Xəbər xətti

24 FEVRAL

20:10 Azərbaycanın valyuta ehtiyatına nə almaq olar?

20:02 Zaur müğənniləri biabır etdi: “Pul verib xaricdən səslər alırlar”

19:58 Bakıda Xocalı soyqırımının qurbanlarını yad edirlər

19:52 Çin öz rekordunu təzələdi: ən uzun körpü - Video

19:46 DİN Xoşqədəmin verilişində baş verənləri ifşa etdi

19:39 Bakı-Quba yolunda ağır qəza – Ölən və yaralananlar var

19:33 İlham Əliyev Küveytin əmiri və hökumət başçısına təbrik məktubu ünvanlayıb

19:27 Rusiya regiona daha iki Su-57 göndərdi - Səbəb

19:20 3 ay əvvəl Qusarda itkin düşmüş 29 yaşlı qadın Xırdalanda tapıldı

19:13 Ali məktəb tələbələri üçün prezident təqaüdü artırıldı

19:06 Prezidentdən təhsillə bağlı - Sərəncam

19:02 Doktorantların, tələbə və şagirdlərin təqaüdləri artırıldı

19:00 “Ehtiyac ucbatından oxuyuram” - Mənzurə

18:54 “Amazon”dan satıcısız, kassasız mağaza

18:47 Beyl “Real”dan ayrılır? - Zidan açıqladı

18:40 MSK qərar verdi, yekun protokollar hazırlanacaq

18:33 Azərbaycan cüdoçusu erməni idmançıya qalib gəlib

18:26 Hindistanlı cərrahlar dünyada ən böyük beyin şişini çıxarıblar

18:19 Ağdamda saxlanılan maşından elə bir şey tapıldı ki... - Foto

18:11 ABŞ İsraildəki səfirliyini 2018-ci ilin may ayında Qüdsə köçürməyi planlaşdırır

18:04 Stiv Cobsun işə qəbul ərizəsi hərraca çıxarılıb

17:57 Bakıda 52 yaşlı kişi evdə ölü tapıldı

17:50 Azərbaycanda 27 yaşayış yerinin adı dəyişdirilə bilər

17:43 Seçkiləri izləmək üçün 51 müşahidəçi qeydiyyatdan keçib

17:36 “Toyunda qapıya bağladığımız qırmızı lentin rəngi hələ solmayıb” – Şəhid ömrü

17:29 “Real Madrid” və “Barselona” üçün asan rəqiblər

17:21 “Qarabağda vəziyyət elə gərgindir ki, hansısa artilleriya yaylım atəşi açılsa...”

17:14 Prezidentliyə namizədlərin sayı 15-ə çatdı

17:06 Birinci siniflərə qəbul üzrə 30 mindən çox sorğu daxil olub

16:59 Yeganə boşanma xəbərindən danışdı: “Qanuni ərimdir”

16:52 Yaxın 20 ildə Rusiya enerji ixracında lider qalacaq

16:45 Bakı məktəblərində “açıq dərslər”ə başlanılıb

16:38 “Zeytun budağı”: 1931 terrorçu məhv edilib

16:33 Azərbaycan XİN və Baş Prokurorluq: Xocalı soyqırımına görə Ermənistan məsuliyyət daşıyır

16:30 Ağdamda ər-arvad qazdan zəhərlənib

16:23 “Neftçi”nin sabiq hücumçusu məşqçiliyə başladı

16:15 Şövkət Mirziyayev Özbəkistanda Xruşşovsayağı “inqilab” edir

16:07 Özbəkistanın keçmiş baş prokuroru həbs olundu

15:57 Putinin daha iki ən yeni qırıcısı Hmeymimə endi

15:53 Azərbaycanlı müğənnilər Bodrumda restoran açdı

15:47 Siyavuş Novruzov: “Azərbaycanı indi idman ölkəsi kimi tanıyırlar”

15:41 Kadırov Stalini lənətlədi

15:36 ABŞ-ın qərarına Fələstindən cavab

15:30 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb

15:21 Rusiyaya finalda Almaniya rəqib oldu

15:16 Ata və oğulun söhbəti

15:11 Smartfonlar üçün yeni çip yaradılıb

15:05 Somalidə partlayış: azı 20 ölü

14:56 Mirzəyevin bacısı və yeznəsi niyə öldürüldü?

14:48 Məzahir Pənahov: “Bu, anlaşılmaz yanaşmadır”

14:44 Bakıda gənc oğlan bıçaqlanıb

14:39 Azərbaycan nefti bahalaşdı

14:31 Türkiyə ordusu 1931 terrorçunu məhv edib

14:26 Xızıda sürücünü öz maşını ilə 200 metr sürüdülər

14:22 Elman Fəttahın qardaşı qəzada vəfat etdi

14:17 Türkiyə Afrində daha iki kəndi terrorçulardan təmizlədi

14:12 Qusarda itkin düşmüş qadın tapıldı

14:06 Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib

14:01 Müğənni Damlanın “YouTube” kanalı silindi

13:55 Sabahın hava proqnozu

13:50 Ermənistan hakim koalisiyası prezidentliyə namizədini irəli sürdü

13:46 ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb

13:42 “Qarabağ” Türkiyədə ilin komandası seçilə bilər

13:35 Kabildə kamikadze özünü partlatdı: 1 ölü, 6 yaralı

13:32 Nərimanovda Xocalı soyqırımı qurbanlarının ailələri ilə görüş keçirilib

13:31 Hindistan ballistik raketi sınaqdan keçirtdi

13:19 Deputat Sona Əliyeva yaranmış problemə son qoydu

13:15 650 minlik avtomobil hansı məmurundur?

13:12 Azərbaycan deputatları Ərdoğanla görüşəcək

13:09 Bəxtiyar Hacıyev Şimali Koreya səfərindən danışdı

13:05 Ali Sunalın azərbaycanlı nişanlısı ilə toy tarixi bəlli oldu

12:56 Ağlamağa dərd axtarmaq adəti

12:49 Deputat: “Separatçıların “seçki şoularını” tanımırıq”

12:42 Bakıda ağacları kəsən adam saxlanıldı

12:38 Füzuli Məmmədovun (Frenk Elkapone) yalanı və ayıbı

12:38 Böyük Britaniyadan İŞİD xəbərdarlığı

12:33 Millət vəkili: “Bizdə benzin niyə bahadır?”

12:27 Çingiz Abdullayev: “O, yaddaşlarda əbədi qalacaq”

12:24 Neft bahalaşıb

12:18 Sumqayıtda yaşıllıqları məhv edənin kimliyi məlum oldu – Əli Həsənovun nəvəsiymiş…

12:13 Bakı aeroportunda İsrail vətəndaşı olan qadın saxlanıldı

12:08 Birdəfəlik kağız batareya təbiəti qoruyacaq

12:04 BMT-də Suriya ilə bağlı səsvermə keçiriləcək

12:01 Əhəd Abıyev Gültəkin Hacıbəylini döyüb?

12:00 Lazer smartfonları enerji ilə dolduracaq

11:58 Səhləbad kəndində səyyar qəbul-görüş keçirilib

11:55 Polis maşını qəzaya düşdü: xəsarət alanlar var

11:52 Dünən axtarışda olan 60 nəfər saxlanılıb

11:48 Dəccal

11:47 Süni intellekt xəstəlik riskini proqnozlaşdırır

11:42 Tramp ABŞ-a gələn miqrantları növbəti dəfə aşağıladı

11:41 “Bakı İrana körpü tikir, 500 milyon kredit verirsə...”

11:36 Ekspert: “ABŞ Rusiya və Türkiyəyə mane ola bilməyəcək”

11:30 Başbuğ Ərdoğana qarşı iki partiyanı birləşdirir – İddia

11:25 Tovuzda yanğın: 2 ölü

11:21 Erməni diasporu Fətullayevi məhkəməyə verir

11:16 Bill Geyts məşhur serialda rol alacaq

11:12 Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

11:07 Məzahir Pənahova ağır itki

11:03 Məşhur aktrisa 97 yaşında vəfat etdi

10:59 “Azərbaycanı Moskvada nazirin müavininin təmsil eləməsi siyasi məna daşımır”

10:55 Azərbaycan xaricə satdığı məhsulu, həm də xaricdən alır

10:51 Beyləqan və Ağcabədidə oğurluq edən çoban tutuldu

10:47 Azərbaycan çempionatında növbəti oyunlar başlayır

10:42 Stiv Cobsun işə qəbul ərizəsi hərraca çıxarılır

10:39 Dövlət qulluqçusu olmaq istəyənlərə müraciət

10:34 “Qarın yağmamasına səbəb ekoloji silahlardan istifadədir”

10:30 Mingəçevirdə idmançı qollarını doğradı

10:25 Bakıda keçmiş məhkumlar intihara cəhd göstəriblər

10:20 Vasif Talıbov gənclərin təqaüdünü artırıb

10:16 Atəşkəs 120 dəfə pozulub

10:12 “Avropa Məhkəməsi Xocalı soyqırımını qəbul edənə qədər əl çəkməməliyik”

10:09 Alpinistlərin itkin düşməsindən 2 ay ötdü

10:05 Təqaüdlərin artırılması jurnalistlərə də şamil ediləcək

10:00 Qarabağda yeni müharibə anonsu

0:50 Putin özünü partladan pilotu təltif etdi

0:21 Vasif Talıbov yeni agentliyə rəhbər təyin etdi

0:09 “ABŞ səfirliyinin Qüdsə köçürülməsi tarixi təxribatdır”

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 FEVRAL

23:57 İsveçrədə silahlı insident: 2 ölü



ANALİZ

...

Donald Trampın “Ağ Ev”də bir ili: O, amerikalıların xəyalındakı prezident ola bildimi?

Tarix 09.01.18, 12:52

Font ölçüsü : - / +
bitmap-img6


Arzu Nağıyev: “Trampın prezidentliyi dövründə ən problemli məsələlərdən biri Rusiya ilə ABŞ arasında olan seçki öncəsi gərginliyin öz məntiqi sonuna çatmaması oldu və problem hələ də qalmaqdadır”


Şahin Cəfərli: “Trampın dünya miqyasında böyük əks-səda doğuran  xarici siyasət qərarı olan Qüds-Yerusəlim şəhərini İsrail dövlətinin paytaxtı kimi tanıması BMT-də ABŞ-ın təklənməsinə gətirib çıxardı və bu baxımdan ciddi siyasi uğursuzluq kimi qiymətləndirilə bilər. Lakin bu məqam Trampı narahat etmir”.

Azər Qaramanlı: “Trampın xarici siyasətə baxışı bu bir ildə dünya üçün təhlükəyə çevrilib. İstər Suriya və İraqda ABŞ-ın oyundan kənar vəziyyətdə qalması, istər Kürdüstanda keçirilən uğursuz referendum, istərsə də Qüdsün İsrailin paytaxtı kimi tanınması, Şimali Koreya ilə nüvə duelinin yaşanması, Rusiya ilə münasibətlərin tamamilə dalana dirənməsi, İranla yaranmış kritik vəziyyət, həmçinin Yaxın Şərqdə İran və Rusiyanın həlledici oyunçulara çevrilməsi və s. vəziyyətlər dünya üçün təhlükə yaradan məsələlərdir”.

ABŞ-ın tanınmış tarixçisi Ronald Feinam hazırki prezident Donald Trampın hakimiyyət dövrünün qısa olacağını açıqlamışdı. O, açıqlamasında Trampın ABŞ-a ən qısa müddət rəhbərlik edən ikinci prezidenti olacağını iddia etməklə yanaşı, prezidentlik dövrünün 199 günə qədər başa çatacağını qeyd etmişdi. Eyni zamanda "WikiLeaks" saytının qurucusu Julian Assange ABŞ prezidentinin Şimali Koreya ilə bağlı Çinlə ticarət əlaqələrinin kəsilməsi haqqında qərar verməsi durumunda dövlət başçısı postundan gedəcəyini bildirib. Bununla yanaşı, bəzi ekspertlər də Trampın vəzifədən gedəcəyini, hətta bunun 2018-ci ildə baş verəcəyini bildirmişdilər. 10 gündən sonra isə Donald Trampın ABŞ prezidenti kimi bir illik fəaliyyəti sona çatır. Yəni, bir çoxlarının gözləntilərinə baxmayaraq, Tramp Ağ Evdə bir ilini başa vurur.

Son günlər isə bütün dünyada ən çox müzakirə olunan mövzulardan biri də Donald Tramp haqqında jurnalist Maykl Wolffun yazdığı və iki gün əvvəl işıq üzü görməsinə baxmayaraq, bütün nüsxələri satılan  “Atəş və qəzəb: Trampın Ağ Evində” kitabıdır. Bu kitabda Trampın keçmiş silahdaşlarının müsahibələri toplanıb və belə demək mümkündürsə, keçmiş silahdaşları Trampı bütün dünyaya biabır ediblər. Kitabda hətta bəziləri ABŞ prezidentini “idiot”, “axmaq” və s. kimi sözlərlə xarakterizə ediblər. Həmçinin kitabın müəllifi Donald Trampı intellektual səviyyəsinin ABŞ prezidenti ola bilmək üçün aşağı olduğunu vurğulayıb.  Ağ Evin sözçüsü Sarah Sanders isə kitabın “yalan və yanıldıcı bəyanlarla dolu olduğunu” qeyd edib.

Trampın bir illik prezidentliyi çərçivəsində daxili və xarici siyasətdə xarakterik olan hansı uğurları və uğursuzluqları oldu? Bu bir ildə Tramp öz mövqeyini möhkəmlədə bildimi? 2018-ci ildə Trampın vəzifədən getmək təhlükəsi hələ də mövcuddurmu?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloqlar Arzu Nağıyev, Şahin Cəfərli və PİA.AZ-ın baş redaktoru Azər Qaramanlının fikirlərini öyrənib.

Image result for arzu nağıyev

Arzu Nağıyev: “Trampın xarici siyasəti ilə bağlı onu deyə bilərəm ki, öz seçki platformasında məhz terrorla mübarizə  istiqamətində müvafiq addımların atılacağını qeyd etmişdi və bu istiqamətdə çox mühüm addımlar atdı”.


Donald Trampın seçki qabağı xarici siyasətlə bağlı verdiyi vədləri müəyyən mənada həyata keçirdiyini vurğulayan politoloq Arzu Nağıyevə görə, ABŞ-ın daxili siyasəti ilə bağlı problemlər isə hələ də tam olaraq həllini tapmayıb və o, öz komandasını birləşdirə bilməyib:

“Trampın prezidentliyi dövründə bir sıra problemlər yaşandı. Ən  problemli məsələlərdən biri  Rusiya ilə ABŞ arasında olan seçki öncəsi  gərginliyin öz məntiqi sonuna çatmaması oldu və bu, bir problem olaraq qaldı. Məhz buna görə də Trampın komandasının formalaşması başa çatmadı. Hətta yeni ilin ilk günlərində də məlum problem yaşanmaqdadır. Rusiya ilə bağlı sanksiyalar yenidən gündəmə gəldi və öz platformasında qeyd etdiyi kimi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi davam edir.  

Trampın köməkçilərinin onun özü və ailəsi haqqında yazdıqları məsələlər Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer səviyyəsinə belə qalxdı. Əsas məsələ ondan ibarətdir ki, Trampın öz ətrafında olan şəxslər komanda şəkildə formalaşmağı bacarmadı. Digər tərəfdən, ABŞ vətəndaşlarının 53%-nin Donald Trampa səs verməsinə baxmayaraq, vətəndaşların razılığı tam şəkildə bərpa olunmayıb. Obama vaxtında tənqidlərə tez-tez məruz qalan tibbi sığorta ilə bağlı məsələlərin həlli müsbət hal kimi qiymətləndirilsə də, Demokratlar Partiyası tərəfindən buna zidd olaraq müəyyən bəyanatlar verildi. 

Həmçinin  terrorla mübarizə daxildə tam şəkildə bərpa olunmadı. ABŞ üçün terror təhdidi bugün də təhlükə olaraq qalır. Bu problemlərin həlli istiqamətində Respublikaçılar və Demokratlar ümumi mövqe ortaya qoya bilmədiklərinə görə problemlər problem olaraq qalmaqdadır.

Arzu Nağıyev: “Tramp seçiciləri üçün verdiyi vədləri demək olar ki, müəyyən istiqamətdə yerinə yetirməklə məşğuldur”.


Trampın xarici siyasəti ilə bağlı onu deyə bilərəm ki, öz seçki platformasında məhz terrorla mübarizə  istiqamətində müvafiq addımların atılacağını qeyd etmişdi və bu istiqamətdə çox mühüm addımlar atdı. Suriya, İraq məsələsində öz mövqeyini ortaya qoydu. Bildiyiniz kimi, xarici siyasətdəki əsas problemlərdən biri olan Qüds məsələsinin yenidən qabardılması silahlı qarşıdurmanın yaranmasına səbəb oldu. Hətta üçüncü dövlətlərin ittifaqın meydana gəlməsi problemi yaşandı. 

Digər məsələ isə Şimali Koreyada nüvə problemi ilə bağlı idi. Demək olar ki, nüvə probleminin həlli istiqamətində Tramp öz dediklərinin üzərində durur. Eyni zamanda ABŞ-ın xarici düşmənləri siyahısında Çin, Rusiya və bir sıra dövlətlərin olması məsələsi yenidən qabardıldı. Avropa İttifaqı ölkələri ilə ayrı-ayrılıqda müsbət addımlar atılsa da, ümumi razılıq hələ də əldə olunmayıb. Əfqanıstanda terrorla mübarizə məsələsi davam edir. Həmçinin Tramp seçki platformasında miqrantlarla bağlı verdiyi sözün üstündə duraraq Meksika ilə sərhədi bərkitmək istiqamətində müvafiq addımlar atdı. Bir sıra müsəlman ölkələrinin məhz terror təşkilatları ilə əlaqəsinin olduğunu səbəb gətirərək, həmin ölkələrdən miqrant kütləsinin qarşısını almaq üçün müvafiq addımlar atdı. Eyni zamanda “Green Card”ın lotoreya yolu ilə əldə edilməsi istiqamətində müəyyən qadağalar qoydu. 

İqtisadi məsələlərin həllinə gəlincə, Cənubi Qafqaz və Azərbaycanla müəyyən müsbət tendensiyalar yaranıb. Yəni, Tramp Azərbaycana qarşı müsbət çıxışlarla yadda qalıb. Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ ATƏT-in Minsk qrupu həmsədrləri kimi məhz nüfuz davasında öz təkliflərini irəli sürür. Hesab edirəm ki, bu bir il ərzində cənab Trampın fəaliyyətində xarici və daxili siyasətə təir edən amillər məhz sadaladığım hallar olub. Trampın vəzifəsindən gedəcəyi isə gözlənilən deyil. Çünki ABŞ təkcə Tramp demək deyil və orada prezident 4 illik seçilir. Onun impiçment edilməsinə məhz Konqres və Senatda baxılmalıdır. Eyni zamanda yenidən seçkilər keçirilməli  və ya referendum olmalıdır. Bu isə inandırıcı görünmür.  Tramp seçiciləri üçün verdiyi vədləri demək olar ki, müəyyən istiqamətdə yerinə yetirməklə məşğuldur”.

Image result for şahin cəfərli

Şahin Cəfərli: “Tramp sələfi Obamadan fərqli olaraq, qəti qərarların qəbulunda tərəddüd etməyən liderdir”.


Trampın daxili və xarici siyasətlə bağlı atdığı addımlarının seçkiqabağı vədlərini ardıcıl olaraq yerinə yetirdiyini öz seçicilərinə nümayiş etdirmək olduğunu bildirən politoloq Şahin Cəfərlinin fikrincə, bu yöndə böyük problem yaradan əsas  addımı məhz Qüds məsələsi oldu:

“Donald Trampın hakimiyyətinin ilk 1 ili hadisələrlə çox zəngin oldu və istər ABŞ mediası, istərsə də dünya mətbuatı bu baxımdan mövzu qıtlığı yaşamadı. Daxili siyasətdəki hadisələrdən bəhs edərkən ilk növbədə Tramp və onun yaxın çevrəsinin Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparılması üçün xüsusi prokurorun təyin olunmasını qeyd etmək lazımdır. Bu mövzu ötən müddətdə heç vaxt gündəmdən düşmədi, vaxtaşırı olaraq mediaya sızan məlumatlar və Konqresin müvafiq araşdırmanı aparan komitələrində keçirilən dinləmələr həm ictimaiyyətin diqqətini bu məsələyə cəlb etdi, həm də Trampın rahatlığını pozdu. 

Prezidentin özü də Rusiya təhqiqatının onu ciddi şəkildə narahat etdiyini və rahat çalışmasına imkan vermədiyini dəfələrlə vurğulayıb. Vaşinqtonda kimsə şübhə etmir ki, müşavirləri, eləcə də Konqresdəki nüfuzlu respublikaçılar mane olmasalar, Tramp xüsusi prokuroru işdən uzaqlaşdırar. Əslində demokratlar bunu çox arzu edərdi, çünki bu halda “prezidentin ədalət mühakiməsinə mane olması” ittihamı ilə impiçment məsələsini gündəmə gətirmək üçün əsas yaranacaq. Xüsusi prokurorun istintaqı çərçivəsində hələlik ən ciddi olay Trampın keçmiş milli təhlükəsizlik müşaviri, general Maykl Flinnin istintaqla əməkdaşlığa getməsidir. Bundan başqa, Trampın seçki qərargahının rəhbəri olmuş siyasi texnoloq Pol Manafort və onun biznes şərikinə qarşı da rəsmi ittiham irəli sürülüb. 

Prezidentliyinin ilk ilinə nəzər salanda ən əvvəl Tramp üçün prioritetin öz seçkiqabağı vədlərini gerçəkləşdirmək olduğunu görürük. O, seçki kampaniyası dövründə çoxtərəfli beynəlxalq ticarət sazişlərinin ABŞ daxilində yerli istehsalçıya zərbə vurduğunu, işsizliyi artırdığını bildirirdi və bu cür anlaşmalardan çıxacağını vəd edirdi. Tramp Ağ Evə köçdükdən sonra ilk olaraq ABŞ-ın Trans-Sakit okean Tərəfdaşlığından (TPP) çıxdığını elan etdi. O, Şimali Amerika Azad Ticarət Müqaviləsini (NAFTA) təftiş edəcəyini və lazım gələrsə, bu anlaşmadan da çıxaraq onun iştirakçıları olan Kanada və Meksika ilə ikitərəfli müqavilələr imzalayacağını açıqlayıb. Tramp istehsal sahələrini xarici ölkələrə köçürmək istəyən ABŞ şirkətlərinin bu işdən vaz keçirilməsi və artıq xaricdə yaradılmış istehsal sahələrinin, ölkədən qaçan kapitalın geri qaytarılması üçün də bir sıra addımlar atıb. Onun əsas vədlərindən biri də Obama dövründə qəbul olunmuş səhiyyə islahatı və xəstələrin müdafiəsi üzrə qanunun (“Obamacare”) ləğvi idi. Lakin bu məsələdə dövlət başçısı uğursuzluğa düçar oldu və Senatda demokratlarla bərabər bəzi respublikaçılar, o cümlədən Con Makkeyn bu qanunun layiqli alternativi ortaya qoyulmadığı üçün “Obamacare”in ləğvinə dəstək vermədilər. Trampın ən ciddi uğuru kimi isə 2017-ci ilin sonlarına yaxın Konqresin hər iki palatasından keçən vergi islahatı qanununu göstərmək olar. 

Şahin Cəfərli: “Tramp üçün impiçment təhlükəsi hələ də qalır. Xüsusi prokuror Robert Müllerin hansı sürprizləri edəcəyi məlum deyil”. 


Ötən müddətdə prezident-məhkəmə çəkişməsi də ABŞ daxili siyasətindəki əsas hadisələrdən biri idi. Prezidentin miqrasiya sahəsində məhdudiyyətləri nəzərdə tutan fərmanlarının icrasının məhkəmələr tərəfindən dayandırılması, sonra isə Ali Məhkəmə tərəfindən qismən bərpası göstərdi ki, sistem yeri gəldikdə bu sistemə yad olan prezidenti cilovlamağa hazırdır. Yeri gəlmişkən, Ali Məhkəmədə boş qalmış hakim yerinə mühafizəkar hakim Nil Qorsaçın təyin olunmasını Trampın kiçik uğuru sırasında qeyd etmək mümkündür.  

Ötən ilin sonuna yaxın Alabama ştatında ABŞ Senatında bu ştatın təmsilçisinin boş qalmış yerinə keçirilən seçkidə demokratların namizədinin qələbəsi isə Trampın daxili siyasətdəki ciddi uğursuzluqlarından biridir. Çünki Alabama ştatı adətən respublikaçıları dəstəkləyən mühafizəkar ştatlardan biri kimi tanınırdı. Digər tərəfdən, Senatda qüvvələr nisbəti bir-birinə çox yaxın idi, respublikaçılar 52, demokratlar isə 48 senatorla təmsil olunurdu. Alabama seçkilərindən sonra fərq daha da azaldı və nisbət 51-49 oldu. Bu, o deməkdir ki, prezidentin qanunvericilik təşəbbüslərinin reallaşması bundan sonra da daha çətinləşəcək. Bu ilin noyabrında Nümayəndələr Palatasına və Senatın üçdə birinə keçiriləcək seçkilər bu baxımdan çox əhəmiyyətli olacaq. 

Xarici siyasət sahəsində ilk ciddi addım kimi 2017-ci il aprelin 7-də Suriya rejiminin kimyəvi silahdan istifadə etməsinə cavab olaraq bu ölkə ərazisinə raket zərbələrinin endirilməsini qeyd etmək lazımdır. Bu hadisə nümayiş etdirdi ki, Tramp sələfi Obamadan fərqli olaraq, qəti qərarların qəbulunda tərəddüd etməyən liderdir. Onun Şimali Koreya probleminin həlli üçün hərbi variantın masada olduğunu dəfələrlə vurğulamasını da bu kontekstdə xatırlatmaq yerinə düşər. Trampın çoxtərəfli anlaşmalara soyuq baxmasını daxili siyasət hadisələri sırasında sadaladıq. Bu mövzunu xarici siyasətə də aid etmək lazımdır. Bu sırada ABŞ-ın Paris iqlim razılaşmasından çıxması da ilin önəmli hadisələri arasındadır. Trampın seçki kampaniyası dövründə əsas hədəf kimi seçdiyi ölkə Çin idi. O, Çini ABŞ-la ticarətdə ədalətsiz davranmaqda, birtərəfli üstünlük əldə etməkdə günahlandırırdı və iqtidara gəldikdən sonra Çini cəzalandıracağını, bu ədalətsizliyi aradan qaldıracağını bildirirdi. Lakin Tramp bu istiqamətdə hələ ki hər hansı ciddi addım atmayıb, əksinə, Şimali Koreya məsələsinin həllində Çinlə yaxın əməkdaşlıq qurulub. 

Donald Trampın dünya miqyasında böyük əks-səda doğuran xarici siyasət qərarı isə Qüds-Yerusəlim şəhərini İsrail dövlətinin paytaxtı kimi tanıması oldu. Bu qərar BMT-də ABŞ-ın təklənməsinə gətirib çıxardı və bu baxımdan ciddi siyasi uğursuzluq kimi qiymətləndirilə bilər. Lakin bu məqam Trampı narahat etmir, onun üçün başlıca vəzifə seçkiqabağı vədlərini ardıcıl olaraq yerinə yetirdiyini öz seçicilərinə nümayiş etdirməkdir.  Ötən müddətdə xarici siyasət sahəsində Trampın iradəsindən kənar qərarlar da qəbul olundu. Məsələn, Konqres prezidentin iradəsinə zidd olaraq Rusiyaya qarşı Obama dövründə tətbiq olunmuş sanksiyaları qanunlaşdırdı və İrana, Şimali Koreyaya qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinə Rusiyanı da əlavə etdi. Halbuki Tramp Putinlə masaya oturub bəzi beynəlxalq məsələlər, xüsusən İrana və Çinə qarşı  onunla anlaşma zəmini axtarmaq niyyətində idi. Lakin Konqres və ümumilikdə ABŞ dövlət aparatı buna imkan tanımadı.  

Tramp üçün impiçment təhlükəsi hələ də qalır. Rusiya ilə bağlı təhqiqat hələ ki yekunlaşmayıb və xüsusi prokuror Robert Müllerin hansı sürprizləri edəcəyi məlum deyil. Əgər Müller ortaya ciddi sübutlar qoyarsa, bu məsələ üzrə impiçment təklifi Konqresin gündəminə gələ bilər. 

Digər tərəfdən, bu günlərdə jurnalist Maykl Vulfun Ağ Evdə baş verənlər barədə nəşr etdirdiyi kitab da (“Fire and Fury: Inside the Trump White House”) Trampın əhvalını korlayıb. Kitabda prezidentin psixi baxımdan normal olmadığı iddia edilir və dövlət idarəçiliyində xaosun hökm sürdüyü bildirilir. Bu il Konqresə keçiriləcək seçkilər Trampın siyasi gələcəyi baxımdan həlledici ola bilər. Əgər demokratlar hər iki palatada və yaxud palataların birində üstünlük əldə etsələr, Trampın işi xeyli çətinləşəcək. Bu halda impiçmentin baş tutması mümkündür – təbii ki, bunun üçün ciddi əsaslar olarsa... İmpiçment gerçəkləşməsə belə, qanunverici palataların birində müxaliflərin üstünlüyə malik olması prezidentin gücünün azalması, hər iki palatada müxalifətin üstünlüyü isə Trampın öz gücünü itirməsi mənasına gələcək”.

Image result for azər qaramanlı
Azər Qaramanlı: “Trampın qalib gəlməsində Obamanın liberalizmindən cana doyan, daha doğrusu Obamanı və demokratları sionizmə təhlükə olaraq görən yəhudi lobbisi əsaslı rol oynadı”.


Trampın hesabdan kənar bir şəkildə prezident olduğunu qeyd edən PİA.AZ saytının baş redaktoru Azər Qaramanlının fikrincə, Tramp  impiçment yaşayacaq ilk ABŞ prezidenti ola bilər:

“Mənə elə gəlir ki, Tramp ötən bir il müddətində Ağ Evə alışmağa çalışdı. Eyni zamanda Amerika xalqı və bütün dünya da Trampa alışmağa çalışdı. Amma hesab eləmirəm ki, Amerika xalqı bu bir ildə Trampa alışa bildi. Tramp uzaqdan kloun kimi görünür və bəlkə də bu belədir.  O, böyük siyasətin standartlarına aid deyil və müstəqil atdığı hər addımda gülünc olur. Heç Tramp özü də bu bir ildə Ağ Evə alışa bilmədi. Çünki o, hələ də özünü öz qabında hiss eləmir. O, bu bir ili çaxnaşma və vurnuxma içində keçirdi və demək olar ki, ABŞ siyasəti özünəgüvən problemi olan ilk prezidentlə  üz-üzədir. 

Mənə görə Trampın ən böyük problemlərindən biri seçkilərdə qalib gəlməyə hazırlaşmamasıydı. 2016-cı il seçkiləri Tramp üçün təcrübə meydanı idi. Tramp və onun komandası sadəcə böyük tamaşanın  məşqini edirdilər. Amma Trampın şansı onda gətirdi ki, Respublikaçılar arasında ultrasağ meyllər artdı. Ümumilikdə isə terror təhlükəsi Amerika xalqını radikallaşdırdı və bu Trampın özünün gözləmədiyi halda Ağ Evə daşınması ilə məticələndi. Onu da qeyd edim ki, Trampın qalib gəlməsində Obamanın liberalizmindən cana doyan, daha doğrusu Obamanı və demokratları sionizmə təhlükə olaraq görən yəhudi lobbisi də əsaslı rol oynadı.  Yəni, Tramp gözləmədən və hesabdan kənar  bir şəkildə Ağ Evdə oturdu və buna görə də indi o, özünü öz qabında hiss eləmir.

Bu bir ildə Tramp Adminstrasiyasının ABŞ daxilində bir sıra uğurları oldu. ABŞ iqtisadiyyatı inkişaf etdi, vergi dərəcələri aşağı endirildi, işsizlik müəyyən qədər azaldı və ən əsası dollar öz mövqeyini daha da möhkəmləndirdi. Mən bunu Trampın uğuru olaraq tam olaraq dəyərləndirmirəm. Bu ümumilikdə Respublikaçıların uğurudur. 

Azər Qaramanlı: “Tramp cırtqoz,  vulqar və hətta meşşan xarakterə sahibdir və bu xarakterlə onun uzun müddət ABŞ-ı idərə edə biləcəyinə inanmıram”.


Amma xarici siyasətdə uğurdan danışmaq mümkün deyil. Məhz Trampın seçkiqabağı verdiyi vədlər xarici siyasətdə ABŞ-ın probleminə çevrilib. Trampın xarici siyasətə baxışı bu bir ildə dünya üçün təhlükəyə çevrilib. İstər Suriya və İraqda ABŞ-ın oyundan kənar vəziyyətdə qalması, istər Kürdüstanda keçirilən uğursuz referendum, istər Qüdsün İsrailin paytaxtı kimi tanınması, Şimali Koreya ilə nüvə duelinin yaşanması, Rusiya ilə münasibətlərin tamamilə dalana dirənməsi, İranla yaranmış kritik vəziyyət, həmçinin Yaxın Şərqdə İran və Rusiyanın həlledici oyunçulara çevrilməsi və s. vəziyyətlər dünya üçün təhlükə yaradan məsələlərdir.  Bütün bu vəziyyətlərin və təhlükələrin yaranması isə Trampın qeyri-stabil xarici siyasət xülyalarından ortaya çıxıb. Bu bir ildə ABŞ-ın xarici siyasəti həddindən artıq ciddi problemlərin içinə girib və bu problemlər ABŞ-ın tək fövqəlgüc olmasına qarşı əsas təhlükələrdir. Yəni, Trampın xarici siyasəti həm dünya üçün, həm də ABŞ-ın özü üçün təhlükə mənbəyidir. 

Trampın yuxarı-aşağı normal münasibət qura bildiyi tək ölkə demək olar ki, Çin oldu. Baxmayaraq ki, Tramp seçkiqabağı çıxışlarında Çini ABŞ-ın əsas düşməni elan edirdi. Amma bunu da Trampın mərifəti olaraq görmək mümkün deyil. Çünki Çinlə ABŞ-ın ciddi problemlər yaşamamsı daha çox çinlilərin hiyləgərliyi ilə bağlıdır. 

Anormal vəziyyət isə onunla bağlıdır ki, Trampın ABŞ-ın əsas müttəfiqləri və Avropa ölkələri ilə münasibətləri normal deyil. Bu münasibətlər o qədər normal deyil ki, hətta Tramp bu bir ildə Böyük Britaniyaya belə səfər edə bilmədi. Hələ də səfərin baş tutub-tutmayacağı isə bəlli deyil. Eyni şəkildə Trampın Almaniya ilə münasibətləri demək olar ki, son 50 ildə ən aşağı səviyyədə görünməkdədir. Trampın Polşaya səfəri isə Varşava ilə Avropa Birliyi arasında problemlərin yaranmasına yol açdı. 

Bütün bunlar ona görə baş verib ki, Tramp cırtqoz,  vulqar və hətta meşşan xarakterə sahibdir və bu xarakterlə onun uzun müddət ABŞ-ı idərə edə biləcəyinə inanmıram. Ondan fərqli olaraq, vitse prezident Mayk Pens ABŞ prezidenti standartlarına hər baxımdan uyğundur. Ona görə də tam əminliklə söyləyə bilməsəm də, düşünürəm ki, Müllerin araşdırmaları sona çatdıqdan sonra Tramp  impiçment yaşayacaq ilk ABŞ prezidenti ola bilər”.

Gülşən ŞƏRİF
pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ANALİZ

design-img

Vernisaj

Məzahir Pənahov: “Bu, anlaşılmaz yanaşmadır”

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Azərbaycan məmurları xaricdəki milyardlarını itirə bilərlər - “ABLV Bank” qalmaqalı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru