Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Doğum evlərinin statusu dəyişdirilir


Azərbaycanda fəaliyyət göstərən doğum evlərinin statusu dəyişdiriləcək. Səhiyyə Nazirliyinin Doğuşayaradım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədov APA-ya bildirib ki, bu proses Bakının iri tibb müəssisələrini əhatə edəcək


Onun sözlərinə görə, ilkin olaraq paytaxtdakı II səviyyədə olan 2 doğum evinin həyata keçirdiyi müalicə işlərinin həcmi, yardımlar III səviyyəli doğuşayardım tibb müəssisəsinə uyğun gəlir: “Belə olan halda onların statusu dəyişdirilərək III səviyyə kimi qəbul olunacaq. Həmin müəssisələr III səviyyənin funksiyasını əksər hallarda yerinə yetirə bilir. Ümumiyyətlə, bu gün Baklıda III səviyyəli doğuşayardım müəssisəsi kimi yüksək ixtisaslı yardım göstərən bir neçə xəstəxanalar var ki, onlar statusuna görə bu gün II səviyyəli doğum evləri hesab edilir. Halbuki onlar az çəkili uşaqlara, ağır patologiyalı xəstələrə yardım göstərə bilirlər. Həmin müəssisələrin göstərdiyi yardım, həyata keçirdiyi müalicə işlərinin həcmi III səviyyəli doğuşayardım tibb müəssisəsinə uyğun gəldiyi üçün onlara bu status veriləcək. Tibb müəssisələrinin statusunun dəyişməsi prosesi bu ildən başlayaraq həyata keçiriləcək”.

S.Məmmədova regionlarda yeni perinatal mərkəzlərin açılmasının gündəmdə olmadığını deyib: “Hər hansı regionda perinatal mərkəzin yaradılması Nazirlər Kabinetinin dövlət proqramlarına daxil olan və strateji əhəmiyyət daşıyan bir məsələdir. Təminata, təchizata, fəaliyyətə görə, ətraf rayonların əhalisinə yardım göstərmək imkanı olduğu halda hökumət hansısa regionda yeni perinatal mərkəzin yaradılmasına qərar verir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar