Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Donald Tramp Suriya demokratlarına bütün yardımları dayandırır


ABŞ mətbuatı: Tramp Putin qarşısında öhdəliklərini yerinə yetirir


2013-cü ildən bu yana ABŞ Mərkəzi Kəşfiyyat idarəsi Suriyadakı ayrı-ayrı qruplara pul və silah yardımı göstərirdi.

Lakin Tramp administrasiyası bu siyasəti davam etdirməmək qərarına gəlib.

Qərb mətbuatı bunun Suriyadakı mötədil demokratlara vurulan böyük zərbə kimi qiymətləndirir.

Ekspertlər Trampın bu qərarının arxasında onun Putinə verdiyi sözlərin olduğunu iddia edirlər.

“Bu qərar 400 min insanın həyatına bais olan 6 illik münaqişədən çıxış üçün ABŞ-ın Kremllə əməkdaşlıq istəyinin göstəricisidir”,- Fransanın Le Figaro qəzetindən Jorj Malbrüno yazır.

“Tramp son addımı ilə Putinə münasibətləri yaxşılaşdırmaq adına işarə vermiş oldu”, - Böyük Britaniyanın The Guardian qəzeti bildirir.

Qəzetin yazdığına görə, Moskva çoxdan ABŞ-dan Suriya müxalifətçilərinə yönəlik “Train and Equip” proqramının (“Təlim keç və təchiz et”-red.) qaldırılmasını tələb edirdi.

Jorj Malbrüno minlərlə silahlının İordaniyada təlim keçirildikdən sonra Suriyaya göndərildiyini bildirərək proqrama olan marağın keçən ildən, Hələbin hökumət qüvvələrinin əlinə keçməsindən sonra azaldığını qeyd edir.

“Sonuncu qərar Əsəd, Putin və İranın zəfəridir”,- Oklahoma universitetinin Yaxın Şərq araşdırmalar mərkəzinin direktoru Coşua Landis yazır.
“Biz Rusiyanın qurduğu tələyə düşürük. Biz mötədil müqaviməti (müxalifət nəzərdə tutulur-red.) özümüzdən kənarlaşdırıb onları daha da zəiflədirik ”,- “Yaxın Şərq institutu”nun (Vaşinqton) elmi əməkdaşı Çarlz Lister hiddətini ifadə edib.

Siyasi ekspertlər ABŞ-ın hazırda Suriyanın şimal-şərqində kürd silahlı birləşmələrindən ibarət “Suriya Demokratik Gücləri”nə yardım etdiyini, lakin İŞİD-in paytaxtı Rakkanın azad olunmasından sonra bu proqramın da qaldırıla biləcəyi ehtimalını dilə gətirirlər.

Financial Times qəzetinin yazarı Erik Solomon Suriya müxalifətçilərinin ABŞ-ın bu qərarından olduqca qəzəbləndiyini ifadə dir.

Üsyançıların komandirəri qəzetə edilən yardımların artıq bir neçə aydan bəri azaldığını, onlara yalnız aylıq maaşlarının verildiyini bildiriblər.

“İndi Rusiya Suriyada öz oyun qaydalarını diktə edir. ABŞ prezidenti isə heç cınqırını çıxarmır”, - Almaniyanın Die Zeit qəzetindən Karsten Lüter qeyd edib.

Müəllifin fikrincə, ABŞ cinayətkar Əsəd rejiminin gələcəyini görməsə də, bir şeyləri dəyişdirmək gücündə də deyil:

“Ən təhlükəli hal ondan ibarətdir ki, Tramp üçün “Hər şeydən öncə Amerikanın maraqları” şüarı “Hər şeydən öncə Rusiyanın maraqları”na çevrilib.

“Hətta amerikalıların Xan Şeysindəki kimyəvi hücuma cavabı onu göstərdi ki, Vaşinqtonun Suriya və bütövlükdə bölgə ilə bağlı heç bir uzunmüddətli planı yoxdur”,- müəllif sonda qeyd edib.

Corc Buşun spiçrayteri (nitqlərini yazan şəxs-red.) olmuş Maykl Cerson isə The Washington Post qəzetində daha sərt yazıb:

Prezident Tramp Vladimir Putinlə uzunmüddətli şəxsi görüşdən və Suriyada ruslar qarşısında tam təslim olduqdan sonra adamda elə təəssürat oyanır ki, bu adamı strateji düşmən satın alıb”.

Müəllifin firkincə, ABŞ-ın qorxaqcasına öz müttəfiqlərinə yardım kəsməsi yalnız bir şeyi ifadə edir: “Suriyada Putinin qələbəsi təsbit olundu”.

“İndi belə çıxır ki, prezident seçkilərinə müdaxilə edən ruslar SSRİ dövründə belə xəyal etmədikləri bir hədəfə çatıblar: İndi onların qarşısında həm strateji, həm də mənəvi cəhətdən tərksilah edilmiş Amerika var!”, - məqlədə qeyd olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar