Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Əmək Müffətişliyi Xidməti rəisi çətin durumda


Faktiki olaraq Dövlət Əmək Müfəttiliyinin işçiləri üzərlərinə düşən vəzifəli icra etmək əvəzinə, qanunsuzluğa və acımasız istismara göz yumaraq sadəcə rüşvət toplamaqla məşğul olublar


Fuad Əlizadə illər boyu Dövlət Əmək Müfətişliyinin müfəttişləri vasitəsi ilə qanunsuz fəaliyyət göstən karxanaların fəaliyyətinə göz yumub və Azərbaycanın iqtisadi və insan resurslarının amansızcasına istismar olunmasına yol verib. 

MilliYol xəbər verir ki, ötən həftə Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən daş və qum çınqıl karxanalarının apardığı monitorinq ilə bağlı açıqlama yaydı. Xatırladaq bu məlumatın yayılmasında bir həftə əvvəl MilliYol Dövlət Əmək Müfəttişliyi Xidmətinin yarıtmaz və rüşvətxor fəaliyyəti ilə bağlı məqalə çıxış etmişdi.

Oxuyun: Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi işdən çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı açıqlamada bildirilirdi ki, monitorinq nəticəsində respublika üzrə 585 daş və qum-çınqıl karxanasının fəaliyyət göstərdiyi müəyyən edilib və onların elektron məlumat bazası yaradılıb. Aparılmış təhlillər və monitorinqlər nəticəsində 250 belə karxananın torpaq qanunvericiliyinin tələblərinin pozulması halları əsasında fəaliyyət göstərdiyi müəyyən edilib. Qanunsuz fəaliyyət göstərən bu karxanaların fəaliyyəti dayandırılıb. Hazırda fəaliyyət göstərən 238 daş və qum-çınqıl karxanalarından yalnız 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir. Qanunu pozan daş karxanaları əsasən paytaxtın Xəzər, Qaradağ, eləcə də Abşeron, İmişli, Quba, Şəki, Qazax rayonlarında müşahidə edilib.

MilliYol.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən daş karxanalarında baş verən qanunsuzluq təkcə sənədləşmə ilə yekunlaşmır. Bu qanunsuzlaqlardan biridə qeyd edilən daş karxanalarında işləyən çoxlu sayda işçilərin heç bir qeydiyyatının aparılmamasıdır. Ölkədəki işçi qüvvələrin qeydiyyatını həyata keçirən Dövlət Əmək Müfəttişliyi bu sahəyə əsas cavabdeh qurumdur. 

Uzun müddətdir ki, Dövlət Əmək Müfəttiliyinə rəhbərlik edən Fuad Əlizadə qurumu özünnü şəxsi obyektinə çevirib desək, yanılmarıq. Sabiq nazir Səlim Müslümovun dayısı, Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevinn kürəkəni olan Fuad Əlizadə məhz keçmiş nazirə arxayın olaraq illər boyu Dövlət Əmək Müfətişliyinin müfəttişləri vasitəsi ilə qanunsuz fəaliyyət göstən karxanaların fəaliyyətinə göz yumub və Azərbaycanın iqtisadi və insan resurslarının amansızcasına istismar olunmasına yol verib.  Bunun müqabilində isə Dövlət Əmək Müfəttiliyinin rəhbəri Fuad Əlizadə hər bir qanunsuz fəaliyyət göstərən daş karxanasından hər ay rüşvət toplayıb. Yəni, faktiki olaraq Dövlət Əmək Müfəttiliyinin işçiləri üzərlərinə düşən vəzifəli icra etmək əvəzinə, qanunsuzluğa və acımasız istismara göz yumaraq sadəcə rüşvət toplamaqla məşğul olublar. 

 MilliYol.az-a daxil olan məlumata görə yeni nazir Sahil Babayev Dövlət Əmək Müfəttişliyinin yoxlanılması tapşırığı verib. Nazirlikdəki mənbə bildirir ki, xidmətin yoxlanılması göstərişi rəis Fuad Əlizadənin ciddi şəkildə narahatçılığına səbəb olub. Çünki Fuad Əlizadə Səlim Müslümova arxalanaraq illərdir ki, daş karxanalarından tutmuş bir çox iaşə obyektlərini Əmək Müffətişliyi Xidmətinin adı altında soymaqla məşğuldur. Mənbəmiz iddia edir ki,  nazirlik Dövlət Əmək Müffətişliyi Xidmətində ədalətli yoxlama apararsa, bu zaman Fuad Əlizadənin ciddi şəkildə cəzalandırılması qaçılmaz olacaq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Mənbə: MilliYol.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar