Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dollar ərzaq məhsullarını yenə bahalaşdıracaq


Qubad İbadoğlu: “Manat nə qədər süni möhkəmləndirilirsə, bir o qədər də ucuzlaşmağa məhkumdur”


Dollar bahalaşdı. Azərbaycan Mərkəzi Bankı  ABŞ dollarının aprelin 28-nə olan rəsmi məzənnəsini 1,5033 AZN-dən  1,5056 AZN səviyyəsinə qaldırdı. Bahalaşma cüzi olsa da, bu xəbərin ölkə bazarlarına təsiri hər zaman böyük olur. Son bir ayda hökumət demək olar ki, dolları inzibati yolla ucuzlaşdırmağa çalışırdı və həqiqətən də dollar hiss olunacaq dərəcədə ucuzlaşdı. 

Hətta manatı möhkəmlətmək üçün Mərkəzi Bank bir neçə addım da ataraq, dollarla olan əmanətlərin faizini qaldırdı, dollarla kreditləri dayandırdı, bazarda dollara tələbat azaldı. Lakin inzibati üsullar dolların növbəti bahalaşma mərhələsinə başlaması üçün maneə ola bilmədi. Bəs görəsən, dollar qalxırsa, özü ilə nələri qaldıracaq? Onsuz da bahalaşmanın gözlənildiyi vaxtda, hansı sahələrdə bu proses daha da sürətlənəcək?

İqtisadçı ekspert Qubad İbadoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dolların yenidən bahalaşması sübut edir ki, Mərkəzi Bank öz yanaşması ilə milli valyutanın məzənnəsini tənzimləməkdə davam edir: "Çox təəssüf ki, bu hər hansı iqtisadi siyasətlə, iqtisadi hadisə ilə əlaqələndirilmir. Yalnız Mərkəzi Bankın özünün planlaşdırdığı vaxt məzənnənin aşağı enməsi və ya qalxması istiqamətində siyasət yeridilir. Əslində Azərbaycan manatı nə qədər süni olaraq dollar qarşısında möhkəmləndirilirsə, bir o qədər də ucuzlaşmağa məhkumdur. Uzunmüddətli dövr üçün götürüləndə, Azərbaycanda dolların bahalaşması labüddür. Ona görə də insanları çaşdırmaq üçün belə siyasət yürütmək effekt verməyəcək. Digər tərəfdən, manatı möhkəmlədən Mərkəzi Bank göstərməyə çalışır ki, manata  investisiya qoymaq olar, manat hesabında depozit yığmaq olar. Bu yolla Mərkəzi Bank manata etibar, inam formalaşdırmaq istəyir. Hesab edirəm ki, bu, inzibati yolla mümkün deyil. İndiki halda manatın dollara nisbətdə ucuzlaşması daha məqsədəuyğundur. Ola bilər ki, qısa müddətdən sonra yenidən dolları ucuzlaşdırmaqla manatı əvvəlki vəziyyətinə qaytarsınlar. Ancaq istənilən halda uzun və ortamüddətli dövrdə manatın məzənnəsi ucuzlaşmağa məhkumdur". 

Ekspert bildirdi ki, hökumətin manatın möhkəmlənməsi üçün atdığı addımlar da indiki situasiyada heç bir effekt verməyəcək: “Hökumətin atdığı addımlar indiki şərtlərlə, indiki iqtisadi mühitdə effekt vermək gücündə deyil. Əksinə, dollar bahalaşarsa, bir çox sahələrdə bahalaşma olacaq. İlk olaraq, bahalaşma anonsunu supermarketlər verdi, hökumətə müraciət edərək bahalaşmanın qaçılmaz olduğunu bildirdilər. Əgər hökumət bu müraciətə real addımlarla cavab verməsə, onlar bahalaşmaya gedəcəklər. Bu bahalaşma istehlak bazarında müşahidə olunacaq. Xüsusən də idxal məhsullarında və ərzaq bazarında bahalaşma olacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar