Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Baytarlıq İdarəsində 9 milyonluq maxinasiya


Dövlət Baytarlıq Xidməti çətin vəziyyətlə üzləşib


Sialə Rüstəmova və Cavid Hadıyev 9,3 milyon manat vəsaiti hara xərcləyiblər?


Heydər Əsədovun Kənd Təsərüfatı naziri təyin olunandan sonra, adı çəkilən nazirliyin bir çox qurumlarında keçmiş nazir İsmət Abbasovun kadrlarının çətin vəziyyətlə üzləşməsi ilə bağlı PİA.AZ-a məlumat daxil olub.

Həmin məlumatda bildirilir ki, nazirlikdə çətin durumla üzləşən qurumlardan biridə Dövlət Baytarlıq Xidmətidir. Adı çəkilən xidmətin rəhbəri Sialə Rüstəmovadır.

Qeyd edək ki, Sialə Rüstəmova Dövlət Baytarlıq Xidmətinin rəhbəri vəzifəsinə təyin olunmamışdan öncə, Respublika Baytarlıq laboratoriyasının direktoru işləyib.

Son illər Dövlət Baytarlıq və Bakı Şəhər Baş Baytarlıq Xidmətində baş verən rüşvət və yeyinti hadisələri ilə bağlı mətbuatda müxtəlif informasiyalar dərc olunmaqdadır.

PİA.AZ Dövlət Baytarlıq Xidmətində baş verən hadisələrlə bağlı daxil olan məlumata əsasən bildirir ki, 2013-cü ildə xidmətə ayrılan 9,3 milyon manat vəsaitin xərclənməsində qaranlıq məqamlar var. Mətbuatda bu vəsaitin 2 milyon manat olduğu yazılsada, PİA.AZ apardığı araşdırmalarda 9,3 milyon manat vəsait ortaya çıxarıb. Dövlət Baytarlıq Xidməti bu vəsaitləri daha çox Gəncə, Qax, Zaqatala, Göyçay, İmişli, Beyləqan, Ağcabədi, Yevlax, Ucar və başqa rayonlarda xidmətin nəzarətində olan Baytarlıq laboratoriyalarının inzibati binasının təmiri yaxud tikintisinə xərcləyib.

Belə ki, ümumi təmir-tikinti işlərinə 2,1 milyon manat vəsait xərclənib və bu işləri həyata keçirən keçmiş nazir İsmət Abbassova yaxın olan “SS İnşaat” MMC dir. Bundan başqa baytarlıq xidməti ayrılan vəsaitin epizotiya əleyhinə tədbirlərin aparılmasına, bioperaparatların, diaqnostik alətlərin, dezinfeksiyaedici maddələrin, laboratoriyalar üçün cihaz və avadanlıqların, o cümlədən müxtəlif geyimlərin alınmasına ümumilikdə 3 milyon manat xərclənib.

Mənbə bildirir ki, Baytarlıq Xidmətinə ayrılan vəsaitin yarısı Respublika Baytarlıq Laboratoriyasının payına düşüb. Bundan başqa Baytarlıq Xidməti 150 min manatdan çox vəsaiti dəftərxana ləvazimatlarının alınması üçün xərcləyib.

Mənbəmiz bildirir ki, xidmət rayonlarda tikilən yaxud təmir edilən binalarda ciddi şəkildə maxinasiyalara yol verib və bu qaranlıq yeyintinin əsas havadarları Baş Baytarlıq İdarəsinin rəisi Sialə Rüstəmova, onun müavini Cavid Hadıyev və keçmiş nazir İsmət Abbasov olublar.

Mətbuatda İsmət Abbasovun baldızı oğlu olan Cavid Hadıyevin vəzifəsindən çıxarılması ilə bağlı məlumatlar getsədə, bu məsələ ilə bağlı mənbəmiz bildirdi ki, keçmiş nazirin qohumu hələki vəzifəsində qalır. Çünki Baytarlıq Xidmətinə son 2 ildə xərclənən vəsaitlərə məhz Cavid Hadıyev nəzarət edib.

Mənbəmiz qeyd etdi ki, dəftərxana ləvazimatlarından tutmuş, dərman pereparatlarının alınmasında ciddi şəkildə şişirdilmələrə yol verilib və maxinasiyalarla bağlı artıq yeni nazir də məlumatlandırılıb.

Mənbəmizin bildirdiyinə görə, Çox güman ki, yeni ildən Baytarlıq Xidmətində ciddi şəkildə dəyişikliklər olacaq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar