Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Bayrağı Meydanı İdarəsinin keçmiş rəisinin anası erməni imiş


Dünən Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad olunan Rəşad Məmmədovla bağlı sensasion bir fakt üzə çıxıb


Virtualaz.org saytının redaksiyası həm də “Azİmport” şirkətinin sahibi olan R.Məmmədovu ifşa edən təkzibolunmaz sənədləri əldə edib.

Qeyd edək ki, virtualaz.org və haqqin.az saytları R.Məmmədovun şirkətinin özbaşınalıqları ilə üzləşən və halal mal-mülkü qəsb olunan paytaxt sakinlərinin çoxsaylı şikayətləri əsasında artıq bir neçə aydır jurnalist təhqiqatları aparır. Bu araşdırmaların nəticəsi olaraq hər iki saytda silsilə yazılar dərc olunub. “Azİmport” şirkətinin əməlləri barədə ““Azeri İmport” imperiyaBakını qəsb etməkdə davam edir” (http://virtualaz.org/bugun/44405) və “Dövlət adı altında talançılıq” (http://virtualaz.org/bugun/41965) başlıqlı məqalələrdə ətraflı məlumat verilib.

Sayt R.Məmmədovun vəzifədən azad edilməsindən sonra da onun şirkətinin yarımkriminal fəaliyyəti barədə araşdırmalarını davam etdirmək niyyətindədir.

Bu araşdırmalar əsnasında daha bir fakt üzə çıxıb. Məlum olub ki, R.Məmmədovun anası milliyyətcə ermənidir. Sabiq məmurun bu gün də işğal altındakı Dağlıq Qarabağda yaşayan erməni separatçıları ilə yaxın qohumluğunu sübuta yetirən sənədlər saytımızda lap yaxın zamanlarda dərc ediləcək.

“Azİmport” şirkətinin bütün Bakıda törətdiyi özbaşınalıqlar barədə yeni faktlar da oxucuların mühakiməsinə veriləcək.

Qeyd edək ki, bu şirkətə R.Məmmədovun bacısının əri Azər Əsgərov başçılıq edir. Şirkətin adına ilk dəfə 2010-cu ildə - Buzovna-Zuğulba-Bilgəh magistral yolu çəkilməyə başlayanda rast gəlinib. Həmin yolun hər iki tərəfində ayrı-ayrı vətəndaşlara məxsus olan şəxsi mülklər yerləşirdi. R.Məmmədovun gözü ayağının altını görməyən dəstəsi ən vicdansız təzyiq, hədə, şantaj üsullarını tətbiq etməklə həmin mal-mülkə bir göz qırpımında sahiblənmişdi. Bu, adi quldurluq idi. Buzovna sakinləri A.Baxşıyevin, M.Məmmədovun, V.Əliyevin və digərlərinin əmlakı və şəxsi torpaq sahələri də bu yolla R.Məmmədovun dəstəsinin əlinə keçdi.

Qurbanov Abbasov küçəsi, 33 ünvanında (Səbayel Rayon Məhkəməsinin binasına bitişik, Dövlət Bayrağı Meydanından bir qədər aralıda) yerləşən binanın sakinlərinin R.Məmmədov və dəstəsi tərəfindən necə küçəyə atılmasından da ətraflı yazmışıq. Bu bina arxitektura əhəmiyyətli idi və dövlət tərəfindən qorunurdu. İndi isə yoxdur. R.Məmmədovun tamahının güdazına gedib...

Maraqlıdır ki, bu qəsbkarlar o binanı sökəndə yalnız dövlətin adından hərəkət etdiklərini deyirdilər. Halbuki həmin binanın sökülməsinin dövlətə heç bir aidiyyəti yox idi. Lakin “Azİmport” şirkətinə yüksək səviyyədə dəstək verilməsi sayəsində onun müdafiəsiz vətəndaşlara qalib gəlməsi çətin olmadı.

Bina sakinləri ilə danışıqlar adi fırıldaq sxemi əsasında aparılırdı. Onlara əvvəlcə “qızıl dağ” vəd olunur, kimsə imtina edəndə isə qoçular işə salınırdı.

Bundan əlavə, Buzovnada 10 min kvadratmetr sahədəki yaşayış sahəsi və yaşıllıq bu şirkət tərəfindən qanunsuz olaraq dağıdılıb və məhv edilib. Bu zaman mülkiyyət sahiblərindən heç kimə kompensasiya ödənilməyib.

“Azİmport” Azərbaycanın strateji obyektlərindən birini - Buzovnadakı bomba sığınacağını da qəsb edib. Onun yerində 56 ikimərtəbəli mağaza tikilib. Buzovnada R.İmanov küçəsindəki qazanxana da şirkət tərəfindən ələ keçirilib. Yerində dəbdəbəli ikimərtəbəli ticarət mərkəzi tikilib. Qəsəbə sakinləri bu yolla istilikdən məhrum edilib.

Yüzlərlə vətəndaşların qarajları bu şirkət tərəfindən zorla ələ keçirilib və dağıdılıb. Özü də təkcə Buzovnada yox, həm də Bayılda. Heç kimə də qəpik də kompensasiya ödənilməyib.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bütün bu göstərilən faktlar üzrə Bakı Şəhər Prokurorluğunda araşdırma gedir...

Rəşad Məmmədov-Azər Əsgərov duetinin həyasızlığı və harınlığı o həddə çatıb ki, onlar hətta Heydər Əliyev parkının yerini (burada isə ümummilli liderə abidə qoyulmalı idi), Mədəniyyət Evinin, “Reyhan” restoranının ərazisini - üst-üstə 1 hektar yarım ərazini ələ keçirərək orada otel, restoranlar və digər obyektlər inşa edib. Yenə də heç kəsə kompensasiya ödəmədən! Bu cütlük bakılıların hətta çimərliyini də əllərindən alıb!!!

Bir sözlə, Rəşad Məmmədovun azərbaycanlılara qarşı cinayətlərinin sayı-hesabı yoxdur. On minlərlə insan onun şirkətinin buldozer və traktorlarının altında qalıb. Bu qansızlığa, bu qəddarlığa yalnız və yalnız damarlarında erməni qanı axan birisi gedə bilərdi.

Redaksiyamıza mötəbər mənbələrdən daxil olan məlumatlara görə, R.Məmmədov hələ bir neçə ay öncə qaçmağa hazırlaşırmış. R.Məmmədovun yaxın ətrafına daxil olan şəxslərin verdiyi xəbərə görə, onun iş otağında Hamburqa, Dubaya, Londona pul köçürmələrini təsdiqləyən xeyli sayda bank sənədləri aşkarlanıb.

Lakin yarımerməni oliqarx ölkədən qaçmağa müvəffəq olmadı. Saytımızı izləyin. Araşdırmalarımızın nəticəsi barədə tezliklə yeni material olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar