Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Doğuş zamanı daha bir faciə


Şikayətçi iddia edir ki, övladının ölümündə həkimlər günahkardırlar


 Bakıda daha bir körpə doğuşda ölüb. 

Bu barədə dünyasını dəyişən uşağın atası Cəfər Cəfərov ANS PRESS-ə şikayətində bildirib. Şikayətçi iddia edir ki, övladının ölümündə həkimlər günahkardırlar.

Belə ki, oktyabrın 16-da 1987-ci il təvəllüdlü Lalə Cəfərova doğuş üçün Sabunçu rayon 3 saylı xəstəxanaya müraciət edib. Züleyxan həkimin nəzarəti altında doğuş həyata keçirilib. Doğuş zamanı körpə beyin travması alıb. Qadın 4 kiloqram 200 qram çəkidə oğlan uşağı dünyaya gətirib. Uşağın halı pisləşdiyi üçün onu Pediatriya İnstitutuna aparıblar. Lakin orada da körpənin həyatını xilas etmək mümkün olmayıb.

“9 ay müddətində müayinələr zamanı heç bir problem yaranmamışdı. UDM, dopler müayinələri və analizləri yaxşı nəticə göstərirdi. Sonra dedilər uşaq beyin travması alıb”, - deyə Cəfər Cəfərov şikayətində bildirib.

Məsələ ilə əlaqədar Sabunçu xəstəxanasının həkimi Züleyxa xanımla və şöbə müdiri Arzu xanımla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Pediatriya İnstitutunun həkimi Tamilla Orucova ilə danışıqlarımız zamanı isə məlum oldu ki, uşaq doğuş zamanı oksigen çatışmazlığından əziyyət çəkib. Nəticədə uşaq beyin travması alıb.

Hadisə ilə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə ilə əlaqədar araşdırma aparılacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar