Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət qurumunun 40 milyonluq qalmaqalı


Noyabrın 15-dən ölkədəki normativlərə uyğun olaraq mərkəzləşdirilmiş istilik sistimi ilə təchiz olunan abonentlər istilik almalıydılar. Ancaq 10 gündən artıq vaxt keçməsinə baxmayaraq əksər abonentlər hələ də istilik üzünə həsrət qalıblar


Bu müddətdə KIV-lərdə verilən məlumata görə, qazanxanaların əksəriyyəti qaza görə borclu olduğundan onlara yanacaq verilməsi “Azəriqaz” tərəfindən dayandırılıb və buna görə də onlar heç fəaliyyətə başlaya bilməyiblər.

PİA.AZ xəbər verir ki, “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzi məsələni kökündən araşdırıb. Axı, həqiqətən də bu məsələ indi ortaya çıxmayıb ki, “Azəriqaz” soyuqların düşdüyü bir vaxt əhalini “isti ilə imtahana çəksin”. Çünki bu da faktdır ki, borcu olmayan qazanxanalar və hətta borcu kiçik olan olan qazanxanalar belə heç bir problemsiz təbii qazla təmin olunur və onların işlədiyi yerlərdə də abonentlərin istilik məsələləri kimində yaxşı, kimin də qismən alababat olsa da həllini tapır. Deməli, bu məsələlərin həlli heç də “qazımızı vermirlər, ona görə də istilik yoxdur”, “əhali vaxtında pul versəydi, hamının qazı olardı” şablon cümlələri qədər sadə deyil.

Problemin kökü nədədir?

Araşdırma nəticəsində bəlli olub ki, 1 noyabr 1 tarixinə “Azəriqaz” İstehsalat Birliyinə ölkədəki 526 qazanxanadan yalnız 160-nın borcu 1000 manatdan aşağı olub. Digərlərinin borcu bu həddət aşıb və nəticədə “Azəristiliktəchizat” ASC üzrə 40 milyon manatı keçib.

Həmin borcun 8 milyon manatı təkcə 2015-ci ildə yaranıb. Fikir verin 32 milyon manat isə əvvəlki illərin borcudur. Ümmiyyətlə, son 5 il ərzində “Azəristiliktəchizat” hər il orta hesabla istifadə etdiyi yanacağın təqribən 30-35 faizi müqabilində ödəmələr edib. Və həmişə də bunu əhalinin tam pul ödəməməsi faktoru ilə əsaslandırıb. Yəni bir dövlət şirkəti digərinə istehsal xərclərinə görə vəsaiti tam ödəmir və bunda əhalini borclu çıxarır. Və…

Böyük neft pulları və dövlət investisiyaları

Başlayaq ondan ki, 100% dövlət müsəsisəsi olan “Azəristiliktəchizat” ASC-nin balansındakı qazanxanalar hamısı təbii qazla işləyir. Yəni onları digər yanacaq növü ilə təmin etmək (mazut, kömür, dizel) iqtisadi cəhətdən səmərəsizdir.

Azəristiliktəchizat” ASC Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2005-ci il tarixli 847 saylı sərəncamı ilə yaradılıb. Onun vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməkdir.

Azəristiliktəchizat” ASC-nin saytında “investisiyalar” bölümü tamamilə boşdur. Yəni ictimaiyyətə heç bir məlumat verilmir ki, son 10 ildə bu təşkilat gördüyü işlərə (ancaq bu hissə tam doludur) nə qədər yatırım edib, dövlətdən nə qədər bu sahəyə yardım alıb. Ancaq məlumat bölümündə onun balansındakı obyektlər haqda ətraflı məlumat var.

 * Diqqəti çəkən bir məqam odur ki, 2011-ci ildən Səmdar Cəmiyyətin illik hesabatları da yenilənmir və bu da onun “qapalılığı”nı göstərən dəlildir.

Hökumətin maliyyə sənədləri ilə tanış olduqda görmək olar ki, bu qurum yarandıqdan sonra “Azəristiliktəchizat” ASC-yə hər il ona dövlət büdcəsi xətti ilə 35-40 milyon manat vəsait ayrılıb. Xərcləmə maddəsinin adı da belədir: “mənzil-kommunal təsərrüfatı sektorunda istilik sistemininə”.

İndi sual olunur, bu qurumun vəzifəsi son 10 ildə ancaq ondan ibarət idi ki, büdcə vəsaitləri hesabına qazanxanalar tiksin, köhnələrini yenidən qursun və avadanlıq alsın? Bəs idarəçilik, bazar sistemində sovet sistemindən fərqlənən yeni iş üslübünün tətbiqi hanı?

Hökumət bu quruma bu qədər vəsait ayırdığı halda bir hesabat tələb edibmi ki, qoyulan investisiyalar müqabilində (yaddan çıxarmayaq ki, onlar da neftdən gələn gəlirlər hesabına edilirdi) əhalinin istiliklə təminatında hansı dönüş yaradılıb?

Axı, elə bu qurumun saytında qeyd olunur ki, 1981-ci ildə Moskva şəhərinin mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilməsi 99% olub və bu da dünya rekordudur. Ancaq nədən “Azəristiliktəchizat” ictimaiyəti və hökuməti məlumatlandırmır ki, bəs Bakı şəhərində XXİ əsrin ikinci onilliyinin yarısında vəziyyət necədir? SOCAR-dan aldığı yanacağın neçə faizini ödəyə bilir? Axı sosializm dövründə fəaliyyət göstərmir bu təşkilat, sosial yardım da etmir əslində və “əhali pul vermir” dediyi mənzillərin böyük əksəriyətində monitorinqlər aparılsa, illər boyu heç istilik olmur, ya da 150 isitmə günü əvəzinə heç yarısı da təmin edilmir, bəzi abonentlərə isə istilik ümumiyyətlə verilmir. Belə olan halda “Azəristiliktəchizat” istehlak etdiyi qazın pulunu nədən SOCAR-a tam ödəmir?

Bu qurum kimə lazımdır?

Ona görə də hazırda neftin qiymətinin yarıbayarı azaldığı və dövlətin də neft gəlirlərinin kifayət qədər azaldığı bir vaxtda “Azəristiliktəchizat” kimi qeyri-effektiv qurumun saxlanılmasının nə dövlətə, nə də insanlara (cəmiyyətə) bir faydası varmı? Daha doğru ifadə etsək, belə bir qurum (lar) vacibdir, ancaq “Azəristiliktəchizat” kimi faydalı iş əmsalı çox aşağı olana ehtiyac yoxdur!

Belə olan tərzdə yeganə çıxış yolu kimi onun qısa bir zamanda dövlətsizləşdirilməsi, yəni özəlləşdirilməsi olardı. Bundan həm dövlət qazanardı, həm də abonentlər. Düzdür, sonuncular üçün tariflər artacaq, ancaq evlərində istilik də olacaqdı, daha elektrikə əlavə xərc də çəkilməyəcəkdi. Yadda saxlamaq lazımdır ki, qış mövsümündə binalarda və mənzillərdə yanğınların bir səbəbi də istilik ehtiyaclarının ödənməsi üçün elektrik xətlərinin həddən artıq yüklənməsi olur. Ona görə də məsələyə hökumətin kompleks yanaşmalıdır, çünki bir məsələnin həlli bir çox məsələlərin həllinə yardımçı olardı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar