Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dolların Türkiyədə bahalaşması Azərbaycanda qiymətlərə təsir edə bilər?


Ekspert: “ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginliyin Türkiyəyə iqtisadi cəhətdən təsir edəcəyi gözlənilən idi”


ABŞ Türkiyə münasibətlərinin gərginləşməsinin Azərbaycana birbaşa deyil, dolayı təsirləri ola bilər”.

Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginlik nəticəsində Türkiyədə dolların sürətlə bahalaşmasını PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib. 

Xəbər verdiyimiz kimi Türkiyədə ABŞ dollarının məzənnəsi bir gündə 6%-dən çox artaraq 3,85 lirəni ötüb. Türkiyədə Amerika valyutasının kəskin bahalaşmasına səbəb kimi ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginlik göstərilir. Belə ki, ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmasından dərhal sonra Türkiyə də analoji addımı atıb. Bu isə milli valyutanın dollar qarşısındakı məzənnəsinə təsirsiz ötüşməyib.

Qeyd edək ki, Türkiyədə dolların məzənnəsi bu səviyyədə sonuncu dəfə bu il yanvarın 30-da, yəni təxminən 8 ay bundan əvvəl çatıb. Bununla belə, hazırda Türkiyənin nağd valyuta bazarında dollar 3,71 lirəyə bərabərdir. İstənilən halda, ötən həftənin sonu ilə müqayisədə dollar 3% bahalaşıb.

Bəs dolların Türkiyədə bahalaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər və bizdə bahalaşma, ya da qiymət artımı müşahidə oluna bilərmi?   
Bu mövzu ilə iqtisadçı Vüqar Bayramov öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.



Vüqar Bayramov: “Lirənin dollara qarşı dəyər itirməsi Türkiyədən idxal edilən məhsulların qiymətlərinin ucuzlaşması, Azərbaycanın isə Türkiyəyə ixrac etdiyi məhsulların qiymətinin bahalaşması ilə müşahidə oluna bilər”.


İqtisadçı-ekspert Vüqar Bayramov qeyd edib ki, əgər ABŞ-Türkiyə münasibətləri viza rejimin ləğv edilməsi mərhələsindən başqa mərhələyə qədəm qoymasa, bu zaman müəyyən müddətdən sonra lirənin stabilləşməsini müşahidə edə bilərik:

ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginliyin Türkiyəyə iqtisadi cəhətdən təsir edəcəyi gözlənilən idi. Çünki Türkiyədə valyuta bazarı tam üzən məzənnə rejimindədir. Nəticə etbarı ilə ABŞ və Türkiyə arasında yaranmış siyasi gərginliyin Türkiyə iqtisadiyatına ən azı psixoloiji təsirləri olacaq. Bu psixoloji təsirlər də oldu və Türkiyədə lirə ucuzlaşmağa başladı. 

Lirənin ucuzlaşmasının nə zamana qədər davam etməsi də ABŞ və Türkiyə arasında olan münasibətlərin necə inkişaf etməsindən asılı olacaq. Çünki bu iki ölkə arasında münasibətlər sonrakı mərhələdə daha da gərginləşərsə və ABŞ investisiyasıTürkiyədən gedərsə, bu zaman lirənin daha çox ucuzlaşması müşahidə edilə bilər. 

Amma əgər ABŞ-Türkiyə münasibətləri viza rejimin ləğv edilməsi mərhələsindən başqa mərhələyə qədəm qoymasa, bu zaman müəyyən müddətdən sonra lirənin stabilləşməsini müşahidə edə bilərik. Onu da qeyd edim ki, ABŞ Türkiyə münasibətlərinin gərginləşməsinin Azərbaycana birbaşa deyil, dolayı təsirləri ola bilər. Bunun görə də, lirənin dollara qarşə dəyər itirməsi Türkiyədən idxal edilən məhsulların qiymətlərinin ucuzlaşması, Azərbaycanın isə Türkiyəyə ixrac etdiyi məhsulların qiymətinin bahalaşması müşahidə oluna bilər.  Yəni lirənin ucuzlaşmasına görə Türkiyədən Azərbaycana gətirilən məhsulların qiymətinin aşağı düşə bilər. Çünki lirənin ucuzlaşması nəticə etibarı ilə Türkiyə idxalının ucuzlaşmasına gətirib çıxardacaq. 

Həmçinin qeyd edim ki, lirənin ucuzlaşması valyuta bazarına təsir göstərmir. Çünki Azərbaycanda manatın, Türkiyədə də lirənin valyuta bazarına birbaşa təsirləri yoxdur. Amma lirənin ucuzlaşması indiki məqamda Azərbaycanın valyuta bazarına deyil, sadəcə  ticarət dövriyyəsinə təsir edəcəyi gözlənilir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar