Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Statistika Komitəsinin başbilənləri bisavaddır, yoxsa?

Azərbaycan statistikasında orta aylıq nominal əmək haqqı "xəta"sına görə pensiyaçılara 7 milyon 41 min 939 manat 84 qəpik az ödəniləcək

 
 Dövlət Statistika Komitəsinin (DSK) məlumatına inansaq, 2018-ci i ilin yanvarın 1-ə, Azərbaycanda orta aylıq nominal əmək haqqı 528,2 manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz çoxdur. 

Halbuki, DSK-nın 2017-ci il yanvarın 1-ə olan məlumatında Azərbaycanda orta aylıq nominal əmək haqqının 498,6 manat olduğu göstərilirdi. Sadə riyazi hesablama əsasında müəyyən etmək olur ki, bu il ötən illə müqayisədə orta aylıq əmək haqqı 5,7 faiz deyil, 5,9 faiz ((528,2/498,6) x 100 =105,93-100 = 5,93) artıb. Bəs nədən DSK orta aylıq əmək haqqının artım tempini aşağı elan edib?

Əslində DSK-da bu göstəriciləri dürüst hesabalamaq bacarığına malik olan yüzlərlə mütəxəssis var və biz onların fəaliyyətinə şübhə salmaq niyyətində deyilik. Hesab edirik ki, bu xətalar riyasi deyil, siyasidir. Çünki, bu ildən başlayaraq pensiyaların indeksləşdirilməsi inflyasiya səviyyəsi əsasında deyil, orta aylıq nominal əmək haqqının artım tempi bazasında aparılır.

Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumata görə, ötən il pensiyanın orta aylıq məbləği 8,4 faiz artaraq 01 yanvar 2018-ci il vəziyyətinə 208,4 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,3 faiz artaraq 233,61 manata çatıb. Deməli, indeksləşdirmə aparılan yaşa görə pensiyaların baza göstəicisi hazırda 233,61 manatdır. Ötən il orta aylıq əmək haqqının artım tempi 5,9 faiz olduğu halda, hesablama 5,7 faiz üzərində aparıldığından yaşa görə pensiya alan hər təqaüdçüyə indeksləşdirmə məbləği 0,2 faiz az ödənilir ki, bu da ayda 46,7 qəpik, ildə isə 5 manat 60 qəpik edir. Deməli, hökümət hər pensiyaçıya ildə 5 manat 60 qəpik az ödəməklə, bütövlükdə il ərzində bütün pensiyaçılardan (onların sayı 1 milyon 256 min nəfərdir) 7 milyon 41 min 939 manat 84 qəpik kəsir, başqa sözlə onları aldadaraq o qədər vəsaitə qənaət edir.

Diqqət edin, görün hər gün davamlı inkişaf nağıllarından danışan hökümət kimləri aldadaraq irəli düşmək istəyir.

Hələ bu azmış kimi gələn ilə də indidən hazırlıq edir. Belə ki, bu gün DSK-nın mətbuat üçün açıqladığı "İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə" məlumatında göstərilir ki, 2018-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3% artaraq 519,8 manat təşkil edib. Doğrudan da ötən ilin yanvar ayında orta aylıq nominal əmək haqqı 504,8 faiz olub, bu da o deməkdir ki, bu ilin eyni göstərici əvvəlki ildəkindən 2,97 faiz çox, lakin ilin əvvəli ilə müqayisədə isə 1,6 faiz azdır. Çünki 1 ay bundan əvvəl ölkədə orta aylıq nominal əmək haqqı 528,2 manat idi, 1 ay sonra isə 519,8 manat təşkil edib. Bu da irəliyə deyil, geriyə dönüşdür, eyni zamanda onu da deməyə əsas verir ki, gələn ilə indidən hazırlıqlar başlayıb. Ehtiyatlı olun əziz pensiyaçılar, belə getsə bu hökümət gələn il sizi borclu çıxara bilər, qorxuram, bu il ödədiklərini gələn geri istəsinlər və bəyan etsinlər ki, ölkədə orta aylıq nominal əmək haqqı azaldığına görə, biz sizə deyil, siz bizə borclusunuz.

Qubad İBADOĞLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar