Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donald Tramp narkotik maddə alverçilərinə ölüm hökmləri verilməsini istəyir


ABŞ Prezidenti Donald Tramp martın 19-da ölkədə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə barədə plan irəli sürəcək


AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Tramp bu plan çərçivəsində narkotik ticarəti ilə məşğul olanlara ən yüksək cəza kimi ölüm hökmünün tətbiq olunmasını təklif edəcək.

Ədliyyə Nazirliyi narkotik vasitələrin ticarəti ilə məşğul olanlara qüvvədə olan qanunvericilik çərçivəsində ölüm hökmünün tətbiq edilməsinə nail olmağa çalışacaq”, - deyə ABŞ prezidenti administrasiyası nəzdində Daxili Siyasət üzrə Şuraya rəhbərlik edən Ağ evin nümayəndəsi Endryu Bremberq “The New York Post” nəşrinə bildirib.

Ağ ev narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslərə hansı şərtlərlə ölüm hökmü veriləcəyini dəqiqləşdirməyib.

Donald Trampın planı, həmçinin narkotik vasitələrin zərəri barədə cəmiyyətin məlumatlandırılmasını və narkotik vasitələrdən asılılığa qarşı effektiv mübarizə aparmağa imkan yaradacaq peyvəndin hazırlanması üçün tədqiqatlara dəstək kampaniyasının işə salınmasını da ehtiva edir.

Martın əvvəllərində ABŞ Prezidenti Çində və Filippində narkotik vasitələrin ticarətinə qarşı mübarizə sistemini misal çəkərək, ölüm hökmünün ölkədə narkotiklərin yayılmasının azalmasına yardım olacağını qeyd etmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar