Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dostu üçün həbsə düşən “Baboş”un başına elə işlər gəldi ki… - Təfərrüat


Dostunu müdafiə etmək istəyən gəncin başına iş gəlib. Gənc oğlan dostunun polislər tərəfindən saxlanıldığını görən zaman onu tək qoymaq istəməyib. Polislərdən onu da aparmasını istəyib. Elə bundan sonra başına iş gəlib və indi özü həbsdədir


Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə adam bıçaqlamaqda təqsirləndirilən 1993-cü il təvəllüdlü Ağasalı Xəlilzadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, hadisə 21 oktyabr 2017-ci il tarixində Sulutəpə qəsəbəsində baş verib.

İttihamda yazılır ki, Ağasalı Xəlilzadə tanışları Müşfiq Qədirov və qardaşı Elxan Qədirovla kafedə çay içərkən aralarında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Ağasalı Xəlilzadə kafedən götürdüyü bıçaqla qardaşlardan birini bıçaqlayıb və hadisə yerindən qaçıb. İttihamda cinayətin baş vermə səbəbi gənclər arasında borca görə yaranmış mübahisə göstərilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsədn sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

A.Xəlilzadə elan edilmiş ittihamla özünü təqsirli bilib. Məhkəmədə sərbəst ifadə verən A.Xəlilzadə deyib ki, hadisədən bir neçə gün əvvəl həmin kafeyə çay içmək üçün gedib. Onunla birlikdə dostu Müşfiq də olub. Kafedə çay içən zaman Müşfiq çölə çıxıb.

Həmin vaxt polis əməkdaşları Müşfiqi polis bölməsinə aparıblar: “Kafedə oturmuşdum. Ofisiant dedi ki, mənimlə birlikdə gələn Müşfiqi polislər aparır. Mən də arxasınca çıxdım ki, görüm nə məsələdir? Müşfiqlə çörək kəsmişik, dostuluğumuz olub. Onu tək qoymaq istəmədim. Mən də onunla getmək istədim. Polislər məni də maşına mindirdi. Bölməyə apardılar. Bir gün orada saxladılar. Müşfiqin qardaşı bölməyə gəlmişdi. Bizə yemək, siqaret gətirmişdi. Mənim heç bir günahım yox idi. Müşfiqin məsələsini həll elədikdən sonra bizi buraxdılar”.

A.Xəlilzadə dostu Müşfiqin polislər tərəfindən saxlanma səbəbi barədə dəqiq danışmayıb. Deyib ki, səhv eləmirsə, Müşfiqin kimdənsə alacağı var imiş: “Deyəsən həmin söhbətə görə nəsə mübahisə olmuşdu. Dəqiq bilmirəm”.

Təqsirləndirilən gənc ifadəsinin davamında dostunun qardaşını bıçaqlamasının səbəbini danışıb. Bildirib ki, dostu Mşüfiqin böyük qardaşı olan Elxan ondan pul tələb edib: “Bölmədən çıxanda Elxan mənə dedi ki, guya məni polisdən çıxaranda 60 manat xərc çəkib. Həmin pulu da yeməyə, siqaretə xərcləyib. Mənim də 10 manatım var idi. Verib dedim ki, qalanını da verərəm. Amma söz vermədim, dedim ki, olanda verəcəm. Bundan sonra mənə neçə dəfə zəng elədi. Pulunu istəyirdi. Bir dəfə də məni döymüşdü. Sonuncu dəfə Elxan məni yenə söhbətə çağırdı. Pulunu istəyəndə mən də “yoxumdur” dedim. Mənə kəllə atdı, sonra da yumruq vurdu. Dedi ki, “pulu ver”. Mən də dedim ki, qardaşına görə içəri düşmüşəm. Dedi ki, “mənə dəxli yoxdur. Gətir pulu ver”. Məni vurmağa davam edəndə kafenin həyətində masının üstündəki bıçaqla onu vurdum”.

Məhkəmədə A.Xəlilzadə suallara cavab verib.

Hakim: “Necə oldu ki, polis əməkdaşları istəyinlə səni də maşına mindirdi?”

A.Xəlilzadə: “Mən özüm dedim ki, dostumdur. Buna görə də onunla getmək istəyirəm. Polislər də məni maşına mindirdilər”.

Məhkəmədə bıçaqlanmanın baş verdiyi kafeni işlədən Ənnağa Şirinov da ifadə verib. O, deyib ki, təqsirləndirilən gənci tanımır: “Mən hadisə baş verən kafeni icarəyə götürüb işlədirdim. Həmin gün 3-4 nəfər idilər. Birlikdə oturmuşdular. Ağasalını çox az, 1-2 dəfə görmüşəm. Amma digərlərini kafedə tez-tez görürdüm. Mən kassada oturmuşdum. Birdən kafedən çölə çıxdılar. Gördüm ki, çöldən səs gəlir. Kafedə səs-küy salmasınlar deyə mən də çölə çıxdım. Bəziləri qaçdılar. Mən də Müşfiqi çağırdım. Dedi ki, bir nəfər onu vurub. Amma kim olduğunu bilmədim. Müşfiq yaralı vəziyyətdə bir müddət yanımızda qaldı. Ayaq üstə də gəzirdi. Sonra onu uşaqlardan kimsə xəstəxanaya apardı”.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən gənc yaşadığı məhəllədə “Baboş” adı ilə tanınırmış. A.Xəlilzadə bunu belə izah edib: “Uşaqlıqdan mənə “Baboş” deyirlər. Başqa bir səbəbi yoxdur”.

Növbəti məhkəmə iclası aprelin 2-nə təyin edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar