Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donald Trampdan biznes məsləhətləri

PİA.AZ bizplus.az-a istinadən Donald Trampdan biznes məsləhətləri təqdim edir


Əgər siz biznesmensinizsə, onda biznesmen kimi görünməlisiniz. Biznesmen kimi geyinməli və özünüzü biznesmen kimi aparmalısınız.

Əvvəllər mən deyərdim: "Yaxşı insanları tap və onlara etibar et". Amma illər keçdikcə mən o qədər fırıldaqçılar və fokusçular gördüm ki, indi mən deyirəm; "Yaxşıları tap, amma onlara etibar etmə.".

Mən hesab edirəm ki, öz puluna qənaət etməyə imkan verməyən qürur böyük bir axmaqlıdır.

İşçilərin sizdən qorxması və hörmət etməsi daha vacibdir. Sevgi mütləq deyil.

Mən loyallığı hər şeydən daha çox qiymətləndirirəm: ağıldan, təşəbbüskarlıqdan və hətta enerjidən də daha çox.

Səhvlər üzərində öyrənmək lazımdır - amma onları bağışlaya bilmək də eyni dərəcədə vacibdir.

Həyatda bir şeyi yadda saxlamaq vacibdir: "Əgər kimsə sənə kömək edibsə, həmişə ona "Çox sağ ol" demək gərəkdir.

Mən bu köhnə məsəlin müdirkliyinə çox inanıram: "Əgər nəsə səni öldürmürsə, o səni daha güclü edir"

Çətin vaxtlar, pis günlər adətən gözəl imkanlar yaradır.

Mən fəxr edirəm ki, belə tərs və əla oğlanam.

Uğursuzluq və ya müvəqqəti fasilə - hələ məğlubiyyət deyil. Məğlubiyyət  - həmişə şüurda olur. Siz yalnız o zaman məğlub olursunuz ki, məğlubiyyəti qəbul edir, onu etiraf edirsiniz.

Mənim pul qazanmaq kimi fövqəladə bir istəyim yoxdur. Amma dəhşətli dərəcədə istəyirəm ki, gördüyüm işdən zövq alım.

Uzaqgörənlik və nizam-intizam - əsl lider məhz bu keyfiyyətlərə sahib olmalıdır. Onlardan birinin yoxluğu digərini əhəmiyyətsiz edir.

Pullar - özlüyündə yekun hədəf deyil, amma bəzən onlar bizim arzuları reallaşdırımağın ən effektiv formasıdır.

Anadangəlmə qaliblər yaranmış hər hansı bir problemə özlərini yenidən sınamaq üçün bir fürsət kimi yanaşırlar.

Növbəti uğur - yeni zirvələri fəth etmək üçün başlanğıc nöqtəsidir.

Əgər gün başa  çatıbsa və mən yatanda anlayıram ki, yuxudan durandan bəri yeni heç nə öyrənməmişəm, onda narahat olmağa başlayıram ki, "görən nə məndən yan keçib".

Hətta böyük bir şirkətin daxilində olsan belə, iş adamı olmaq - çox tənha bir məşğuliyyətdir.

Sövdənin bağlanmasını sürətləndirməyin ən yaxşı üsulu özünü elə göstərməkdir, bu razılaşma əslində sizin üçün qəti maraqlı deyil.

Kimsə sizə ziyan vuranda, ondan  bacardığınız qədər güclü və qəzəbli qisas alın.

Milyarder üçün iş və həzz - eyni şeydir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar