Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi işdən çıxarılır


Bir karyeranın salnaməsi və yaxud Fuad Əlizadənin “əmək bazarı” necə çalışır?


Hər ay Dövlət Əmək Müfəttişliyinin işçiləri yüzlərlə daş karxanalarını gəzərək “aylıq haqq”larını toplayırlar. Lakin dəhşətli və dözülməz şəraitdə, heç bir sosial təminatı olmayan və gündə 18 saat işləyən insanlara dönüb gözlərinin ucuyla da baxmırlar. 

Fuad Ədizadənin işçiləri üçün əsas olan 19-cu əsr iş şəraitində çalışan bu insanlar deyil, məhz aldıqları “aylıq”lardır.

Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayev kollektivə təqdim olunduqdan sonra nazirlikdə islahata başlayıb. Yeni nazirin ilk qərarı ilə artıq bir neçə nəfər şəxs öz vəzifəi ilə vidalaşıb. 

Bir neçə gün öncə isə ölkə mediasında Səlim Müslümovun tələbəlik dostu, ƏƏSMN-nin Aparat rəhbəri Əjdər Cəbiyevin də vəzifəsindən kənarlaşdırılacağı ilə bağlı xəbərlər verilmişdi. Həmin məlumatlarda yaxın günlərdə yeni nazirin Əjdər Cəbiyevin işdən çıxarılması ilə bağlı  əmr verəcəyi qeyd olunurdu. Yayılan məlumatda vurğulanırdı ki, Əjdər Cəbiyev sabiq nazir Səlim Müslümovun ən yaxın adamı hesab olunur və Nazirliklə bağlı bütün narazılıqlarda onun adı hallanırdı. Yeni nazir “təmizləmə əməliyyatı”na aparat rəhbərindən başlayacaqsa  bu gələcəkdə nazirlikdə  ciddi islahatlar həyata keçirilməsinə bir siqnaldı.

Əjdər Cəbiyev yeni nazirə “yol axtarır”

Lakin MilliYol-un ƏƏSMN-dən aldığı  məlumata görə Əjdər Cəbiyev hələ də vəzifəsinin başındadır. Buna baxmayaraq nazirlikdə hamı onun bu gün-sabah vəzifəsi ilə vidalaşacağını düşünür. 

Image result for əjdər cəbiyev və əəsmn

Qeyd edək ki, ƏƏSMN-nin bütün strukturlarında Əjdər Cəbiyevin qardaşı başda olmaqla, yaxın ətrafı yüksək vəzifələrdə təmsil olunur. Aldığımız məlumata görə nazir Sahil Babayev onların hamısına  ərizə yazmaları barədə xəbər yollayıb. Lakin buna baxmayaraq həm Əjdər Cəbiyev, həm də qohumları ərizə yazmaqdan imtina edirlər. Ona görə də ehtimal olunur ki, Sahil Babayev bu adamların işdən azad olunması ilə bağlı əmr imzalaycaq. 

Buna baxmayraq, Əjdər Cəbiyevin bütün vasitələrlə yeni nazirə «yol tapmaq» istədiyi qeyd olunur. Bü üzdən də ehtimal olunur ki, Əjdər Cəbiyev və Aparat rəhbəri vəzifəsindən uzaqlaşdırılsa da, nazirlikdə hansısa vəzifəyə təyin oluna bilər. Cəbiyevin qardaşı və yaxın qohumları ilə bağlı isə konrket qərar yaxın günlərdə ola bilər. 

Səlim Müslümovun kadr mirasının başında duranlar

ƏƏSMN-dəki mənbə MiliYol-a bildirib ki, yeni nazir Sahil Babayevin sələfi Səlim Müslümovun kadrlarından azad olması və sosial sferada islahatları başlaya bilmək üçün bir neçə müavini dəyişməklə yanaşı əsasən 3 adamı x komandasından uzaq tutmalıdır.  Bunlardan biri nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev, digəri iqsadiyyat şöbəsi müdiri Şəlalə Cəfərova və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadədi. 

Image result for şəlalə cəfərova

Şəlalə Cəfərovanın ƏƏSMN-nin keçirdiyi bütün tenderlərdə qaranlıq işlər çevirdiyini bildirən mənbə onu da qeyd edib ki, nazirliyin iqtisadiyyat şöbəsinin müdiri həm də bir çox maliyyə əməliyyatlarında ciddi mənimsəmələrə yol vermiş şəxsdir və bu korrupsiya və mənimsəmə hallarının hamısı Səlim Müslümovun birbaşa məlumatı çərçivəsində həyata keçirilib.

Bu günkü yazımızın qəhrəmanı Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadəyə gəlincə isə, bu şəxs Səlim Müslümovun qohumu olmaqla yanaşı, həm də Əmək Müfəttişliyində özünə məxsus “əmək bazarı” qurmuş şəxsdir.

Fuad Əlizadənin “əmək bazarı” necə çalışır?

Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidmətində baş alıb gedən rüşvətxorluq, korrupsiya və sair özbaşınalıqlar barədə  uzun illərdir ki, ölkə mətbuatı yazır. Ancaq xidmət rəisi Fuad Əlizadə qohumu, patronu Səlim Müslümova arxalanmaqla həmişə öz işində olub. 



Son illər, daha doğrusu Fuad Əlizadə bu qurumun rəhbərliyinə gətirildikdən sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin işçiləri paytaxt Bakı, böyük şəhər və rayonlarda fəaliyyət göstərən iaşə obyektlərinə, orta sahibkar təsərrüfatlarına gizli şəkilə aylıq “haqq” qoyub. Bu obyektdərdən aylıq ona görə alınıb ki, həmin obyektlərdə müqaviləsiz və günəmuzd çalışan işçilərə göz yumulub. Hər ay minlərlə obyektdən milyonlarla manat vəsait yığılıb. 

Fuad Ədizadənin “rüşvət mədənləri”: Daş karxanaları

Lakin Fuad Ədizadənin əsas gəlir yeri heç də iaşə obyektlərinə, orta sahibkar təsərrüfatlarına qoyduğu “aylıq haqq” deyil. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əsas gəliri Qaradağda, Abşeronda və ölkənini digər rayonlarında fəaliyyət göstərən daş karxanalarıdır. 

Qeyd edək ki, daş karxanalarında çox ağır əmək şəraiti hökm sürür. Bu karxanalarda minlərlə, bəlkə də on minlərlə insan ən ağır şəraitdə günəmuzd çalışaraq evlərinə çörək pulu aparırlar, bəzən bu dəhşətli iş şəraitində həyatlarını itirirlər. Fuad Ədizadənin də sas gəlir yerlərindən biri bu daş karxanalarıdır. 



Hər ay Dövlət Əmək Müfəttişliyinin işçiləri yüzlərlə daş karxanalarını gəzərək “aylıq haqq”larını toplayırlar. Lakin dəhşətli və dözülməz  şəraitdə, heç bir sosial təminatı olmayan və gündə 18 saat  işləyən insanlara dönüb gözlərinin ucuyla da baxmırlar. Fuad Ədizadənin işçiləri üçün əsas olan 19-cu əsr iş şəraitində çalışan bu insanlar deyil, məhz aldıqları “aylıq”lardır. Və artıq neçə ildir ki, bu “aylıq”ların hesabatı qəpiynə qədər məhz Fuad Əlizadəyə verilir.

Tikinti şirkətləri də Fuad Əlizadəyə “xərac” verirlər

Dövlət Əmək Müfəttişliyinin digər qazanc yeri Bakıdakı tikinti sahələridir. Bu tikinti sahələrində də minlərlə insan günəmuz və müqaviləsiz işlədiyinə görə, Dövlət Əmək Müfəttişliyinin əməkdaşları tikinti şirkətlərinin böyük əksəriyyətindən “aylıq” alırlar. 
Image result for fuad əlizadə

Bu “aylıq”ları verməyən şirkətlər üçünsə, təbii ki, problem yaranır. Yəni o zaman “Əmək Məcəlləsi” yada düşür və fağır insanları hüquqlarının müdafiəsi Dövlət Əmək Müfəttişliyinin işçiləri üçün əsas məsələyə çevrilir. Lakin tikinti şirkətləri ilə anlaşma əldə olunduqdan sonra, “Əmək Məcəlləsi” də, fağır insanların hüquqları da unudulur.

“Gözün üstə qaşın var”, deyilməyən kürəkən

Fuad Əlizadə  məhz qohumu Səlim Müslümova arxalanaraq tabeçiliyindəki əmək müfəttşiliyinin işçilərinə “aylıq” yığdırdığı da heç kimə sirr deyil. ƏƏSMN-dəki mənbə bildirir ki, Fuad Əlizadə “aylıq”la bağlı keçirtdiyi kiçik iclaslarda dəfələrlə deyib ki, yılan pullar 3 yerə bölünür. Bir hissə Dövlət Əmək Müfəttişliyinin, biri nazir Səlim Müslümovun, biri isə yuxarının?..  



Bütün bunlara baxmayaraq, açıq aşkar qurumu rüşvət, korrupsiya mənbəyinə çevirən Fuad Əlizadəyə isə kimsə “gözün üstə qaşın var” deyə bilmirdi. Çünki o nazir Səlim Müslümovun sevimli dayısı, Ağsu icra başçısı Ənvər Seyidəliyevin kürəkəni idi. Məhz Fuad Əlizadənin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə gətirilməsində Ənvər Seyidəliyevlə Səlim Müslümovun planı olub. Belə ki, Fuad Əlizadə nazirliyə gəlməmişdən öncə Səlim Müslümovla dayısının şərikli bizneslərinə nəzarət edirmiş. Nəzarət etdiyi biznes sahəsində etimad qazanan Fuad Əlizadə Səlim Müslümovun dəvəti ilə nazirliyiə işə götürülür. Və dövlət qulluğunda sıçrayışlı karyera başlayır…

Bir karyeranın salnaməsi

Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadə 26 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil alıb və ingilis dili ixtisasına yiyələnib.

2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində çalışıb.

2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetini Pedaqoqika nəzəriyyəsi və tarixi fakültəsində təhsilini davam etdirərək magistr dərəcəsini alıb.

2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunub. Maraqlıdır ki,  bu vəzifəyə təyin olunandan sonra Fuad Əlizadənin ikinci təhsilini almaq istəyi ortaya çıxıb. O, bu dəfə meylini başqa xarici dil öyrənməyə deyil, iqtisadiyyata salıb və 2005-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsində oxuyub. 1 elmi məqalənin və 5-dən artıq məqalənin müəllifidir.



Heç bir hüquqi savadı olmamasına baxmayaraq, 2005-ci ildən etibarən Fuad Əlizadənin sorağı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentində işə qəbul olunub. Fondun rəhbəri isə məhz Səlim Müslümov olub. O, bu departamentdə audit sektorunun müdiri vəzifəsində çalışıb və vəzifəsini 2013-cü ilə qədər davam etdirib.

2013-cu ildə isə qohumu Səlim Müslümov nazir vəzifəsinə təyin olunduqdan sonra  Fuad Əlizadə gözlənilməz  zirvələr fəth etməyə başlayıb. Fuad Əlizadə həmin ilin 14 noyabrında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. Üzərindən 5 ay keçməmiş isə Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə keçib və indiyə qədər o vəzifədə çalışır. O həmçinin Dövlət qulluğunun baş müşaviridir. 

Dəyişən həyat şərtləri və inanılmaz sərvət…

Xidmət rəisi keçdikdən sonra isə Fuad Əlizadənin yaşam tərzinin tamam dəyişdiyi bildirilir. Məlumata görə Əlizadə yüksək vəzifəyə təyin olunduqdan bir müddət sonra paytaxt Bakıda dəbdəbəli mənzillərə sahib olub. Hazırda onun şəhərdə 50-ə yaxın  mənzilə,  bir neçə bahalı obyektə, dəbədəbəli villaya, bir neçə bahalı avtomobilə, Ağsuda böyük heyvandarlıq təsərrüfatına, İstanbulda 3-4, Londonda isə 1 mənzilə sahib olduğu bildirilir. 



Mənbəmiz qeyd edir ki, adını sadaladıqllarımız  Fuad Əlizadənin var dövlətinin sadəcə kiçik bir hissəsidir. Xidmət rəisinin ölkəmizdə və xaricdəki əmlaklarının ümumi dəyəri bir neçə on milyonllarla ölçülür…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Mənbə: MilliYol.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar