Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət xarici kreditləri hara və necə xərcləyir?


Ekspert: “Həm borclanma, həm də xərcləmə üzərində nəzarət mexanizmləri zəifdir”


Türkiyədə seçkiqabağı müzakirələrin əsas mövzularından biri dövlət xətti ilə xaricdən alınan kreditlərin xərclənmə istiqamətləridir. Müxalif namizədlər prezident Ərdoğanı alınan kreditləri istehsal sahəsinə deyil, tikinti-təmir işlərinə yönəltməkdə ittiham edirlər.

Qardaş ölkədəki bu müzakirələr istər-istəməz diqqəti Azərbaycana yönəldir. Görəsən, bizdə dövlət borcu olaraq götürülən kreditlər hansı sahələrə yönəldilir?

Rəsmi açıqlamalardan aydın olur ki, Azərbaycanda götürülən kreditlərin 60 faizdən yuxarısı infrastruktur (avtomobil yollarının, dəmir yolunun çəkilməsi, yeni enerji güclərinin yaradılması, su təchizatı, enerji təchizatı və sair) layihələrə sərf olunur. İqtisadiyyat və maliyyə, kənd təsərrüfatı və meliorasiya layihələrinə alınan kreditlərin 3-4 faizi yönəldilir.

Onu da qeyd edək ki, 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 milyard 398,3 milyon ABŞ dolları (15 milyard 978,1 milyon manat) olub.

Maliyyə Nazirliyindən verilən məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22,8 faiz təşkil edib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

İqtisadçı-ekspert Rəşad Həsənovun dediyinə görə, Azərbaycanda dövlət zəmanəti ilə alınan kreditlərin böyük əksəriyyəti iri dövlət qurumlarının xətti ilə alınanlardır: “Bunlar da daha çox infrastruktura yönəlib. Dövlət Dəmir Yolundan tutmuş, ”Azərenerji", “Azərişıq”, “Azərsu”, AZAL və digərlərinədək, əksər iri dövlət müəssisələri üçün böyük məbləğdə kreditlər götürülüb. Bu kreditlər Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı və digər maliyyə qurumlarından alınıb. Bu sahədə problemlərdən biri budur ki, krediti götürən qurumlar əksər hallarda onları qaytara bilmirlər, bu üzdən də yük düşür büdcənin üzərinə. Ötən il hətta Maliyyə Nazirliyi tərəfindən dövlət zəmanəti ilə kredit alınmasına məhdudiyyət tətbiq olunacağına dair açıqlama da verilmişdi. Alınan kreditlərin büdcə hesabına qaytarılması sosial layihələrə vəsait yönəldilməsi imkanlarını daraldır".

Ekspertin sözlərinə görə, xarici kreditlərlə bağlı daha bir ciddi məsələ vəsaitlərin qeyri-şəffaf xərclənməsi, təyinatından uzaqlaşdırılmasıdır: “Yəni həm borclanma, həm də xərcləmə üzərində nəzarət mexanizmləri zəifdir. Bu proseslərdə şəffaflıq təmin olunmadığı üçün alınan kreditlərin səmərəli xərcləndiyini söyləmək qeyri-mümkündür. Nəzarət orqanları institutlaşa bilmir, bu isə vəsaitlərin korrupsiya predmetinə çevrilməsinə səbəb olur. Belə qeyri-səmərəli xərclənmənin bariz nümunəsi Bakı-Quba yoludur. Bir neçə il əvvəl o yol xarici kreditlər hesabına inşa olunmuşdu, 30 il də təminat verilmişdi. Amma indi tamamən sökülərək yenidən çəkilməsinə başlanıb”.

R.Həsənovun fikrincə, dövlət xətti ilə götürülən kreditlərin əksəriyyətinin infrastruktur layihələrinə yönəldilməsi təbiidir: “Dövlətin işi iqtisadiyyatın, biznesin inkişafı üçün əlverişli infrastrukturun yaradılmasıdır - su, qaz, işıq, yol təchizatı və sair. Buna görə də dövlət xətti ilə alınan kreditlərin bu təminatlara yönəlməsi təbiidir. Burada əsas problem alınan kreditlərin qeyri-şəffaf xərclənməsi, korrupsiya predmeti olması, təyinatından yayındırılmasıdır. Təəssüflər olsun ki, bir sıra xarici qurumlar kredit ayırarkən onun qaytarılması imkanlarına daha çox diqqət edirlər, nəinki şəffaf və təyinatı üzrə xərclənməsinə. Düşünürəm ki, əsas problem bu sahədəki sistemlə bağlıdır. Bir sıra maliyyə qurumları yerli banklara özəl sektorun dəstəklənməsi, aqrar sahənin inkişafı məqsədilə vəsaitlər ayırıblar. Bu kreditlərin bir qismi də Beynəlxalq Bank vasitəsilə, dövlət zəmanəti əsasında ayrılıb. Lakin təəssüflər olsun ki, milyardlarla dollar vəsait əsasında yaradılan istehsal müəssisələrinin bir çoxu düzgün hesablamalar aparılmadan yaradılıb. İndi onların əksəriyyəti fəaliyyətini dayandırıb, dövlət onları sağlamlaşdırmaq niyyətindədir. Borclar isə yenə dövlət büdcəsi hesabına qaytarılacaq”.(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar