Çərşənbə, 20 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün mayın 22-də elan edilmiş ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyənləşib


DİM-dən verilən məlumata görə, namizədlərlə müsahibələrin mərkəzin Bakıdakı inzibati binasında keçirilməsi nəzərdə tutulur.

Müsahibələrin Hesablama Palatası, Energetika Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Şirvan Apellyasiya Məhkəməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsi, Şabran Rayon Məhkəməsi üzrə elan edilmiş vakant vəzifələri əhatə etməklə iyulun 9-dan 19-dək aparılması planlaşdırılır.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında daha çox rəqabət Hesablama Palatasının ümumdövlət xidmətlərinin auditi şöbəsi, ümumdövlət xidmətləri üzrə digər sahələrin auditi sektorunda məsləhətçi (bir vakant vəzifəyə 19 müraciət), Energetika Nazirliyinin insan resursları və dövlət qulluğu şöbəsi, dövlət qulluğu sektorunun müdiri (bir vakant vəzifəyə 14 müraciət) vəzifələri üzrə müşahidə edilir.

Mayın 22-də elan edilmiş ümumi müsahibədə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafikinə dair ətraflı məlumatı http://eservices.dim.gov.az/dqq/Report/UmMshMshQrafiki?ElanID=15 linkindən əldə etmək olar.

pia.az
Etiket:
loading...