Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaxın dövr ərzində keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri müəyyən olunub


DİM-in mətbuat xidmətindən verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən, dövlət qulluğuna qəbul imtahanlarının ayda 1 dəfə keçirilməsi nəzərdə tutulur.

Hazırda inzibati rəhbər (A növü) vəzifələr üzrə yanvarın 27-də keçiriləcək müsabiqənin test imtahanına qeydiyyat davam edir. Bu imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 24-dək aparılacaq.

Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanlarının 18 fevral (B növü üzrə) və 31 mart (A növü üzrə) tarixlərində keçirilməsi planlaşdırılır. Qeydiyyat və s. məsələlər haqqında məlumat veriləcək.

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanlarının isə hər ay iki dəfə keçirilməsi nəzərdə tutulur. Elektron sınaq imtahanları Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə keçirilir. Yanvarın ayı üçün nəzərdə tutulan sınaq imtahanları artıq keçirilib.

Növbəti sınaq imtahanları 2, 10 fevral və 4, 14 mart tarixlərində təşkil olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar