Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dörd nəfəri “xilas edən“ fəhlənin atası: “Oğlum yalan danışır“ - Video


Azadlıq prospektində çoxmərtəbəli binada yanğın zamanı dörd nəfəri xilas etdiyini iddia edən fəhlə Kamran Babayevin atası oğlunun bu iddiasını təkzib edib


PİA.AZ-ın məlumatına görə, Uğur Babayev Apa Tv-yə verdiyi açıqlamada oğlunun əqli çatışmazlığının olduğunu deyib: “Oğlumun bir az əqli çatışmazlığı var. Əsgərliyə çağıranda tibbi komissiya Bakıya, psixi dispanserə göndərmişdilər. Burada onun əqli çatışmazlığı olduğuna qərar verdilər”.
 
Ağsu rayonunda yaşayan Uğur Babayev oğlunun yanan binadan dörd nəfəri xilas etdiyi barədə iddialarını telekanaldan izlədiyini deyib: 

“Televizorda onun şəklini gördüm. Əllərini göstərir, deyir ki, ayaqları yanıb. Amma əllərində heç nə yoxdur”.
 
Uğur Babayevin sözlərinə görə, oğlunu açıqlama verməyə razı olsa da, sonradan su almaq bəhanəsi ilə qaçıb:
 
“Oğlumla burada idik. Dedi bura dəyib gəlirəm, qaçıb. Hərəkətlərində bildirir ki, çatışmazlıq var. Rayonda olanda, öz yanımda olanda bilirdim ki, yalan danışmağı sevir, nə deyir, yalan deyir”.
 
Uğur Babayev qeyd edib ki, oğlu uşaq vaxtı ürəkkeçmədən əziyyət çəkib və buna görə müalicə götürüb.
 
Qeyd edək ki, Apa Tv-nin əməkdaşları son iki gün ərzində Kamran Babayevlə əlaqə saxlayaraq reportaj hazırlamaq istəyib, lakin Kamran Babayev Ağsu rayonunda olduğunu, Bakıya bir həftədən sonra gələcəyini bildirib. Atası isə oğlunun yalan danışdığını, bu müddət ərzində Bakıda olduğunu deyib.


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar