Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dollar dünyanın ən etibarlı valyutasıdırmı...


İkinci Dünya müharibəsindən bu yana ABŞ valyutası hegemonluq edir...


Dünyada gedən son iqtisadi proseslər yenə də ABŞ dollarının üstünlük qazanması ilə nəticələndi. 

Dünya bazarında, eləcə də  Azərbaycanda dollar sürətlə bahalaşmaqda davam edir. Son olaraq, Böyük Britaniyanın Avropa Birliyindən çıxma qərarı dünyanın ən güclü digər valyutaları olan avro və funt sterlinqin kəskin dəyər itirməsinə səbəb oldu.

Dollarla bağlı verilən proqnozlar isə dünya valyutasının bundan sonra da möhkəmlənməkdə davam edəcəyindən xəbər verir. Bəs görəsən, həqiqətənmi dünyanın ən etibarlı valyutası dollardır? Əhali əmanətlərini daha çox dollarda saxlamağa üstünlük verərsə, bunun nəticəsi necə ola bilər? Qlobal biznesdə dollara təhlükə varmı?

“Yeni Müsavat”ın sullarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, tarixən, əsasən də İkinci Dünya müharibəsindən sonra dünya ticarəti demək olar ki, bütövlükdə dollara keçdi: “Dollar ən stabil və ən güvənli valyutaya çevrildi. ABŞ-ın özünün iqtisadiyyatında bəzi problemlər olsa da, daxili və xarici  borclarının həcmi kifayət qədər yüksək səviyyədə olsa da, dünya valyutası statusu aldığından dollara tələb hər zaman olub və bundan sonra da olacaq. Bir anlıq təsəvvür edin ABŞ dollarının cəmi dördə biri  Amerikanın öz ərazisində, dördə üçü dünya ölkələrindədir. Dünya ölkələrinin yarıdan çoxunun rezerv ehtiyatları  məhz dollarda saxlanılır. Bunu nəzərə alaraq demək olar ki, dollar son onilliklərin ən güvənli valyutasıdır. Son zamanlar yapon yeninə də maraq artıb. Çünki Yaponiyanın milli valyutası da son zamanlar davamlı olaraq dəyər qazanır və investorların böyük marağına səbəb olub. Yapon yenisinə yatırım edənlərin sayı artıb. Ancaq yenə də dollar dünyada  liderliyini qoruyub saxlayır”. 

Bəs bütün dünyada gedən dollarlaşma prosesi son nəticədə yenidən dolların zəifləməsinə gətirib çıxara bilərmi?

İqtisadçı ekspert bildirdi ki, dolların  zəifləməsi və güclənməsi dünya iqtisadiyyatında gedən proseslərdən və Federal Ehtiyatlar Sisteminin (FED) atdığı addımlardan asılı olacaq: “Təbii ki, dollarlaşma prosesinin yüksək səviyyədə olması müəyyən təhlükələr yaradır. Lakin artıq dünya ölkələri və dünya ticarəti dollardan  o qədər asılıdır ki, hətta Amerikada müəyyən problemlər yaşansa da dünya ölkələri Amerikanı ayaqda saxlamaq üçün ona borc verməkdə, dəstək göstərməkdə maraqlı olacaqlar. Məsələn, iki il öncə ABŞ-da defolt səviyyəsinin elan olunması ilə bağlı söhbətlər gəzirdi. Hətta federal hökumət 800 min işçini iki aylıq öz  hesabına məzuniyyətə də buraxdı. Çünki büdcədə vəsait çatışmırdı. Çin hökuməti dərhal Amerikaya faizsiz borc təklif elədi, istiqrazlarını almağı təklif elədi. Təkcə Çində 2 trilyon dollara yaxın ABŞ istiqrazlarının olduğu bilinir. Dünya ölkələri artıq Amerikadan o dərəcədə asılı vəziyyətə düşüblər ki, istəməsələr də bu ölkənin ayaqda qalmasına, güclənməsinə çalışırlar, bu yöndə addımlar atırlar. 

Ümumiyyətlə, dünyada dollarlaşma səviyyəsinin bu dərəcədə yüksək olması həm də qlobal təhdidlər yaradır. Yəni sabah Amerikada hər hansı bir idarəolunmaz proses başlasa və iqtisadiyyatda müəyyən çətinliklər olsa, 2008-ci ildəki böhrana bərabər dalğalanmalar olsa, təbii ki, bu, bütün dünyaya ciddi şəkildə təsir göstərəcək. 2008-ci il böhranı sübut elədi ki, ABŞ-da yaşanan hər hansı böhran, hətta bank sektorunda və ya tikinti sektorunda yaşanan böhranı  bir anda dalğalarla, sunami effekti ilə dünyaya yayılır". 

Azərbaycan vətəndaşlarının vəsaitlərini hansı valyutada saxlamasına gəlincə, N.Cəfərli bildirdi ki, hələlik yaxın bir neçə ildə hər hansı valyutanın dollardan güclü olması ehtimalı çox aşağıdır: “Hazırda gedən proseslər, funt sterlinqin ucuzlaşması, İsveçrə frankında müəyyən dəyişikliklərin olması, avronun məzənnəsinin qeyri-stabil qrafiklə müəyyən olunması hələlik dolları valyuta ulduzuna çevirib. Azərbaycan vətəndaşlarının öyrəşdiyi valyuta da dollardır.  Müstəqillikdən bəri azərbaycanlılarda  belə bir təəssürat yaranıb ki, dolların alınması və saxlanılması iqtisadi baxımdan faydalıdır. Biz hətta banklarda olan depozitlərin həcminə baxdıqda da görürük ki, başqa valyutalarla olan depozitlər çox cüzidir, əksər depozitlər məhz dollarla saxlanılır. Ona görə də Azərbaycan vətəndaşlarının dollar güvəni çox yüksəkdir və düşünürəm ki, yaxın gələcəkdə də bu  davam edəcək”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar