Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donald Tramp ölkəsinin konstitusiyasından narazıdır


"The İndependent" yazır ki, Donald Tramp özünün ilk 100 günündə qarşılaşdığı problemlərə görə Birləşmiş Ştatların Konstitusiyasını ittiham edib


O 100 gün münasibətilə Fox News şəbəkəsinə müsahibəsində deyib ki, hakimiyyətə nəzarət və onun balanslaşdırılması "arxaik" prinsipdir.

"Bu çox çiy sistemdir, - deyib Tramp, - Köhnəlmiş, arxaik sistemdir…Bu bizim ölkəmiz üçün çox pis bir şeydir".

"The İndependent" xatırladır ki, Tramp prezidentliyinin ilk aylarında bir sıra uğursuzluqlar və pərtliklərlə üzləşməli olub.

Onun müsəlman ölkələrindən miqrantlatın gəlişinə qoyduğu qadağa məhkəmələr tərəfindən ləğv olunub. Bundan sonra prezident ikinci dəfə düzəliş edilmiş sərəncam variantını təqdim etməli olub.
Bundan bir neçə həftə sonra isə onun Obamacare sistemini ləğv etməyə yönəlmiş səhiyyə haqqında qanun layihəsi Konqres tərəfindən rədd edilib. Bu layihə Trampın partiyadaşları olan respublikaçılardan lazımi dəstəyi ala bilməyib.

Bu uğursuzluqlar nəticəsində Trampın reytinqi ABŞ prezidentləri üçün görünməmiş həddə enib.
Trampın hazırkı populyarlığı 40 faiz ətrafında dövran edir, amma Obama prezidentliyinin müvafiq mərhələsində 65 faiz populyarlığa malik idi.

Fox televiziyasına müsahibəsində Tramp respublikaçı senatorlardan da şikayətlənib.

ABŞ prezidenti bu müsahibədə amerikalıları 1 may gününü "Sədaqət günü" kimi qeyd etməyə çağırıb. O deyib ki, söhbət "fərdi azadlıqlara, məhdudlaşdırılmış hakimiyyətə və bütün insanların ləyaqətinə olan loyallıqdan" gedir.

"The İndependent" yazır ki, Soyuq müharibə dövründən qalmış ənənə 1 may gününü solçu təşkilatların bayramı hesab edir.

Tramp deyib ki, bütün uğursuzluqlara baxmayaraq o, Amerika xalqına verdiyi vədləri bir-bir icra etməyə çalışır (BBC).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar