Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar üzrə proqnoz 30% artırılır

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dəqiqləşdirilmiş proqnozu 3 mlrd. 155 mln. manat təşkil edəcək ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 725 mln. manat və ya 29,8%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 546,2 mln. manat və ya 20,9% çoxdur


Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

2018-ci ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə proqnoza qarşı daxilolmalar 36,9%, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% çox, o, cümlədən əlavə dəyər vergisi üzrə daxilolmalar müvafiq olaraq 34,8% və 38,2%, gömrük rüsumları üzrə daxilolmalar isə 60,1% və 25,9% çox icra olunub. Eyni zamanda, cari ilin yanvar-aprel aylarında ölkə üzrə idxalın həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,9% çox olub. Qeyd olunan artımlar Dövlət Gömrük Komitəsi üzrə dövlət büdcəsinə daxilolmaların yenidən hesablanmasını zəruri edib.

Dövlət Gömrük Komitəsinin xətti ilə gəlir növləri üzrə artım aşağıdakı kimi proqnozlaşdırılır:

əlavə dəyər vergisi üzrə 2 mlrd. 213 mln. manat daxilolma nəzərdə tutulub ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 508 mln. manat və ya 29,8% çoxdur.

Gömrük rüsumları üzrə 740 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 205 mln. manat və ya 38,3% çoxdur.

Yol vergisi üzrə 30 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 12 mln. manat və ya 66,7% çoxdur.
 
Büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 2018-ci ilin təsdiq edilmiş proqnoza qarşı 35 mln. manat artım nəzərdə tutulur ki, bunun da  10 mln. manatı Müdafiə Nazirliyinin payına, 25 mln. manatı isə Dövlət Gömrük Komitəsinin payına düşür."APA-Economics"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar