"Rusiya prezidenti Vladimir Putin mənim rəqibimdir"
Bunu ABŞ prezidenti Donald Tramp CNN müxbirinin sualını cavablandırarkən deyib.
Jurnalistin "siz Putini özünüzə dost, ya düşmən bilirsiniz" sualına cavabında Donald Tramp deyib: "Rusiya prezidenti Vladimir Putin mənim rəqibimdir".
Qeyd edək ki, iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin görüşü planlaşdırılıb.
ABŞ-ın dövlət katibi Maykl Pompeonun sözlərinə görə, dövlət başçıları arasındakı danışığın əsas mövzusu Suriya və Ukraynadakı vəziyyət olacaq. (report)
pia.az