlət Statistika Komitəsinin açıqlamalarına görə, 2016-cı ilin yanvar-avqust aylarında ümumi dövlət xidmətləri xərcləri ötən illə müqayisədə 60,1 % çox icra olunub. Nəticədə bu ilin ilk 8 ayında ümumi dövlət xidmətləri üzrə xərcləmələr ötən ilə nisbətən 617 milyon manat çox olub. İqtisadi problemlərin olduğu və qənaət rejimində çalışdığını iddia edən hökümətin xərclərinin bu qədər artmasını nəylə əlaqələndirmək olar?

Bu mövzu ilə bağlı İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Azər Mehtiyev öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Image result for azər mehtiyev

Azər Mehtiyev: “Dövlət büdcə sisteminin özündə ciddi dəyişikliklər aparılmalıdır”.


Dövlət xidmətləri xərclərində artımın gözlənilən olduğunu qeyd edən Azər Mehtiyevə görə, büdcə sisteminin mövcud strukturunda ciddi dəyişikliklərin edilməsi zəruridir:

“Əslində dövlətin idarəetmə xərclərinin artımı elə də gözlənilməz artım deyildi. Hətta Devalvasiyadan sonra bu ilin büdcəsinin yenidən qiymətləndirilməsi zamanı Azərbaycanın dövlət büdcəsi xidmətləri xərclərinin kəskin artması hadisəsinin baş verəcəyi məlum idi. Bilirik ki, dövlətin xarici  borcları dollarla alınır, amma Azərbaycan dövlət büdcəsi vəsaiti hesabına manatla ödənir. Manatın devalvasiyasından sonra dollarla olan borcların ödənməsi üçün göstərilən məbləğ kəskin şəkildə artmış və bu ilin büdcəsində həmin dövlət xidmətləri xərcləri kəskin artımla proqnozlaşdırılmışdı. 

Azər Mehtiyev: “Dövlət büdcəsi ayrı-ayrı dövlət qurumların saxlanması üçün vəsait ayırdıqca və onlara ayrılan vəsaitin nəticəsi ortaya qoyulmadıqca bu bədxərclik davam edəcək”.


Əgər dövlət büdcəsinə sərf olunan xərc maddələri üzrə təhlil aparılsa, əslində dövlət idarəetmə orqanlarının digər xərclərində belə bir artımların olmadığı məlum olar. Artım əsasən dövlət borc xidmətləri ilə bağlıdır və 60 % artımın səbəbi də budur. Ancaq bu o demək deyil ki, belə bir şəraitdə  qurumlar qənaətlə işləyir. Həqiqətən də hazırda dövlət qurumlarının bədxərcliyi ilə bağlı problemlər qalmaqdadır. Bu bizim büdcə sisteminin mövcud strukturu ilə bağlıdır. Dövlət büdcəsi ayrı-ayrı dövlət qurumların saxlanması üçün vəsait ayırdıqca və onlara ayrılan vəsaitin nəticəsi ortaya qoyulmadıqca bu bədxərclik davam edəcək. Ona görə də dövlət büdcə sisteminin özündə ciddi dəyişikliklər aparılmalıdır. Dövlət qurumlarına vəsait ayrılması zamanı həmin vəsait hesabına həyata keçiriləcək işlərin real nəticələri əsasında vəsait ayrılması düzgün ehtimaldır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar