Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət hesabına xaricdə oxuyanlar geri qayıtmır –DİM onlara müsabiqəsiz iş vəd edir




Dövlət İmtahan Mərkəzi Xaricdə təhsil alan tələbələrə müraciət edib. Bugünlərdə yayılan müraciətdə bildirilir ki, onlar geri – Azərbaycana dönsünlər və bu halda dövlət işlərinə müsabiqəsiz götürüləcəklər


Günel Aşurova Almaniyada biznes marketinqi üzrə magistr təhsili alıb. Amma o Münhen Biznes məktəbində dövlətinin maliyyəsi ilə deyil, öz hesabına təhsil alıb və 2017-ci ilin martında Bakıya qayıdıb. Lakin Günel Aşurova deyir ki, Azərbaycana döndüyü bir ildir və hələ də iş tapa bilmir:

“Tutalım, 2013-cü ildəki təcrübəmlə və bakalvr təhsilimlə mən aylıq 1000 manat maaşa işləməyə razı idim. Amma 2015-ci ildə manat iki dəfə devalvasiya oldu. Mən də həmin vaxt Azərbaycana dönmüşdüm. İndi azı iki dəfə artıq maaş gözlənitlərim var. Amma iş əvvəlki, hətta ondan da aşağı maaşlarla təklif edilir. Bazarda iş azdır, uyğun vakasiyanlar da azdır. Yəni, mənim əsas çətinliklərim normal maaş və uyğun iş tapmaqdadır”.

Günel Aşurova indi yenidən Azərbaycandan getmək haqda düşünür. Ümid edir ki, xaricdə öz ixtisasına uyğun daha yaxşı iş tapa bilər.

Günel öz hesabına xaricdə təhsil alıb. Amma “2007-2015-ci illərdə xaricdə təhsil dövlət proqramı” üzrə 3500-dən çox tələbə Azərbaycan dövləti hesabına başqa ölkələrdə təhsil alıb.

Bu dövlət proqramının rəsmi hesabatına görə xaricdə təhsil alanların hər iki nəfərindən biri – daha dəqiqi 45 faizi məzun ola bilib. Məzun olanların nə qədərinin geri – Azərbaycana döndüyü haqqında məlumat yoxdur. Amma yerli mediada dövlət hesabına başqa ölkələrdə oxuyan azərbaycanlı tələbələrin də Azərbaycana dönmək istəməmələri barədə çoxsaylı məlumatlar var.

Milli Məclisin təhsil və elm komitəsinin üzvü Şəmsəddin Hacıyev deyir ki, hökumət bu tələbələri geri qaytarmaq üçün stimullaşdırıcı tədbirlər görür. Əlavə edir ki, dövlət qulluğuna qəbul tamamilə şəffaf və obyektiv aparılır və onlar üçün əlverişli biznes mühiti yaradılıb:

“O ki, qaldı onların qayıtmaması səbəbinə, mən düşünürəm ki, bu Azərbaycanda yaradılmış mühitdən asılı deyil. Əksinə bizdə həmin tələbələr üçün çox gözəl, əlverişli və stimullaşdırıcı tədbirlər sistemi də hazırlanıb. Görünür, qayıtmayanlar ailə məsələlərinə görə qayıtmırlar, ailə qurub orda qalırlar. Və ya ola bilər ki, stimullaşdırıcı əməkhaqqı ilə onları işə cəlb edirlər. Bu saat yüksək hazırlığı olan mütəxəssisə hər yerdə ehtiyac var, istər Avropada, istərsə də digər ölkələrdə”.



Bakıda xarici dil kursunun rəhbəri, təhsil eksperti Bəxtiyar Hacıyev deyir ki, onun müşahidələrinə görə gənclərin geri dönmək istəməməsi tək aşağı əmək haqqı ilə bağlı deyil:

“Bir çox hallarda müşahidə edirik ki, dövlət qurumlarına işə götürmədə nepotizm – qohumbazlıq – rol oyanayır. Hansısa məmurun övladı kiyafət qədər yuxarı vəzifələrə təyin olunur. Amma o sahədə yaxşı təhsil almış gənclər bu vəzifələrdə çalışa bilmirlər. Onlar məcbur qalırlar ki, özəl bir sektorda adı işçi kimi və ya dövlət qurumunda icraçı kimi çalışsınlar. Bu da onlarda bir mənəvi boşluq yaradır. Psixloji olaraq, özlərini bu ölkədə rahat hiss eləmirlər. Üstəlik ölkədə vətəndaşların hüquq və azadlıqlarının sıxılması, ölkədə özlərini rahat hiss etməmələri onunla nəticələnir ki, imkanı olan gənclər xaricdə yaşayıb işləməyə üstünlük verirlər”.

Bir neçə gün öncə ABŞ-da ən nüfuzlu Syracuse Universitetində hüquq fakültəsində magistr təshili alıb, geri Bakıya dönən Emin Aslan saxlaraq haqqında 30 günlük inzibati həbs qərarı verilib. O polisin qanuni tələbinə tabe olmamaqda suçlanıb. Emin Aslan Bakıya qayıtmadan öncə yaxınları ilə söhbətində bildirib ki, vətənə dönüb burada işləmək istəyir.

Azərbaycanlı tələbələr əsasən Birləşmiş Krallıq, Türkiyə, Almaniya, Kanada və Niderlandda təhsil alırlar.

Bu barədə 2007-2015-ci illərdə Azərbaycan gənclərinin Xarici ölkələrdə Təshili üzrə Dövlət proqramının icrası haqda hesabatda qeyd olunur.

İxtisasların ilk üçlüyündə isə tibb, iqtisadiyyat, informasiya texnolgiyaları gəlir. 2016-cı ildən bu proqramın icrası dayandırılıb.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar