Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib


Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib


DİM-dən APA-ya verilən xəbərə görə, abituriyentlərin çoxsaylı müraciətlərini və ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının bu ildən etibarən iki dəfə keçirilməsini nəzərə alaraq 4-22 may tarixlərində bəzi kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv olacaq. 

Belə ki, əvvəlcədən elan olunduğu kimi, elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda qeyd olunan tarixlərdə qeydiyyatdan keçməlidirlər.

Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə veriləcək.
16 mart – 11 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə (həm cari, həm də əvvəlki illərin məzunları) ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun regional bölmələrində yaradılacaq SQK-da təsdiq etdirməklə) ali təhsil müəssisələrinin I-IV (yalnız ikinci imtahanda iştirak etmək şərtilə), V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə biləcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar