Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Baxçalı Türkiyəni niyə erkən seçkiyə aparır?

Məlum olduğu kimi, dünən Türkiyənin nüfuzlu partiyalarından biri olan MHP-nin lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında “növbədənkənar (avqustun 26-da) prezident və parlament seçkisi keçirilməlidir” deyib


Tanınmış politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki səhifəsində durumu şərh edən status yazıb. Politoloqun statusunu təqdim edirik:

"Bu bəyanat Türkiyəni şoka salıb. İki variant mümkündür. Baxçalı ya bu açıqlamanı müttəfiqi olduğu Ədalət və İnkişaf Partiyasının razılığı əsasında səsləndirib, ya da müttəfiqlərini fakt qarşısında qoyub. Baxçalı bu açıqlamanı Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla razılaşdırıbsa, demək bu ortaq siyasi gedişdir. Ankaradan yeni qayıtmışam. İqtisadi vəziyyət o qədər də ürəkaçan deyil. Hökumətin iqtisadiyyatda ciddi problemləri var, bunu Ərdoğan da etiraf edir. Ona görə də vaxt keçdikcə AKP-MHP ittifaqının reytinqi aşağı düşə bilər. Ona görə də Ərdoğan-Baxçalı cütlüyü həmin günü gözləmədən erkən seçki keçirib səslərini qorumaq istəyə bilərlər. Yox əgər Baxçalı Ərdoğanla razılaşdırmadan Cumhurbaşqanını fakt qarşısında qoyubsa, bu MHP-AKP ittifaqında ciddi inamsızlıq yarada bilər. Yeni yaranan İyi Parti və onun lideri Meral Akşener seçkiyə ciddi hazırlaşır. MHP-nin elə AKP ilə ittifaq yaratmaqda məqsədlərindən ən əsası da səslərini Akşenerə uduzmamasıdır.

Buna baxmayaraq, Dövlət Baxçalının hesabları yanlış çıxa bilər. Bir dəfə Baxçalı eyni səhvi edib. 1999-cu ildə hökumətdə DSP-MHP-ANAP koalisyonu var idi. Baş nazir Bülənt Ecevit, Dövlət Baxçalı isə onun birinci yardımçısı isi. İqtisadiyyat ağır günləriini yaşayırdı, ancaq Əcəvit hökuməti böhrandan çıxmaq üçün ciddi addımlar atmışdı. Baxçalı qəfil elan etdi ki, erkən seçkilər keçirilməlidir və bununla ortağı Eceviti şoka saldı. Rəhmətlik Bülent Ecevit xatirələrində yazırdı ki, Dövlət Baxçalının işlər iyiyə doğru gedərkən niyə hökuməti dağıtdığını anlamadı. O zaman hökumət dağıldı, erkən seçkilər keçirildi, nə DSP, nə ANAP, nə də MHP parlamentə düşə bildi, hakimiyyətə yeni qurulan AKP gəldi və odu-budur iqtidardadır. İndi Baxçalı yenə eyni yolla gedib partiyasını və müttəfiqini mürəkkəb vəziyyətə sürükləyə bilər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar