Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət şirkətinin rəhbəri Mayamidə 8,5 milyonluq əmlak alıb


Azərbaycanın dövlətə məxsus şirkətinin baş direktorunun Mayamidə milyonlarla dollarlıq iki dəbdəbəli mənzil aldığı üzə çıxıb


Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın Florida ştatının daşınmaz əmlak xəbərləri saytı “The Real Deal” bildirir.

Saytın Mayami daşınmaz əmlak alqı-satqısı reyestrinin məlumatlarına əsasən yazdığına görə Azərbaycanın neft sektorunda işləyən dövlət şirkəti “BOS Shelf” LLC-in baş direktoru İxtiyar Axundov Mayami-Beach çimərliyi ilə üzbəüz yerləşən 40 mərtəbəli  “The Setai Condo Miami Beach” elit kompleksin 40-cı mərtəbəsində yerləşən 2802/2004 nömrəli mənzillərdən ibarət bloka  5.5 milyon dollar ödəyib.

“The Setai Condo Miami Beach” 2004-cü ildə inşa edilib və orada Mayaminin ən bahalı mənzilləri yerləşir. Mayamidə, həmin kompleksin yaxınlığında  “Setai Hotel” adlı dəbdəbəli otel də yerləşir.

Sayt xatırladır ki, Axundov “BOS Shelf” MMC-yə rəhbərlik edir, bu, Azərbaycanın dəniz neft-qaz  platformaları yığan iri zavodudur.

İxtiyar Axundov həmin mənzilləri Ross Markettanın nəzarət etdiyi “Setai” LLC şirkətindən alıb. Şirkətin məlumatlarından görünür ki, Ross Marketta həmin mənzilləri 2004-cü ildə, bina təzəcə istifadəyə veriləndə inşaatçı şirkət  “Setai Condo”-dan 1.5 milyon dollara almışdı. Mənzilin 3 yataq otağı var, sahəsi 1254 kvadrat-futdur.

Mənzil hər kvadrat-futu 2336 dollardan satılıb. Bildirilir ki, ötən il mənzilin qiyməti bazarda 7.95 milyon dollar ölçüsündə idi.

Mənzil ötən il daşınmaz əmlak agenti Duqlas Ellimandan 6.9 milyon dollara Eloy Karmeneyte keçib. İndi isə Axundov mənzili ilkin bazar qiymətindən təqribən 30 faiz ucuz alıb.



The Setai Condo Miami Beach

Lakin bu, İxtiyar Axundovun Mayamidə, həmin binada aldığı birinci mənzil deyil. Daşınmaz əmlak reyestrində yer alan məlumatlara görə İxtiyar Axundov “The Setai Condo Miami Beach” göydələninin 32-ci mərtəbəsində 1213 kvadrat metrlik daha bir mənzilin sahibidir. Həmin mənzilə o, 2015-ci ildə 3 milyon dollar ödəyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar