Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dişə diş, gözə göz prinsipi: ABŞ-ın Rusiya seçkilərinə müdaxiləsi gözlənilirmi?

Mübariz Əhmədoğlu: “Rusiya rəsmilərinin verdiyi bəyanatlar göstəriri ki, doğrudan da Rusiya keçən il ABŞ-da keçirilən seçkilərə qarışıb”


Əhəd Məmmədli: “Xalq və müxtəlifət güclü müqavimət göstərsə ABŞ-ın Rusiyada inqilabi variantlarada əl atacağı istisna olmur”.

Bildiyimiz kimi son iki ildə dünyada ən çox müzakirə olunan məsələ Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilə məsələsidir. Belə ki, ABŞ kəşfiyyatı 2017-ci ilin yanvarında belə bir qənaətini açıq şəkildə ortaya qoydu ki, Putin kiberhücumlar, saxta xəbərlər və digər metodlarla ABŞ-da prezident seçkisinə “müdaxilə kampaniyası”na göstəriş verib. Onların fikrincə, Kremlin məqsədi demokratların namizədi Hillari Klintona qarşı Trampa üstünlük qazandırmaq olub. 

Kreml isə bu iddiaları artıq bir neçə dəfə israrla təkzib edib. Rusiya prezidenti Vladimir Putinin fikrincə, Moskvanın ABŞ-da seçkiyə iddia olunan müdaxiləsiylə bağlı araşdırma daxili çəkişmələrin nəticəsidir və  Rusiya prezidenti hesab edir ki, bu çəkişmə Birləşmiş Ştatlarda “yerli siyasi duruma ziyan vurub”, Trampı seçmiş “seçicilərə isə hörmətsizlik” sərgiləyib. 

Qeyd edək ki, bu ilin mart ayında isə Rusiyada prezident seçkiləri keçiriləcək. Bu və ya digər şəkildə ABŞ-ın Rusiya seçkilərinə müdaxiləsi, həmçinin ABŞ-ın Rusiyada keçirilən seçkilərin demokratikliyini şübhə altına alması gözləniləndirmi?   
      
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna və  Sivilizasiyalar və konfliktlər analitik mərkəzinin rəhbəri Əhəd Məmmədliyə müraciət edib.



Mübariz Əhmədoğlu: “ABŞ 1991-ci ildən sonra Rusiyada keçirilən bütün seçkilərə müdaxilə edib. Çünki bu ABŞ-ın vərdişidir”.


Rusiya ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyinə görə ABŞ-ın da Rusiyada keçiriləcək seçkilərə müdaxilə edəcəyini qeyd edən politoloq Mübariz Əhmədoğlu mövzu ilə bağlı PİA.AZ-a verdiyi açıqlamasında bildirib ki, ABŞ Rusiya prezidentliyinə konkret namizədi müdafiə etməyəcək. Çünki bildiyimiz kimi ABŞ Rusiya prezidentliyinə namizəd kimi Aleksey Navalnını dəstəkləyirdi. Amma Navalnının namizədliyi qeydə alınmadı:

“Əvvəla onu qeyd edim ki, ABŞ 1991-ci ildən sonra Rusiyada keçirilən bütün seçkilərə müdaxilə edib. Çünki bu ABŞ-ın vərdişidir. Təkcə Rusiyada yox, dünyanın əksər dövlətlərində keçirilən seçkilərə münasibət bildirmək, seçkinin demokratikliyini və legitimliyini tanıyıb-tanımamaqla ABŞ dünyanın hər yerində seçki prossesində müdaxilə edirr. Amma o da qeyd edilməlidir ki, Rusiya rəsmilərinin verdiyi bəyanatlar göstəriri ki, doğrudan da Rusiya keçən il ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə edib. Çünki Rusiya rəsmiləri indidən ABŞ-a xəbərdarlıq edirlər ki, Rusiyada keçirilən seçkilərə müdaxilə etməsin. 

Amma Rusiya ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyinə görə təbii ki, ABŞ da çalışacaq ki, Rusiyada keçiriləcək seçkilərə müdaxilə etsin. Qeyd edim ki, ABŞ-ın Rusiya prezidentliyinə konkret namizədi olmayacaq. Çünki bildiyimiz kimi ABŞ Rusiya prezidentliyinə namizəd kimi Aleksey Navalnını dəstəkləyirdi. Amma Navalnının namizədliyi qeydə alınmadı. Ola bilər ki, “Yabloka” partiyasının lideri Qiriqori Yavlinskinin prezidentliyə namizədliyi qeydə alınsa, ABŞ onu dəstəkləsin. 
Ümumiyyətlə ABŞ çalışacaq ki, Rusiyada keçiriləcək seçkilərə müdaxilə etməklə seçicilərin sayının az olduğun göstərsin. Bu yolla da seçkilərdə Putinin seçilməsini qeyri-legitim olduğunu sübut etsin”.



Əhəd Məmmədli: “Rusiyada xalq arasında çox ciddi korrupsiya narazılığı var və prezident seçkilərində bu narazılıq etiraza çevrilə bilər”.


ABŞ Rusiyada seçklilərə müdaxilə edəcəyi şansın əldən verməyəcəyin vurğulayan politoloq Əhəd Məmmədli PİA.AZ-a açıqlamasında əlavə edib ki,  seçkinin qedişatından fərqli olmayaraq ABŞ seçkilərin qüsürlu olduğunu deyəcək, amma yeni seçilmiş prezidenti təbrik etməyədə unutmayacaq:

ABŞ xüsusi xidmət qurumları Rusiyada seçklilərə müdaxilə edəcək hər hansı şansı yəqin ki, əldən verməzlər. Amma necə, hansı səviyyədə və hansı şəkildə müdaxilə edəcək, bunu indidən demək mümkün deyil. Bu məncə rus xalqının seçkidə aktivliyindən asılı olacaq. Məncə seçkinin qedişatından fərqli olmayaraq, ABŞ seçkilərin qüsürlu olduğunu deyəcək, amma yeni seçilmiş prezidenti təbrik etməyədə unutmayacaq. Xalq və müxtəlifət güclü müqavimət göstərsə, ABŞ-ın Rusiyada inqilabi variantlarada əl atacağı istisna olmur. Lakin Rusiya Ukrayna ya Gürcüstan deyil orada inqilab etmək çox çətin olacaq. 

Rusiyada inqilabın olması üçün güclü xalq hərəkatı başlamalıdır. Hələlik isə belə bir hərəkatı başlaya biləcək lider Rusiyada yoxdur, varsa belə, ya ölkənin xaricindədir, ya da seçkilərə buraxılmır. Amma bunuda qeyd etməliyəm ki, Rusiyada xalq arasında çox ciddi korrupsiya narazılığı var və prezident seçkilərində bu narazılıq etiraza çevrilə bilər. Rusiya keçirilən son mitinqlər, etirazlar, yürüşlər məhz korrupsiya əleyhinə olub”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar